Süleyman Mikayılovu o, əvəz edəcək... - İDDİA
Tarix: 28-02-2018, 11:46 |
Çap et
DİA.AZ: - Bir müddət əvvəl Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən alınacağı haqda informasiyanı diqətinizə təqdim etmişdik. Bununla bağlı məlumatda deyilirdi ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun himayəsi altında olan Süleyman Mikayılov birdəfəlik olaraq görəvdən alınacaq və onunla bağlı hansısa yeni təyinat qərarı qüvvədə deyil.
DİA.AZ-a verilən son məlumatlardan isə aydın olur ki, artıq Süleyman Mikayılovun yerinə kimin təyin ediləcəyi də bəllidir. Mənbənin söylədikləri: "Başçılığa ən şanslı namizəd uzaqda deyil. Hazırda Qaradağ RİH-də başçının birinci müavini postunu tutur. Süleyman Mikayılovla münasibətləri bir müddət əvvəl də sərinləşib. Söhbət Emil Abbasovdan gedir. Zatən bu vaxta qədər də ictimai-siyasi tədbirlər məhz 1-ci müavinin təşkilatçılığı ilə baş tuturdu. Süleyman Mikayılovun işi yalnız gəlir yerlərinə nəzarət etməkdir".
Mənbə bildirir ki, Qaradağ RİH-də rəhbər dəyişikliyi prezident seçkilərindən sonraya təsadüf edə bilər.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...