Cəbhə bölgəsində təhsil bərbadlığı... - İTTİHAM
Tarix: 24-01-2019, 09:40 | Çap et
Azərbaycanda təhsilin vəziyyətinin acınacaqlı olduğunu ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin 50 faizdən çoxunun keçid balını belə toplaya bilməməsi rəsmən təsdiq edir. Vəziyyətin belə acınacaqlı olmasının bir çox səbəbləri olsa da, həmin səbəblərin önündə qanunvericiliyin tələblərinə əməl olunmaması gəlir. Təhsillə bağlı qanunvericiliyin və hüquqi aktların tələblərinə riayət edilməsinin aşağı səviyyədə olması ərazisi işğal olunmuş rayonlarda daha qabarıq şəkildə müşahidə olunur.
Ağdam rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Ramiz Talış oğlu Qədirov dövlət orqanlarına müraciət edərək Ağdam rayon Təhsil Şöbəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı faktları araşdırmağa çağırıb. Bu faktların nədən ibarət olduğuna bir qədər aşağıda aydınlıq gətirəcəyik. Hələlik isə Ağdam rayon Təhsil Şöbəsində hansı hüquqi aktların pozulması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün bir məqamı oxucuların diqqətinə çatırmaq istərdik.
Azərbaycanda şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinifə keçirilməsi Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun aparılmalıdır. Bununla bağlı yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin 19 fevral 2015-ci il tarixli, 46-14-1127/16 nömrəli təlimatı da göndərilib. Həmin tarixdən dörd ilə yaxın keçsə də, bəzi təhsil idarəetmə orqanları "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əməl etmirlər. Qeyd edək ki, adı keçən sənədin 4-cü maddəsi ilə məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbulu, habelə yerli məktəblərdə təhsil alan məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsi qadağan edilir. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yerdəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Ağdam rayonunda məlumatlı şəxslərdən hesab olunan, İcra hakimiyyətinin ümumi şöbəsinin uzun müddət müdiri olmuş Ramiz Qədirovun araşdırılmaq üçün dövlət orqanlarına ünvanladığı faktlara nəzər salaq. Həmin məlumata görə, Ağdam rayonun İmamqulubəyli qəsəbəsində 6 məktəb fəaliyyət göstərir və onlar təxminən 2 km-lik radiusda yerləşir. Həmin təhsil müəssisələrindən biri müasir dövrün tələblərinə cavab verən İmamqulubəyli qəsəbə tam orta məktəbidir. Qəsəbədə həmin təhsil müəssisəsi ilə yanaşı 440 şagirdlik 135 saylı köçkün tam orta məktəbi də fəaliyyət göstərir. Çox maraqlıdır ki, həmin 440 şagirdlik məktəbdə bu gün cəmi 280 nəfər şagird təhsil almasına baxmayaraq, həmin məktəbdə əlavə olaraq daha iki məktəb də fəaliyyət göstərir. Bu təhsil müəssisələri isə 87 saylı köçkün orta məktəb və 92 saylı köçkün ümumi orta məktəbidir. Bu dörd məktəbdən əlavə həmin ərazidə 5 saylı köçkün orta məktəbi də fəaliyyət göstərir. Bu məktəb əvvələr Bərdə rayon ,Şirvanlı kəndində yerləşirmiş. Həmin ərazidə yaşayan məcburi köçkünlər Ağdam rayonu ərazsində salınmış qəsəbələrə köçürüldüyü üçün 5 saylı köçkün orta məktəb də yerləşdiyi ərazini dəyişmək məcburiyyətində qalıb. İddialara görə, həmin təhsil müəssisəsinin "binası” məktəbin direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədovun şəxsi vəsaitləri hesabına bir qat mişar daşından tikilib. Məktəb direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədov Təhsil Şöbəsində məsləhətçi işləyir.
İndi Ağdam rayon sakinləri dövlət orqanlarının həmin müraciəti araşdıracağı günü səbirsizliklə gözləyirlər.
Bu müraciət Təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinin qənəatbəxş olmadığını da üzə çıxarıb. Məlum olur ki, 2013-cü ildən ötən ilin aprelinə kimi nazir müavini, ötən ilin aprelindən isə təhsil naziri olan Ceyhun Bayramov Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarının icrasını təmin edə bilmir. Əgər təmin edə bilsəydi Ağdam rayon Xındırıstan kəndində köhnə hamam binasında fəaliyyət göstərən 66 saylı köçkün tam orta məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilərdi. Çünki, köhnə hamam binasında fəaliyyət göstərən məktəblə Xındırıstan kəndində yerləşən müasir tələblərə cavab verən məktəb arasındakı məsafə bir neçə yüz metrdir. Beləliklə də Ceyhun Bayramovun vəzifəsinin öhdəsindən gələ bilməməsinin nəticəsində Təhsil Nazirliyinin 06 noyabr, 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı icra olunmamış qalır.
Təhsil Nazirliyində qanunvericiliyə əməl olunmasında müşahidə olunan boşluqlar kadr siyasətində də özünü biruzə verir. Məsələn, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Səbahər Vəzirxan qızı Əmirova Ağadm rayon 87 nömrəli tam orta məktəbin, Mətanət Elman qızı Əliyeva Ağdam rayonu 102 saylı tam orta məktəbin, Sövqiyyə İsfəndiyar qızı Quliyeva Ağdam rayon Paşabəyli kənd tam orta məktəbin, Sevinc Kəriş qızı Quliyeva Ağdam rayonu Həsənxanlı kənd tam orta məktəbin, Əkrəm Oruc oğlu Mirzəyev Ağdam rayon 152 saylı tam orta məktəbin 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə direktor təyin ediliblər. Redaksiyamıza daxil olan məlumata görə, bu şəxslərin məktəb direktoru təyin edilmələri də Təhsil nazirinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş məktəb direktorlarının işə qəbulu qaydalarına ziddir. Həmin qaydalara görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir.İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.
Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.
Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Məlumata görə, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Ağdam rayonunun beş orta məktəbinə direktor təyin edilməsi zamanı bu qaydalara əməl olunmayıb. Bu məsələdə isə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun xüsusi rol oynadığı iddia olunur. Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq. "Yeni Sözçü"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
|