Miqrasiya xidməti Firudin Nəbiyevin adamlarından "təmizlənir" - Dəyişiklik
Tarix: 20-06-2018, 15:57 |
Çap et
Bakı Regional Dövlət Miqrasiya Xidməti idarəsinin rəisi İntiqam Məmmədov tutduğu vəzifədən azad olunub.
Metbuat.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu barədə əmr imzalayıb. Vəzifə səlahiyyətlərini hələ ki, İntiqam Məmmədovun müavini İslam Ağayev həyata keçirir.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəis müavini Füzuli İsmayılov faktı Metbuat.az-a təsdiqləyib.