Cahangir Hacıyevin adamının milyonluq fırıldağı – Və yaxud Azərbaycan bankının Moskvada və Avropada cinayətkar əməlləri
Tarix: 6-09-2018, 09:39 | Çap et
Bu yazı redaksiyamıza Azərbaycan Beynəlxalq Bankının Moskva filialı əməkdaşlarının qanunsuzluğu ilə üzləşən müştərilər tərəfindən göndərilib. Müəlliflər adını açıqlamasa da, yazıda qeyd olunan bəzi faktlar ciddi araşdırma tələb etdiyindən, həmin məqaləni olduğu kimi oxucumuza təqdim edirik. Bununla belə, yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyi özümüzə borc bilirik:
“Hörmətli redaksiya!
Bizim sizin redaksiyanıza müraciət eləməyimizin səbəbi, Cahangir Hacıyevin yaxın əlaltıları tərəfindən nəzarət edilən və Azərbaycan Beynəlxalq Bankının Moskva filialındakı pulların çıxarılması və vəsaitlərin İsveçrənin “Julius Baer” bankında “yuyulması”dır. Hacıyev özü həbsxanada otursa da, onun işi davam edir və çiçəklənir...
İndi bir çox şəxslər ABB-nin Moskvadakı filialının bağlanmasını səbrsizliklə gözləyirlər. Axı, əgər filial bağlanarsa, deməli bizim dövlətimizdən böyük miqdarda əbədiyaşıl əskinaslar (doqquzrəqəmli ədədlərlə) oğurladıqlarına görə cəzalandırılmayacaqlar. Bunun qarşısını almaq üçün, sizin qəzetiniz vasitəsilə ABB-nin Moskvadakı olduqca maraqlı, hələ indiyə qədər üstü açılamamış fırıldaqlarını faş eləyəcəyik. Biz informasiyanı bankın keçmiş əməkdaşlarından, sənədlərlə birlikdə toplamışıq. Xalqımızın pullarını xərcləməyə imkan yaratmış, bundan varlanmış, üstəlik özü də oğurlamağı unutmamış “balaca balıqlar”dan başlayacağıq.
ABB-nin Moskva filialında 2008-2015-ci illər arasında Nağıyev Fəqan İlham oğlu adlı bir şəxs işləyirdi. Bu dövr ərzində o, bankda müxtəlif vəzifələrdə işləyib və sonda İnvestitsiyalar və fərdi kapitalla iş departamentinin direktoru vəzifəsini tutub.
Görünür, Moskva kimi nəhəng meqapolisdə bu vəzifəyə layiq olacaq bir nəfər də olsun bacarıqlı azərbaycanlı tapılmayıb. Azərbaycanın dövlət bankının Moskvadakı filialında yetərincə ciddi vəzifə almış Fəqan Nağıyev hətta rus dilində danışmağı və yazmağı da bacarmırdı.
Onun Moskvadakı həmkarlarının sözlərinə görə, məsələn, işgüzar sənəd yazmaq, yaxud da əlaqədar orqanların sorğularına cavab məktubu hazırlamaq lazım gələndə Fəqan mənasını və qrammatikasını ancaq özünün başa düşdüyü qırıq rus dilində yazırdı. Sonra isə bu yazılar redaktə edilmək üçün rus həmkarlarına verilirdi. Onun əvəzinə işlərin hamısını həmkarları görürdü, özü isə ən lazımlı işlərlə məşğul olurdu – ona vəsaitlərin çıxarılmasını etibar eləmişdilər.
Fəqan Nağıyev çətinliklə, 700 maksimal baldan cəmi 154-nü toplayaraq “Azərbaycan” universitetinə daxil olur (bu universitetin ad-sanı və həmin dövrdə daxil olmaq üçün zəruri olan minimal bal sayı barəsində şərh vermirik, çünki güman edirik ki, Azərbaycanın istənilən savadlı sakini bu məsələlərdən xəbərdardır).
Sonradan “alayarımçıq hüquq təhsili”ni almış Fəqan öz karyerasına Bakıda, ABB ilə birbaşa əlaqəsi olan istehsal kampaniyalarından birində başlayır və orada inzibati vəzifələrdən birini tutur. Bu müəssisədə qısa müddət işləyəndən sonra o, birbaşa Cahangir Hacıyevin şəxsi göstərişlərini yerinə yetirmək üçün ABB-nin mərkəzi aparatında inzibati vəzifəyə təyin edilir. Orada iki il işlədikdən sonra, 2008-ci ildən sonra Fəqan Nağıyev ABB-in Moskva filialında müxtəlif vəzifələrə təyin edilir, bu zaman həmin Hacıyevin şəxsi və məxfi (maliyyə məsələləri ilə bağlı) göstərişlərini yerinə yetirir. Nəticədə, tapşırılan göstərişləri yaxşı yerinə yetirdiklərinə görə, Hacıyev Nağıyevin arzusunu yerinə yetirib onun İnvestitsiyalar və fərdi kapitalla iş departamentinin direktoru vəzifəsinə təyin olunmasını təmin edir. Bu vəzifə sırf Fəqan Nağıyev üçün, Nağıyevin Bankın idarə heyətinin keçmiş sədri Fuad Abudllayevi təhdid və şantaj eləməsi yolu ilə yaradılır. Fuad Abdullayev dərk edirdi ki, Fəqanın törədəcəyi bütün işlərə görə, sonra o, cavab verməli olacaq. Lakin Fuad Abdullayev heç nə edə bilməzdi, çünki özü də günahsız deyildi və buna görə Fəqanın işləklərinə göz yummalı oldu.
Niyə məhz Fəqan Nağıyev? Niyə məhz belə vəzifə? Cavab olduqca sadə və adi imiş – Fəqan Nağıyevin yaxın qohumu 2002-2016-cı illərdə Moskva filialının idarə heyətinin sədr müavini vəzifəsini tutub və iqtisadi təhlükəsizlik və kadr xidməti məsələləri ilə məşğul olub. O, həm də Cahangir Hacıyevin ətrafından olub və Hacıyevin cinayətlərini səssiz müşahidə elədiyi üçün 2016-cı ildə bankın yeni rəhbərliyi tərəfindən işdən çıxarılıb.
İnvestitsiyalar və fərdi kapitalla iş departamentinin direktoru vəzifəsində işləyən Fəqan Nağıyev öz qohumunun (ABB-ın Moskva filialının sədr müavininin) zəngin tanışlarının etimadını qazanmağa və yüksək tariflər vəd edərək onlardan depozitlər cəlb eləməyə başlayır. Bu tariflər o qədər yüksək idilər ki, Rusiyalı requlyator daim bankdakı vəziyyətə müdaxilə eləməli və işi yoluna qoymalı olurdu. Və o, yenidən, qohumunun inzibati resurslarından istifadə edərək bankın kollektivini məcbur edirdi ki, bankın hesabat sənədlərini öz maliyyə maraqlarının tələb elədiyi şəkildə təsvir eləsinlər – real faiz tarifləri bankın xərcləri ilə bağlı müxtəlif maddələrlə yuyulurdu – beləliklə banka 20 milyon dollardan artıq həcmdə zərər verilmiş oldu.
Situasiyanın bütün paradoksallığı bundan ibarət idi ki, bankda tariflərin yüksəlməsi müqabilində bankın müştərilərindən “ötürmə” almaqdan savayı, Nağıyev paralel şəkildə elə həmin müştərilərin maliyyə vəziyyəti barəsində informasiyanı Moskvanın ayrı-ayrı cinayətkar dəstələrinə verərək, yenə də bunun üçün pul qazanırdı. Bəzi hallarda vəziyyət o həddə çatırdı ki, müştərilər cinayətkar qruplaşmaların qurbanlarına çevrilirdilər. Onların ağıllarına da gəlmirdi ki, maliyyə vəziyyətləri barəsindəki informasiyanı məhz həmin Fəqan Nağıyev ötürüb. Qeyd edək ki, müştərilərin əksəriyyəti əslən Azərbaycandan olan iş adamları idilər.
2014-cü ilin ortalarında Nağıyev ABB-da işləyən və yuxarıda barəsində danışılan yaxın qohumundan səhih informasiya alır – balansdakı problemli aktivlərlə əlaqədar olaraq, ABB-Moskvanın fəaliyyətinin qürubu yaxınlaşır və istənilən zaman bankın lisenziyası ləğv oluna bilər.
Bankın xoş günlərinin sona çatmaqda olduğunu hiss edən kimi o, yaxın ətrafını vəsaitləri İsveçrə bankalarına keçirməyə inandırır. Lakin Avropada hər şey elə də asan deyil və pulları “yumaq” və “ağartmaq” lazımdır. O, əvvəlcə qondarma şəxslər vasitəsilə bu işi görməyə başlayır, sonradan isə İnformasiya Texnologiyaları, daşınmaz əmlak tikintisi və restoranlar sisteminə keçir.
Məsələn, onun Avstriyadakı firmaları həyat yoldaşının (sədr müavininin qızı) adınadır https://www.firmenabc.at/person/nagieva-zemfira_jjbyzv
Praqadakı restoranı isə atası, İlham Nağıyevin adınadır.
O vaxta qədər cinayətkar əməlləri vastəsilə sanballı kapital toplamış olan və Avropada rifah içərisində yaşamağı planlaşdıran Fəqan İsveçrə banklarından biri olan “Julius Baer” ilə əlaqə yaratmağa başlayır.
Təbiətcə çox tamahkar adam olan Naqiyev bankdan böyük məbləğdə pul oğurlayaraq ABB-Moskvanın əleyhinə təxribatçı fəaliyyətə başlayır – məsələn, “Julius Bear” bankında hesab açmaları üçün ABB Moskvanın həmin zəngin müştərilərini dilə tutmağa başlayır. Müştərilərinə bankdakı mühüm problemlərdən danışır, bununla da onları inandırır ki, pulları üçün daha təhlükəsiz yer İsveçrənin “Julius Baer” bankı olacaq. Beləliklə, məhz ABB-nin pul vəsaitinə kəskin ehtiyacı olduğu dövrdə, bankda rəhbər vəzifə tutan əməkdaşın əməlləri nəticəsində müştərilər kütləvi surətdə öz vəsaitlərini Bankdan çıxarır və onun “yuma” sxemlərinin köməyi ilə “Juluis Bear” bankındakı hesablara köçürürdülər.
Bəs sonra nə görürük? 2015-ci ildə Nağıyev ABB-dəki işindən çıxır və eyni ildə “Julius Baer” bankının Avstriyadakı ofisində işə düzəlir, özünün keçmiş əlaltılarını əli ilə (onları mükafatlandıraraq) ABB-nin qalan müştərilərini də həmin banka cəlb eləməyə davam edir.
Bir tərəfdən İsveçrə bankındakı müştərilərinə məxfilik və təhlükəsizlik təminatı verən Fəqan, bir tərəfdən də müştəriləri barəsindəki informasiyanı elə həmin quldur qruplaşmalarına ötürməyə davam edir. ABB-dəkinə bənzər situasiya yaranmışdı, fərq onda idi ki, depozitlərin məbləği əvvəlkindən yüksək idi. ABB-də bu müştərilər ortalama 1-1,5 milyon ABŞ dolları gətirirdilərsə, Rusiyanın bank sistemindəki mövcud situasiyadan – lisenziyaların kütləvi şəklində ləğv edilməsindən qorxuya düşmüş bu müştərilər artıq İsveçrə bankına həvəslə 5-15 milyon ABŞ dolları qoyurdular. Buna müvafiq olaraq, kriminal qurumların Fəqana verdikləri mükafat da artırdı.
Fəqan Nağıyevin cinayət sxemini yalnız bu yaxınlarda zərərçəkmiş müştəri, təsadüfi şərait nəticəsində aşkara çıxara bilib – müştərinin təhlükəsizliyi naminə detalları açıqlamayacağıq:
Biz Fəqan Nağıyevin cinayət əməllərinə məruz qalmış şəxslər – ABB-Moskvanın keçmiş müştəriləri qrupuyuq, bizim bəzilərimiz isə hazırda “Julius Baer” bankının müştəriləriyik. Təəssüf ki, Fəqanın bizim maliyyə vəziyyətimiz barəsindəki məlumatları cinayətkar qruplaşmalara ötürməsindən çox gec xəbər tutmuşuq. Azərbaycanın və Rusiyanın istintaq orqanlarına müraciət eləməməyimiz üçün bizi indiyə qədər təhdid etməkdədirlər. Əks halda, Fəqan Nağıyevin Rusiyanın güc strukturları ilə yaxın və möhkəm əlaqələri olan yaxın qohumu bizə həyatımız üçün təhdid olan böyük problemlər yarada bilər.
Bu məqalə dərc ediləcəyi və qurumlar tərəfindən maraq göstəriləcəyi təqdirdə biz istintaqla əməkdaşlığa açığıq və bütün sənədlərin nüsxələrini təqdim eləməyə hazırıq. Cinayət sxemləri üçün Britaniya, offşor, çex və Avstriya şirkətlərindən istifadə edilib.
Təəssüf ki, biz Azərbaycan dilini bilmirik və müraciətimizin dərc ediləcəyi təqdirdə bizə yazının linkini göndərməyi Sizdən xahiş edirik. Biz cavab məktubumuzda bankın ayrı-ayrı şəxslərinin daha bir neçə cinayət əməllərini açacağıq”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|