Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar - HARA GEDİRİK?
Tarix: 7-12-2017, 11:32 | Çap et
Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev Trend-ə bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.
Onun sözlərinə görə, uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər. P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək məbləğdə cərimə edilirlər. Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb: "Bu məsələ ilə bağlı statistikaya baxsaq, görərik ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib".
P.Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan uşaqların çoxu 14-15 yaşlılar olur: "16-18 yaşlı uşaqlar dilənçilikdən daha çox küçədə hansısa əməyə cəlb olunurlar". P.Əliyev onu da deyib ki, uşaq küçə həyatı keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də effektiv deyil.
Psixoloq Elnur Rüstəmov deyir ki, valideyn məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji narahatçılığa yol açır: "Belə hallarla çox rastlaşırıq. Biz hər zaman qeyd edirik ki, uşağın problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa gətirdiyi zaman məlum olur ki, problem uşaqdan çox valideynin özündədir. Bəzi valideynlərin özləri aqressiv, əsəbi olurlar. Ona görə də bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Düzdür, valideynin özünün də müxtəlif qayğıları var. Amma bu, uşağa münasibətdə özünü göstərməməlidir. Bu gün kifayət qədər problemli ailələr var ki, ailədaxili konfliktlər orada böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. Ailədaxili konflikt, boşanmalar bir çox hallarda uşaqlarda zamanla davranış problemləri yarada bilir. Belə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayır, yaxud evdən qaçırlar. Bu uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün ilk növbədə psixoloji yardım göstərilməlidir. Çünki onun cəmiyyətə adaptasiya olunması çox vacibdir. Bəzən isə təkcə uşağa yox, ümumilikdə ailəyə psixoloq dəstəyi lazım olur. Çünki bu gün həll olunmayan problem sabah daha ciddi bir problemə yol aça bilər”.
Sosioloq Lalə Mehralı bildirir ki, uşağı dünyaya gətirmək asandı, onu təhlükəsiz şəraitdə böyütmək isə çox çətindir: "Valideyn bəzən bilməyərəkdən də uşağına zərər verə bilir, kobud desək, uşağını işə satır. İş, karyera üçün analar övladını ikinci plana ata bilir, daha çox pul qazanmaq üçün atalar uşağı ilə daha az vaxt keçirir. Bunu çox vaxt maddi baxımdan azad olmamaqla əlaqələndirirlər, uşaqların ehtiyacını ödəmək üçün işləməyə, pul qazanmağa məcbur olduqlarını deyirlər. Amma uşağın pul, yemək və geyimdən əvvəl ata-ana sevgisinə, diqqətinə ehtiyacı var. Orqanizmin yeməyə ehtiyacı olduğu kimi, məhəbbətə, diqqətə də ehtiyacı var. Mənim fikirmcə, təkcə cərimə yolu ilə bu iş həll edilməz. Başına bədbəxt hadisə gələn uşaqlar, uşaqları gözləyən təhlükələr barədə sosial çarxlar hazırlamaq da kömək edə bilər. Yaxud digər sosial layihələrlə məsələyə diqqət çəkmək lazımdır. Amma hər şeydən əvvəl gərək valideyndə məsuliyyət və maksimum diqqət olsun”.
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri, Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova qeyd etdi ki, bu gün müşahidə olunan bir sıra köklü problemlər - uşaqların təhsildən yayınması, erkən nikahlar, məişət zorakılığı və s. valideyn məsuliyyətsizliyindən irəli gəlir. Bəzi ölkələrdə valideyn övladına qarşı məsuliyyətsizlik etdiyi zaman müxtəlif formada cəzalandırılır. Uşaq nəzarətsiz qaldığı zaman valideyndən alınaraq sosial xidmət müəssisəsinə təhvil verilir. Həmin müəssisə uşağın tərbiyəsi üçün nümayəndə təyin edir. Eyni zamanda, öz məsuliyyətini dərk etməsi üçün uşağın valideyni ilə də psixoloq və digər mütəxəssislər iş aparır. Vəziyyət müsbətə doğru dəyişərsə, uşaq yenidən valideyninə qaytarılır. Azərbaycanda da nəzarətsiz qalan uşaqların valideynlərinin qanunla məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Hətta Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında yeni qanun layihəsi hazırlayıb. Həmin layihədə uşağın sağlamlığı və təhlükəsizliyi də nəzərə alınıb. Valideyn təkcə uşağın tərbiyəsi ilə məşğul olmalı deyil, həm də onun təhlükəsizliyinə ümumi nəzarəti gücləndirməlidir. Bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi ucbatından həyatını itirən uşaqların əksəriyyəti 1-3 yaş aralığındadır. Bu haqda özümüz də tez-tez eşidirik və mətbuatdan oxuyuruq. Təəssüflər olsun ki, çox vaxt hadisə baş verəndən sonra belə məsələlərə diqqət artır. Bu il dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-a kimi «Diqqət, uşaqlar!» adlı təhlükəsizlik ayı keçirildi. Bəzən valideynin nəzarətsizliyi ucbatından uşaqlar yol hərəkəti hadisələrinin qurbanı olur. Bu layihənin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində təhlükəsizlik profilaktik tədbirlərinin görülməsi idi. Qeyd edim ki, cari ilin ilk 7 ayı ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 26 azyaşlı uşaq həlak olub, 122 uşaq isə xəsarət alıb. Düzdür, bütün bunların hamısını valideyn nəzarətsizliyi və məsuliyyətsizliyinin üzərinə ata bilmərik. Burada sürücülərin də günahı var. Amma bütün hallarda hər bir valideyn öz uşağı ilə bağlı məsuliyyətli olmalıdır”. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|