“Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl - İDDİA
Tarix: 15-12-2017, 09:10 | Çap et
Gələn ay “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi üçün elan edilmiş investisiya müsabiqəsinin müddəti bitir. Vaxtilə SSRİ miqyasında iriliyinə görə fərqlənən bu müəssisə son bir ildə artıq 5-ci dəfədir bu cür müsabiqə predmeti olsa da, özəlləşmə baş tutmur: sonuncu müsabiqə avqustda nəticəsiz başa çatıb.
Bir çox mütəxəssislər kombinatı almağa marağın olmamasının hökumətin müəyyənləşdirdiyi özəlləşdirmə şərtlərinin ağırlığından irəli gəldiyini deyirlər. Onlar hökumətin potensial alıcı üçün müəyyən təminatlar verməsini məqsədəuyğun sayırlar. Məsələ burasındadır ki, özəlləşmə şərtlərinə görə, kombinatı alan şirkət onun istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmalıdır. Bundan ötrü ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bundan əlavə, səhmdar cəmiyyətin alıcısı həmçinin dövlət büdcəsinə azı 100 milyon manat pul ödəməlidir. Hökumət isə müstəqil mütəxəssislərdən fərqli olaraq, şərtləri real və ədalətli hesab edir. Hər halda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssis iradlarına cavab olaraq verdiyi açıqlamada belə qeyd olunur. Açıqlamada o da deyilir ki, özəlləşdirməni ƏMDK tək deyil, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Daşkəsən rayon İcra Hakimiyyətinin təmsilçilərindən ibarət müsabiqə komissiyası aparır.
Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.
Maraqlıdır ki, “Daşkəsən Filizsaflaşdırma” ASC son 14 ildə iki dəfə xarici investorlara (“Aldex Limited”, Britaniya, “Det.Al Metal Limited”, BƏƏ) satılıb. Lakin hər özəlləşdirmənin nəticələri ləğv olunub. 2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb və üç il sonra ləğv edilib. 2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış “Det.Al Metal Limited” şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb.
2013-cü ildə “Baku Steel Company” MMC ilə Almaniyanın “Siemens” şirkəti arasında anlaşma memorandumu imzalanıb. “Siemens” şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək. BSC isə yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətində olduğunu açıqlayıb. Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur. Bununla bağlı ƏMDK-dan verilən açıqlamada heç bir özəl şirkətin dövlət müəssisəsi üzrə başqaları ilə hər hansı müqavilə imzalamaq səlahiyyətinin olmadığı qeyd olunmuşdu. Yəqin elə buna görə də həmin memorandum icra olunmamış qaldı.
Ötən ilin yayında özəlləşdirməyə açılmazdan öncə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin İdarə Heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Müəssisəyə rəhbərlik “Yeni Həyat” şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədova həvalə edilib.
Rəsmi məlumatlara görə, kombinatın təsdiq olunmuş ehtiyatları 270 milyon tondur. Bu ehtiyatlar hesabına yaradılmalı olan klasterin 80-100 illik istehsalının təmin olunacağı proqnozlaşdırılır. Lakin maraqlıdır ki, Yaponiyanın “Marubeni Protechs Corporation” konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, ehtiyatların qiymətləndirilməsi köhnə və mötəbər olmayan metodla aparılıb. Başqa sözlə, şirkətin nəticələri bir neçə ay əvvəl açıqlanan araşdırmasına görə, Daşkəsən yataqlarında ehtiyatların ancaq 31 milyon tonu açıq üsulla - indi olduğu kimi - hasil edilə bilər. Qalan 239 milyon tonunu isə yeraltı üsullarla - şaxtalar qazmaqla çıxarmaq mümkündür. Hansı ki, 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsi 40 faizdən 25 faizə qədər enmişdi. Bundan əlavə, yeraltı hasilat daha çox investisiya, daha çox xərc tələb edəcək.
Yapon konsaltinq şirkəti bildirir ki, ehtiyatların həcmi və hasil olunacaq filizdə dəmirin səviyyəsi müstəqil araşdırma ilə sübuta yetirilməyib. “Marubeni Protechs Corporation” məsləhət görür ki, hökumət müstəqil konsaltinq firması ilə müqavilə bağlayıb həm ehtiyatların həcmini, həm də hasil olunacaq filizdə dəmirin səviyyəsini yenidən yoxlasın.
O da maraqlıdır ki, bəzi mənbələr yapon şirkətinin kombinatla bağlı araşdırmasını potensial investorun müəssisənin dəyərini azaltmağa yönəlmiş cəhd kimi qiymətləndirirlər.
Qeyd edək ki, ötən ilin iyulunda president sərəncamı ilə özəlləşdirməyə açılan “Daşkəsən Filizsaflaşdırma” ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb.
“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda kombinatda baxımsızlıq hökm sürür. Hətta onun metal konstruksiyalarının sökülərək ətraf rayonlarda ticarət və iaşə obyektlərinin tikintisində istifadə olunduğu bildirilir. Görünən odur ki, kimlərsə özəlləşdirməyə qədər kombinatdan mümkün olan qədər yararlanmaq niyyətindədir. Bu niyyət isə potensial alıcıları müəssisədən uzaqlaşdıra bilər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|