Beyləqan sakini Hacıyev Hüseynin rayonun veteranlar parkında yerləşən obyekti sökülüb.
Bu barədə AzEuroNews.com-a verilən xəbərə görə, icra başçısı Vaqif Abdullayevin göstərişi ilə obyekt traktorla uçurulub.
Buna obyekt sahibinin qardaşı olan Beyləqan Mil-Təcrübə sovxozunun direktoru İmamverdi Hacıyevlə rayon icra hakimi arasındakı rüşvət qalmaqalı səbəb olub.
V.Abdullayev sovxoz direktorundan istədiyi rüşvəti ala bilmədiyi üçün qəzəblənib və qardaşının iaşə obyektini dağıtdırıb.