Başçı sakinlərin gileylərini dinləmir - belə davam edərsə...
Tarix: 9-01-2018, 09:59 |
Çap et
DİA.AZ: - Sosial problem girdabında boğulan Beyləqandan bizə yazıblar. DİA.AZ bildirir ki, dəfələrlə Beyləqan Şəhər İcra Hakimiyyətinə və Beyləqan Qaz İstismar İdarəsinə şikayətlər etmələrinə baxmayaraq sakinlərə normal təzyiqlə qaz verilmir.
Bəzən sakinlərə verilən mavi yanacağı qarlı-şaxtalı günlərdə heç bir xəbərdarlıq etmədən dayandırırlar. Belə hallar tez-tez baş verir.
Yaranmış bu problemi Ağdam Regional Qazpaylayıcı İdarəsi aradan qaldırmalıdır, amma qeyd olunan idarə heç bir addım atmır.
Sakinlər dia-az.life-a bildirir ki, belə davam edərsə, qarşıdan gəlişi gözlənilən sərt qışdan tək-tük beyləqanlı xəstələnmədən çıxa biləcək.
Qarşı tərəfi də dinləməyə hazırıq...