“Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                 

“Dazbaşları töküb səni ölənədək döydürəcəyik” - GİLEY
Tarix: 22-06-2018, 09:34 | Çap et
“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”
“Körpə balalarımı kənddə erməni ilə ilə üz-üzə qoyub ASC-nin qapılarında qalmışam. Zəhmət haqqımı tələb etdiyim üçün gah təhqir olundum, gah da hücuma məruz qaldım”.

Bu sözləri redaksiyamıza üz tutan şikayətçi Tovuz rayonu Əsrik Cırdəxan kəndinin sakini Etibar Alıyev deyir. O bildirir ki, artıq neçə aylardır “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən nə özünün, nə də rəhbərlik etdiyi briqadanın fəhlələrinin əmək haqqını ala bilmir: “Mən 2017-ci ilin may ayından etibarən Tovuz rayonu Kürçayı sahilində Azərbaycan Respublikası “Ərzaq məhsullarının tədarükü və təchizarı” ASC-nin əməkdaşları Vəli Əmirov və özünü sədr müavini kimi təqdim etmiş (meyvəli bazarının direktoru) Anar Novruzovun sifarişi əsasında 7 (yeddi) ədəd müasir standartlara uyğun istixana kompleksi ,böyük həcmli anbar binası, yeməkxana binası, su hovuzunun bünövrəsi, 3 (üç) km-dən çox geniş zolaqlı avtomobil yolu və mühafizə səngərinin tikintisini gerçəkləşdirən 60 (altmış) nəfərdən çox tikinti-quraşdırma briqadasına rəhbərlik eləmişəm. Ümumilikdə 332 572 manat məbləğində tikinti-quraşdırma işləri görülüb. Bu işlərdən də fəhlələrə 35 892 manat məbləğində əmək haqqı borcu qalmışdı. Amma ASC əməkdaşları müxtəlif bəhanələr gətirərək bu məbləği ödəməkdən imtina edirlər”.

“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”

Şikayətçi deyir ki, həmin məbləği tələb etdiyi üçün onun başına olmazın oyunları gəlib: “Haqqımızı tələb etdiyimə görə, sədr müavini Anar Novruzovla oranın əməkdaşı Nazim Məmmədov mənə dedilər ki, “sən bizdən bu borcu tələb edə bilməzsən, əgər susmasan, dazbaşları töküb səni ölənədək döydürəcəyik, lazım gəlsə, həbsə atdıracayıq, bizə heç heç nə eləyə bilməz. Nazim Məmmədov deyir ki, bura mən uzun müddət hüquq-mühafizə orqanlarında işləmişəm, səni şərləyib döydürüb, sonra haqqında cinayət işi qaldıracayıq”.

E.Alıyev bildirir ki, onlara çatacaq məbləğin ödənməməsi üzündən birgə çalışdığı fəhlələrlə də arasında gərginlik yaranıb: “Mən Bakıya əmək haqqı borcunu almağa gəldiyim vaxt fəhlələr evimə hücum eləyiblər. Tez-tez söyüş dolu telefon zəngləri almışam. Üstəlik ASC-əməkdaşları da məni hədələdikdən sonra ağır stress keçirdim, səhhətim ağırlaşdı, klinik ölüm həddinə gəldim”.

Daha sonra o, məsələ ilə bağlı daha yuxarı instansiyalara- Respublika prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Respublika Baş Prokurorluğuna və millət vəkili Qənirə Paşayevaya müraciət edib: “Çox ciddi mübahisə və münaqişələrdən sonra ASC-nin əməkdaşları qalıq borcun 16000 (on altı min) manatını verdilər. Mən də bu məbləğlə 38 fəhlənin əmək haqqını ödədim. Amma qalan məbləğ ödənmədi”.

“Şərtimizə əməl et, əmək haqqını ödəyək”

Şikayətçi iddia edir ki, düşdüyü çətin və gərgin vəziyyətdən istifadə edərək ona iltizam yazdırıblar: “Mən qalan borcla bağlı təkrar cənab Prezidentə, Birinci Vitse Prezidentə , “Ərzaq məhsullarının tədarükü və təchizarı” ASC-nin sədri Əbülfət Qocayevə və Daxili İşlər Naziri cənab Ramil Usubova teleqramlar ünvanladım. Teleqramlardan sonra ASC-nin əməkdaşları və Anar Novruzov məni çağıraraq dedilər ki, vurduğun teleqramlar respublikanı ayağa qaldırıb. Sənin əmək haqqı borcunuzu biz bütünlükə ödəyəcəyik, amma bir şərtimiz var, gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinə izahat verməlisən ki, qalıq əmək haqqı borcunu almısan, şikayətin araşdırılması dayandırılsın.. Bundan sonra onlar mənə əmək haqqı borcunun 8200 (səkkiz min iki yüz) manatını verdilər. Mən o məbləğlə də fəhlələrin qalıq əmək haqqını bir hissəsini ödədim. Hazırda ASC-nin biz fəhlələrə 11692.45 (on bir min altı yüz doxsan iki 0. 45) manat qalıq əmək haqqı borcu qalıb ki, onu da ödəməkdən qəti şəkildə boyun qaçırırlar. Onlar məni aldadaraq çox çətin duruma saldılar. Mən onların məbləği ödəyəcəklərinə inanıb izahat yazdım. Amma onlar məni aldatdılar, borcu tam vermədilər. Hazırda 11692.45 (on bir min altı yüz doxsan iki) manat məbləğində borc öhtəliyi mənim üzərimdə qalıb”.

“ASC əməkdaşlarından imtina edir?”

Şikayətçi deyir ki, ASC-nin onlara təqdim etdiyi sənədlərdə isə tamam başqa mənzərə ortaya çıxır.

Belə ki, 13.02.20018-ci ildə verilmiş sənəddə “Həmin ərazidə tikilən istixana kompleksi, anbar və digər tikililərin Cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin tikililərin inşası ilə bağlı Cəmiyyət tərəfindən heç bir sifariş verilməyib, E.Alıyev, nə də digər şəxslərlə əmək müqaviləsi imzalanmayib” sözləri qeyd olunub.

Digər- 23.04.2018-ci ildə verilən sənəddə isə şikayətçinin adlarını çəkdiyi şəxslərin ümumiyyətlə ASC-də çalışmadığı bildirilib. Şikayətçiyə də məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilib.

Şikayətçinin əlaqədar qurumlardan həm də buna aydınlıq gətirilməsini istəyir: “Prezidentə göndərdiyim tleqram və müraciətlərimdən sonra ASC məsuliyyəti öz üzərindən atmaq üçün bizə fərqli məzmunda məktub göndərdi. Məktubda yazdılar ki, guya tikililəri onlar sifariş verməyib, heç bir şəxslə əmək və podrat müqaviləsi də bağlamayiblar. Halbuki, biz bütün sifarişləri və sərəncamları ASC-nin əməkdaşlarından almışıq”.

Şikayətçi deyir ki, əmək müqaviləsinin bağlanması üçün adıçəkilən şəxslərə çox israr edib. Amma onlar heç kəslə əmək və ya podrat müqaviləsi bağlamadıqlarını deyiblər: “Onlar mənə dedilər ki, sən fəhləsən, get, işini gör. Hər şeyi özümüz həll edəcəyik. Müqavilə də bizlikdir, vergi də...”

“Məni ASC-nin qapısından içəri buraxmırlar”

E.Alıyev məsələ ilə bağlı ASC-nin rəhbəri Əbülfət Qocayevlə də görüşməyə çalışıb: “Məni ASC-nin qapısından içəri keçməyə qoymurlar. Hər dəfə qapıdakı polis qabağımı kəsib deyir ki, sən ASC-dən şikayət eləmisən, içəri girə bilməzsən. Düşünürəm ki, bizim əməhaqqımızı kəsənlər yəqin sədrə də yanlış məlumat veriblər. Məsələdən onun xəbəri yoxdur. Mənə deyirlər ki, sədrlə görüşmək üçün Anar Novruzovdan icazə almalısız. Mən anlamıram, sədrlə görüşə bilmirəm, şikayətimizi araşdıran, məhəl qoyan yoxdur. Biz nə eləmişik? Adam öldürməmişik, cinayət eləməmişik. Zəhmətlə çalışmışıq, indi də halal əməhaqqımızı, alın tərimizin pulunu istəyirik”.

E.Alıyev qəzetimiz vasitəsilə bir daha prezident İlham Əliyevə səslənərək onlara yardım etməsini xahiş edir: “Cənab Prezident! Halal zəhmətiylə çörək qazanan insanların haqqını almanıza yardımçı olmanızı rica edirəm. Bu məsələdə yeganə sizə ümid bəsləyirəm. Biz fəhlələrin 11692 manat məbləğində qalıq əmək haqqının mənimsənməsinə icazə verməyin”.

Sözügedən məsələdə adı çəkilən şəxslərdən öncə Anar Novruzovla əlaqə saxlamaq istədik. Təəssüf ki, o, telefonlarımızı cavablamadı.

Daha sonra Vəli Əmirovu aradıq. O, isə sözügedən məsələ haqda suallarımızı belə cavabladı: “Etibar Alıyevin dediyi məsələnin Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Sadəcə, vaxtilə bizim cəmiyyətin işçisi olan fiziki şəxs, kənar bir adam kimi orda fabrik qurmaq istəyirdi, orda bəzi problemlər vardı. O problemlə əlaqədar mən də gedib o şəxsi də, şikayətçi Etibar Alıyevi də çağırıb məsələni həll etmişəm”.

“Həmin adam kimdir” sualına cavab olaraq cəmiyyət təmsilçisi bunları dedi: “O Natiq Hacıyev adlı şəxsdir. Hazırda o şəxs Azərbaycanda yoxdur. Mən regional idarələrin kurartoru kimi bu məsələ ilə bağlı Tovuza getmişəm, həm Etibar Alıyevi, həm də o şəxsi çağırıb məsələ ilə bağlı söhbət eləmişəm. Sadəcə,istəmədim ki, bizim regional idarənin adı hardasa hallansın. Ona görə də o vaxt Tovuza, maraqlandım. Ona da dedim ki, Etibar, narahat olma, sənin bu adamda bir manat pulun qalmayacaq. Elə də oldu. Problem həll olundu, qurtardı. İndi bu işin mənə aidiyyatı yoxdur. Ondan sonra oranı kim tikdirib, kim işlədib, onun bizə, Səhmdar Cəmiyyətə heç bir aidiyyatı yoxdur”.

V.Əmirov dedi ki, nə Natiq Hacıyevin, nə də başqasının E.Alıyevə bir manat borcu qalmayıb: “O borcların hamısı ödənilib, Natiq Hacıyev sonradan oranı kimə verib, kim tikib, mən bilmirəm. Yenə də deyirəm, nə başlanğıcda, nə də sonra bu adamın, o tikililərin bizim cəmiyyətə aidiyyatı olmayıb. Sadəcə, o adam bizim cəmiyyətdə regional idarənin rəisi işləyirdi. O da bəzi məsələlərə görə ərizəsini yazıb çıxdı getdi”.

“E.Alıyevə ASC-dən verilən sənəddə şikayətçinin adının çəkildiyi şəxslərin orda çalışmadığının qeyd olunmasına isə V.Əmirov belə münasibət bildirdi: “Mən ASC-nin əməkdaşıyam. O işin mənə aidiyyatı olmadığı üçün belə cavab verilib”.

E.Alıyevin Anar Novruzovla onun hədələnməsinə gəlincə, ASC təmsilçisi bunu tamamilə təkzib etdi: “Bunlar yalan, böhtan və şərdir. Belə bir şey olmayıb”.
Hurriyyet.org


“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”
“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru