Konqres rəhbəri ciddi faktlar qarşısında aciz qalıb - İTTİHAM
Tarix: 11-09-2018, 09:35 | Çap et
Sahil Qasımova gizli dəstək verənlər, Azərbaycan diasporunun əleyhinə işləyir və xarici ölkələrdə yaşayan həmvətənlərimizin parçalanmasına kömək edirlər.
Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovla AAK Prezidenti Sahil Qasımov arasındakı qalmaqal getdikcə böyüyür.
Artıq hamıya bəllidir ki, Sahil Qasımov Füzuli Məmmədovun mənasız bəyanatlarla yox, arqumentlərə söykənərək, təkzibolunmaz fakt və sənədlərlə ona qarşı səsləndirdiyi ittihamlarına cavab verə bilmir. Qasımov yalnız bunu edə bildi: İspaniyanın Kataloniya muxtar vilayətinə səfərinə haqq qazandıraraq bildirdi ki, onlar Barselonada separatçılarla yox, İspaniyanın mərkəzi hakimiyyət orqanlarının bu bölgədəki nümayəndələri ilə görüşüblər.
Lakin bu açıqlama Qasımovun tamamilə əleyhinə yönəldi. Sahil Qasımov bu haqda nə qədər çox danışdısa, o qədər də həmvətənlərimizin ona qarşı qəzəbini artırdı. Çünki Azərbaycan əzəli torpağı olan Dağlıq Qarabağda 30 ildir erməni separatizmindən əziyyət çəkir və respublikamızın ərazisinin 20 faizini Ermənistan silahlı qüvvələri işğal altında saxlayır. Bu səbəbdən cənab Qasımov Kataloniyaya səfərinə haqq qazandırmaq əvəzinə, özünün qeyri-ciddi davranışına görə həmvətənlərimizdən üzr istəməli idi.
Bundan başqa, Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin haradan və necə maliyyələşməsi haqqında deyilən fikirlərə də cavab verə bilmədi. O, ətrafındakılar ilə birlikdə AAK-la bağlı qalmaqalı başqa səmtə yönəltməyə çalışdı. Məqsədi bəlli idi. Cənab Qasımov bu cür davranışı ilə maliyyələşmə və AAK-ın qanuni mövcudluğu məsələlərini təşkilatın prezidentliyi uğrunda mübarizə və digər intriqaları kölgədə qoymaq istəyirdi.
Ancaq fakt faktlığında qalır. Füzuli Məmmədovun sualları hər gün daha da aktuallaşır və qarşı tərəfdən indi də cavab tələb edilir. İndi artıq diasporumuzun fəaliyyəti ilə maraqlanan hər bir azərbaycanlı bilmək istəyir: AAK-ın Avropanın hansısa ölkəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Əsasnaməsi mövcuddurmu? Bu təşkilatın bank hesabı varmı? Əgər heç bir yerdə qeydiyyatdan keçməyibsə, AAK-ın fəaliyyəti qanunidirmi?
Bu suallara cavab verilmədiyindən bir daha əmin olursan ki, “Avropa Azərbaycanlıları Konqresi’’ adlı təşkilat yoxdur və arxasında heç kim dayanmır. Çox təəssüf ki, bir çoxlarının Sahil Qasımovun himayəçisi adlandırdıqları, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun fəaliyyəti bir çox suallar doğuran belə bir strukturun yaranmasına imkan verib. Çünki Qasımovun bu təşkilata 2017-ci ilin fevral ayından rəhbərlik etməsinə baxmayaraq, AAK rəsmi olaraq 14 ildir mövcuddur.
Bununla bağlı rusiyalı politoloq, əslən azərbaycanlı jurnalist-təhlilçi Mehman Qafarlı Füzuli Məmmədovun sentyabrın 2-dəki açıqlamasına belə şərh verib:
“Avropa Azərbaycanlıları Konqresi haqqında yalnız 2017-ci ilin fevralında sizin (Füzuli Məmmədovun - müəllif.) bu təşkilata Birinci vitse-prezident seçilməyinizdən sonra danışmağa başladılar. AAK-ın V Qurultayının iştirakçıları şahiddir ki, qurultayın iştirakçıları Sizi (Füzuli Məmmədovu - müəllif) seçəndə Sahil Qasımovu isə heç bir müzakirəsiz təsdiq etdilər. Yəni “kimlərsə’’ onu “yuxarıdan’’ təyin etdilər. Lakin AAK-ın Prezidenti postuna yiyələnən Qasımov dərhal bu təşkilatdakı nüfuzlu rəhbərlərə təzyiq göstərməyə başladı. Potensial rəqiblərdən qurtulmaq üçün o, dərhal 2 ən nüfuzlu vitse-prezidenti - Sankt Peterburqdan olan Samir Məmmədovu və Londondan olan Sevil xanım Aslanovanı vəzifələrindən uzaqlaşdırdı’’.
Mehman Qafarlının söylədikləri onu deməyə əsas verir ki, cənab Qasımov və onun ətrafındakılar yalnız AAK-ın fəaliyyətinə ayrılan pulları heç bir hesabat vermədən, “öz mülahizələrinə” görə xərcləyən maliyyə fırıldaqçıları deyillər, həm də fitnəkar və Azərbaycan diasporunun dağıdıcılarıdırlar. Yalnız Azərbaycan xalqının düşmənləri diaspor təşkilatından təcrübəli və nüfuzlu insanları qova bilərlər. Bu hərəkəti ilə Sahil Qasımov sübut etdi ki, onun doğma Azərbaycana, xalqımıza qarşı heç bir sevgisi, sədaqəti və hörməti yoxdur. Avropada yaşasa da, onun üçün demokratiya və söz azadlığı prinsipləri tamamilə yaddır.
Kataloniyaya səfər edən Sahil Qasımov AAK ətrafındakı indiki qalmaqaldan sonra onu daha yaxşı tanıyanlar üçün həm də milli xainə çevrildi. Vətənpərvərlikdən dəm vuran insan dünyanın heç bir ölkəsində seperatçıların əlini sıxa bilməz. Doğma Azərbaycan üçün separatizm kimi həssas olan məsələlərdə hər bir azərbaycanlı Azərbaycan hakimiyyəti ilə həmrəylik nümayiş etdirməlidir. Hansısa bir azərbaycanlı öz şəxsi mənfəəti naminə ümummilli prinsiplərə xəyanət edir və Azərbaycanın maraqlarını unudursa, o şəxsin heç bir dəyəri yoxdur. Belə şəxs nəinki diaspor təşkilatına rəhbərlik etməli, ümumiyyətlə sıravi üzvü olmamalıdır.
AAK-ın 14 illik mövcudluğu faktına gəldikdə, yenə bir çox suallar ortaya çıxır. Əgər əksəriyyət onun haqqında yalnız son 2 ildə eşidibsə, bu təşkilat əvvəllər necə işləyib və nə işlə məşğul olub? Düzünü desək, Füzuli Məmmədov son 18 ayda yalnız AAK-ı maliyyələşdirməyib, həm də onu geniş təbliğ edib. Lakin buna görə Sahil Qasımov Füzuli Məmmədova təşəkkür etmək əvəzinə arxadan zərbə vurmağa cəhd etdi. O, Kataloniya nümayəndələri ilə görüşünə dair Füzuli Məmmədovun tam haqlı tənqidlərindən sonra öz səhv və qeyri-vətənpərvər davranışını etiraf etmək yerinə, ətrafı ilə birgə Füzuli Məmmədova və onun tərəfdarlarına qarşı çıxıb. Bununla da Avropa Azərbaycanlıları Konqresinin dağıdılmasına start verdi. Belə görünür ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) səs-küylü və ağrılı tənəzzülü Sahil Qasımov və onun ətrafı üçün acı bir dərs olmayıb. DAK-ın dağılmasının da əsas səbəbi məhz daxili fitnə-fəsadlar idi. Bu gün analoji proseslər, çox təəssüf ki, Avropada heç cür Azərbaycan diasporunun başlıca və effektiv strukturuna çevrilə bilməyən AAK-da da eynilə təkrar olunur. İndi “qasımovlar”ın ucbatından Avropada həmvətənlərimizin yeni ictimai təşkilatını yaratmaq lazım gələcək.
Səmimi etiraf etmək lazımdır ki, AAK adlı təşkilat artıq yoxdur. Avqust ayının ikinci yarısından Qasımovun və onun ətrafındakıların hərəkətlərində müşahidə etdiyimiz separatizmdən sonra Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət göstərməsi çox çətindir. Bu təşkilat həm tərəfdarlarından, həm də maliyyə mənbələrindən məhrum olacaq. Qalmaqallardan sonra Füzuli Məmmədov da daxil olmaqla nə xüsusi sərmayəçilərin, nə də Diasporla İş üzrə Dövlət Komitəsinin AAK üçün pul ayırması da az inandırıcıdır.
Bu qalmaqal Avropa Azərbaycanlıları Konqresinin nüfuzuna böyük zərbə vurub. Beləliklə də həmvətənlərimizin böyük və bütün Avropadakı Azərbaycan diasporunu ətrafında birləşdirə biləcək effektli ictimai təşkilat yaratmaq ümidləri puça çıxmaqdadır.
AAK ətrafında hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, bir suallara cavab axtarmalıyıq: “Niyə Avropa Azərbaycanlıları Konqresi kimi bir diaspor təşkilatımız uğursuzluğa düçar oldu? 14 il ərzində AAK nə üçün Avropadakı milyonluq azərbaycanlı diasporunu ətrafında birləşdirməyi bacaran effektli struktura çevrilə bilmədi?
Azərbaycan dövlətini müntəzəm maliyyələşdirdiyi AAK niyə Avropada Azərbaycan diasporunun əsas və effektli təşkilatı olmadı? Niyə Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi təkcə Avropanın yox, digər dünya ölkələrində də həmvətənlərimizi birləşdirə bilmədi, nə üçün diasporumuzun Rusiyadakı ən nüfuzlu təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi ötən il faəliyyətini dayandırdı?”
Digər bir məsələni də qeyd etmək lazımdır: kimlərinsə dəstəyi olmadan Sahil Qasımov ona “dost’’ olan Azərbaycan KİV-ləri vasitəsilə Füzuli Məmmədova qarşı informasiya müharibəsi apara bilməzdi. Niyə Sahil Qasımov və onu müdafiə edənlər yalnız öz maraqları haqqında düşünür və niyə onları diasporumuzun taleyi və problemləri, ümumiyyətlə narahat etmir? Bu qalmaqala görə Sahil Qasımova gizli dəstək verənlər, əslində Azərbaycan diasporunun əleyhinə işləyir və xarici ölkələrdə yaşayan həmvətənlərimizin parçalanmasına kömək edirlər.
Sahil Qasımov özü isə Füzuli Məmmədovun ona ünvanladığı suallara cavab vermək istəmir, yaxud buna qabiliyyəti çatmır. Suallar isə bunlardır:
“AAK-ın fəaliyyəti üçün ayrılan pullar hara xərclənib, sənədlər, o cümlədən hansısa Avropa ölkəsinin Ədliyyə Nazirliyində bu təşkilatın qeydiyyatdan keçən Əsasnaməsi, AAK-ın maliyyə hesabatları və bank hesabı hardadır?”
Əgər Qasımov bu suallara cavab vermirsə, deməli, AAK-ın qeydiyyatdan keçdiyini sübut edən heç bir sənəd yoxdur. Bu isə o deməkdir ki, təşkilat yalnız sözdə mövcuddur və onun Əsasnaməsi qeyri-legitimdir, AAK-ın tədbirləri, o cümlədən bahalı qurultayları və forumları Azərbaycan diasporu ilə “effektli iş” görüntüsü yaratmaq üçün yalnızca büdcə və sponsor pullarını “yumaq” məqsədilə keçirilib.
İndiki qalmaqal bir daha göstərdi ki, AAK ilə bağlı olan hər şey saxtadır. Təkcə bir həqiqət var, o da təşkilatın fəaliyyətinə ayrılan pullardır. Bu səbəbdən də Sahil Qasımov susmağa davam edir və Füzuli Məmmədovun suallarına cavab vermir.
Sonda onu da qeyd edək ki, avqustun ortasından davam edən informasiya müharibəsində uduzan Sahil Qasımov oldu. Çünki Füzuli Məmmədovla mübahisəsində heç bir sağlam arqument ortaya qoya bilmədi. Cənab Məmmədov isə öz növbəsində rəqibini yalnız suallarla yox, həm də ciddi faktlar və sənədlərlə susdurdu.
Bunun nəticəsində Sahil Qasımovun Füzuli Məmmədovun ünvanına söylədiyi heç bir əsası olmayan ittihamları AAK-ın faəliyyətinin faktiki iflicinə səbəb oldu və təşkilatın bundan sonrakı mövcudluğunu sual altına qoydu. Əvəzində bu çəkişmədə əsas uduzan tərəf Azərbaycan diasporu oldu, bu qalmaqalın fonunda bir daha dağınıqlığını və birləşmək bacarığının olmadığını göstərdi. Təəssüf ki, diasporumuzun bəzi rəhbərlərinin şəxsi maraqlarını ümummilli maraqlardan daha üstün tutduqları da ortaya çıxdı. Reyting.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|