Səlim Müslümovun VEMTAS maxinasiyası... - İTTİHAM
Tarix: 27-04-2018, 08:37 | Çap et
DİA.AZ: - Səlim Müslümov nazir olan kimi başladı pafoslu bəyanatlarıyla hamını aldatmağa ki, bəs ünvanlı dövlət sosial yardım sistemində rüşvəti, məmur-vətəndaş əlaqəsini aradan qaldırmaq üçün bu sahədə elektronlaşdırma aparılacaq. Bu vədlə nə az, nə çox düz 3 il manipulyasiya elədi. Bununla özünün qurduğu korrupsiya şəbəkəsini hamının diqqətindən yayındırmağa nail oldu. Elektronlaşdırmadan tez-tez ona görə danışdı ki, qoy heç kim deməsin ki, axı sən nazir olduqdan sonra da bu sistemdən rüşvət kəsilmir, əksinə daha da artıb, hamı fikirləşsin ki, elektronlaşdırmadan sonra aradan qalxacaq. Hamının başını elektronlaşma ilə qatdığı dövrdə bu sistemdə rüşvət və korrupsiya özünün pik həddinə çatdı. Əlbəttə ki, elektronlaşdırma məqsədli olaraq ortaya atılmışdı. Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. Yenə Səlim Müslümov pafosundan qalmayaraq, bildirdi ki, artıq ünvanlı sosial yardımın təyinatında heç bir subyektiv amil yoxdur. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər.
DİA.AZ-ın xəbərinə görə, ən dəhşətli cəhət isə ondan ibarətdir ki, 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun “misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?
3 il pafosla təbliğatı aparılan VEMTAS sisteminin yararsızlığı üzə çıxıb. Heç bir aztəminatlı ailə artıq yardım ala bilmir. Yardım təyin olunanlar yalnız iş yerləri və normal gəlirləri olanlardır. Səlim Müslümov bu rüsvayçılığı bilmir necə gizlətsin. İndi yenidən rayonlarda işləyən işçiləri yardım almaq üçün müraciət edənlərin evlərinə göndərirlər ki,
gedin onların maddi məişət şəraitini yoxlayın. VEMTAS-la məmur-vətəndaş əlaqəsini kəsəcəyinə söz verən və bunu pafosla təqdim edib hamını aldadan Səlim Müslümov dediklərinə əməlində xilaf çıxıb. Məmuru vətəndaşın evinə göndərir ki, get rahat evində danış, gör neçə ayın yardımını ala bilirsən, ala bilmədiklərinə isə imtina verək. Baxın, ünvanlı sosial yardım sistemində mövcud reallıq bundan ibarətdir.
Deyirlər, utanmasan oynamağa nə var ki. Bir nazir məsuliyyətdən kənar qalacağına nə qədər əmin olmalıdır ki, 3 il hamının üzünə qırmızı-qırmızı pafosla desin ki, elektronlaşmadan sonra məmur-vətəndaş əlaqəsi kəsiləcək, sonra da bunun tam əksini ortaya çıxarsın.
Qeyd edilən vəziyyətin doğurduğu fəsadlar nədən ibarətdir? İlk növbədə ünvanlı sosial yardımın ünvanlılıq, ədalətlilik və bərabərlik prinsipləri tam olaraq aradan qalxıb. Sosial yardıma həqiqi ehtiyacı olanlar onu ala bilmədiyindən bu sosial narazılığın hədsiz artmasına gətirib çıxarıb. Bu isə vətəndaşlarda dövlətin sosial siyasətinin ədalətli olmasına inamın sarsılmasına səbəb olub. Təsadüfi deyil ki, bu sahədə hər şeydən əli üzülənlər vaxtaşırı Nazirliyin qarşısında toplaşaraq etirazlarını bildirirlər.
Biz mövcud vəziyyəti qeyd etdik. Səlim Müslümovun bu əməlləri ilə xalqla hakimiyyət arasında uçurum yaratmaqla kimlərə və haralara xidmət etdiyini araşdırmaq vəzifəsi aidiyyatı orqanların, bu barədə Cənab Prezidentə məlumat vermək isə aidiyyatı şəxslərin üzərinə düşür.
Sahib Əliyev DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|