Qaxın icra başçısından prezidentə şikayət olundu... - Fermerlər dad deyir...
Tarix: 17-09-2018, 09:52 | Çap et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
surəti :Azərbaycan Respublikasının Kənd Təsərrüfatının Naziri cənab İnam Kərimova surəti :Azərbaycan Respublikasının Ekologiya v Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə
Azərbaycan Respublikası Şəki, Qax və Zaqatala rayonunda qoyunçuluqla məşğul olan fermerlərin Qax rayon İcra Hakimiyyətinnin cinayət xarakterli özbaşnalıqlarından
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Prezident !
Sizin çox qiymətli vaxtınızı aldığımız üçün çox üzr istəyirik. Sizin ölkəmizin inkişafı üçün ərzaq proqramının zənginləşməsi üçün ölkəmizdə fəaliyyət göstərən sahibkar, fermerlərə göstərdiyiniz qayğıdan, onların inkişafı üçün verdiyiniz sərəncamlardan ruhlanaraq biz daha fəal olmağa çox çətinliklərlə yaratdığımız qoyunçuluq təsərrüfatlarımızı günü-gündən inkişaf etdirməyə, sayını artırmağa çalışırıq.
Azərbaycan vətəndaşlarıyıq. Siz də çıxışlarınızda deyirsiz : -“Biz Azərbaycan vətəndaşlarına xidmət edirik”. Biz bu gün Qax rayon İcra Hakimiyyətinin dövlət məmurlarının tutduqları vəzifələrdən şəxsi mənafeləri üçün istifadə etmələrinə görə bağışlanılmaz bir cinayətlə üzləşmişik.
Bizim Sizdən başqa ümid yerimiz yoxdur. Artıq cinayət əməlləri fəaliyyətdədir. Ulu babalarımızdan bizə miras qalan “Acınohur” qışlağı dövlət tərəfindən qorunub, hər daim Şəki, Qax və Zaqatala rayonunun qoyunçuluq təsərrüfatlarının istifadəsində olubdur.
Hamıya məlumdur ki, bütün dünyada qoyunçuluq qışlağı toxunulmazdır. Sovetlər Birliyi dövründə Mina Nəzirova kimi kişi qeyrətli xanım “Acınohur” qışlağındakı fəaliyyətinə görə mərhum Prezidentimiz , Ulu Öndər Heydər Əliyevin göstərişi ilə “Sosialist əməyi qəhrəmanı” adına layiq görülmüşdür. Ancaq biz bu gün Qax rayon İcra Hakimiyyəti üçün öz doğma qışlağımızda gəlmələrə çevrilmişik. “Acınohur” qışlağında Şəki, Qax , Zaqatala rayuonunun 30( otuz) dan artıq xırda buynuzlu heyvanları olan qoyunçuluq təsərrüfatları Qax rayon İcra Hakimiyyəti ilə uzun müddətli müqavilə əsasında yerləşmişlər. Bir çox təsərüfatlar artıq 30 ildən artıqdır ki, “Acınohur” qışlağındadırlar.
Bu gün Qax rayon İcra Hakimiyyəti müxtəlif fəaliyyətləri məlum olmayan şəxslərə göstəriş verərək “Acınohur” qışlağını şumlayaraq, məhsulların əkilməsinə göstəriş verirlər. Artıq bir neçə fermanın qışlaq torpaq sahələri əkilmişdir. Bəzi naməlum şəxslər gecə vaxtlarında oğrular kimi qışlaq torpaq sahələrini şumlayırlar. Fermerlərlə onların arasında xoşagəlməz hadisə baş versə kim cavab verəcəkdir ?
Artıq qoyun sürüləri yaylaqdan arana enirlər. Fermerlər təşvişdədirlər, bilmirlər sürüləri hara sürsünlər. Çobanların bəziləri - “Rayon İcra Hakimiyyətinin qabağına, bəziləri isə Bakıya Prezident aparatının qabağına sürək” deyirlər. Yaylaqdan 40 mindən artıq xırda buynuzla heyvan düşəcək.
Zaqatala rayonun Dağlı kəndinin fermerləri :
1.Yusubov Telman Əfsəl oğlu – 1400 ( Bir min dörd yüz) baş
2.Əliyev Hacı Tağı oğlu – 1500 ( bir min beş yüz ) baş
3.Qarayev Nazim Həsən oğlu - 1500 ( bir min beş yüz ) baş
4.Qurbanov Nəbi Şeyxi oğlu - 1600 ( bir min altı yüz ) baş
5.Mehdiyev Aydın Abdulla oğlu - 2000 ( iki min) baş
6.Osmanov Bahar Qasım oğlu - 1400 ( bir min dörd yüz ) baş
7.Məmmədov Ramiz Bəhram oğlu - 1600 ( bir min altı yüz ) baş
8.Abduləziz Məhəmməd oğlu - 2000 ( iki min) baş
Zaqatala rayonun Suvagil, Muxax və Car kəndinin fermerləri :
1.Qazıyev Kərim Osman oğlu - 1400 ( bir min dörd yüz ) baş artıq qışlaq sahəsi şumlanıb, sürünü sürəsi yeri yoxdur.
2. Mirzəyev Oruc Nadir oğlu - 1600 ( bir min altı yüz ) baş qışlaq sahəsindən 400 ha artıq şumlanıb.
3. Həsənov Mübariz Həsən oğklu – 900 ( doqquz yüz ) baş
4.Rzaqov Rəsul Rzaq oğlu - 1200 ( bir min iki yüz ) baş
5.Mülkümov Musa Nuru oğlu – 900 ( doqquz yüz ) baş
6.”Mağara” Ş.K.(F)T-nın – 1200 ( bir min iki yüz ) baş
7.Eyubov Vidadi Məhəmməd oğlu - 1600 ( bir min altı yüz ) baş
8.Seyidov Məhəmməd Eyub oğlu - 1300 ( bir min üç yüz ) baş
9. Əliyev Salam Yusif oğlu - 1200 ( bir min iki yüz ) baş
10.Əlimov Tofiq Rəcəb oğlu - 1500 ( bir min beş yüz ) baş
11. Mülkümov Məmməd Abdurahman oğlu - 1600 ( bir min altı yüz ) baş
12.Qədirov Məhəmməd Əhməd oğlu -1400 ( bir min dörd yüz ) baş
13.Çobanzadə Ramazan Şaban oğlu - 1300 ( bir min üç yüz ) baş
14.Sultanov Abdurahman Nəbi oğlu - 1800 ( bir min səkkiz yüz ) baş
15.Əfəndiyev İlqarƏnvər oğlu - 1600 ( bir min altı yüz ) baş
16.Əminov Bəhram Bilal oğlu . şəhid atası – 400 ( dörd yüz ) baş ,200 ha qışlağı əkilib.
17. Seyidov Seyid Mirzə oğlu - 1600 ( bir min altı yüz ) baş
18. Yusif Məhərrəm oğlu - 2500 ( iki min beş yüz ) baş
Bu siyahıda olan fermerlər ümumi olan fermerlərin bir hissəsidir. Bizim ümid yerimiz Sizsiniz. Biz inana bilmirik ki, Siz Qax rayon İcra hakimiyyətinin məmuralarına belə cinayət törətmələrinə icazə verərsiniz. Bizim ulu babalarımız da qoyunçuluqla məşğul olublar. Bizim həyat yoldaşlarımız dağda, arandakı qışlaqda , qoyun sürüsü yaylağa çıxanda, yaylaqdan arana düşəndə yolda övlad dünyaya gətirmişlər. Biz min bir əzab əziyyətlə çörək qazanıb, övladlarımızı böyüdüb Vətənimizi qorumağa göndərmişik. Şərəfsiz dövlət məmurlarının balaları kimi balalarımızı barlara göndərməmişik.
Hörmətli Prezident ! Sizdən artıq dərəcədə xahiş edirik Qax rayon İcra hakimiyyətinin məmurlarına biz fermerlərin, çobanların çörək təknəsinə yaxın gəlməməsinə göstəriş verəsiniz. Bizə öz halal zəhmətimizlə çörək qazanmağımıza maneçilik törətməsinlər. Əks halda biz də öz qeyrətimizi nümayiş etdirmək məcbriyyətində qalacağıq. Kənardan düşmən də bizə güləcəkdir. Biz inanırıq ki, bizə bu məsələnin həllində öz köməkliyinizi əsirgəməyəcəksiniz. Əks halda ferməllər küllü miqdarda zərər çəkə bilərlər.
Hörmətlə Şəki, Qax və Zaqatala fermerləri və çobanları :
1 Yusubov Telman Əfsəl oğlu
2. Əliyev Hacı Tağı oğlu
3. Qarayev Nazim Həsən oğlu
4. Qurbanov Nəbi Şeyxi oğlu
5. Mehdiyev Aydın Abdulla oğlu
6. Osmanov Bahar Qasım oğlu
7. Məmmədov Ramiz Bəhram oğlu
8. Abduləziz Məhəmməd oğlu
9. Qazıyev Kərim Osman oğlu
10. Mirzəyev Oruc Nadir oğlu
11. Həsənov Mübariz Həsən oğklu
12. Rzaqov Rəsul Rzaq oğlu
13. Mülkümov Musa Nuru oğlu
14. Zakatalski Hacıbəy İsaq oğlu
15. Eyubov Vidadi Məhəmməd oğlu
16. Seyidov Məhəmməd Eyub oğlu
17. Cavadov Mükərrəm Məmməd oğlu
18. Əliyev Salam Yusif oğlu
19. Əlimov Tofiq Rəcəb oğlu
20. Mülkümov Məmməd Abdurahman oğlu
21. Qədirov Məhəmməd Əhməd oğlu
22. Çobanzadə Ramazan Şaban oğlu
23. Sultanov Abdurahman Nəbi oğlu
24. Əfəndiyev İlqar Ənvər oğlu
25. Əminov Bəhram Bilal oğlu
26. Seyidov Seyid Mirzə oğlu
27. Yusif Məhərrəm oğlu
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq... RegionXeberleri.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|