DİA.AZ: - "MKT-Ucar" filialının 200 nəfər əməkdaşı tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Müraciətdə deyilir:
""MKT-Ucar" filialının 01 mart 2019-cu il tarixdə bağlanılması barədə 200 nəfər işçinin hər birinə gecə saatlarında verilən xəbərdarlıq məktubunu biz qara xəbər kimi qəbul etdik.Sanki bizim elə bil üzürümüz düşdü.Hazırda "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik. "MKT-Ucar" filialı (Ucar Pambıq təmizləmə zavodu) 1922-ci il tarixdə inşa edilib 1926-cı ildə istifadəyə verilib.Bu pambıq təmizləmə zavodu sovetlər dönəmində ən məhşur böyük bir müəssisə olub. 2016-cı il tarixdə "MKT-Ucar" filialı olub. Burada 200 nəfər işləyir ki, hər bir işçinin evində 5-6 nəfər ailə üzvü var. Bütün ailənin yeganə gəlir yeri bu idarədən aldığı əmək haqqısıdır. 25 yanvar 2019-cu il tarixdə hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov tərəfindən xəbərdarlıq məktubu təqdim olundu.Məktubda qeyd edilib ki, "Nəzərinizə çatdırmaq istəyirik ki, 07.01.2019-cu il tarixdə sizinlə "MKT İK" MMC ilə qarşılıqlı razılaşma əsasında 31.01.2019-cu il tarixə kimi əmək müqaviləsi müddəti uzadılmışdı. Qanunvericiliyə əsasən, sizinlə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.01.2019-cu il tarixdə xitam veriləcək.Bununla əlaqədar olaraq hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcəkdir.Xahiş edirik ki, əmək kitabçanızı təhvil almaq üçün həmin tarixdə Filialın Kadrlar Şöbəsinə yaxınlaşasınız."
Biz bu xəbərdarlıq məktubunu qara xəbər kimi qəbul edib etirazımızı bildirdik ki, bəs bizim ailəmiz necə dolanacaq nə edəcəyik.Rəhbərlik bizə bir neçə gün sonra dedi ki, yuxarıdan göstəriş verildi ki, zavod fəaliyyətini dayandırmayacaq işləyəcək. Bir neçə gün sonra nə baş verdisə yenidən deyildi ki, yenə yuxarıdan göstəriş verildi ki, zavod 01 mart 2019-cu il tarixdən fəaliyyətini dayandıracaq. İndi biz çıxılmaz bir vəziyyətlə üzləşmişik.Ümüdümüz bir Allaha, prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevayadır.Diqqət edin ki, zavodun fəaliyyətinin dayandırılmasına heç bir əsas yoxdur.Prezidentin xüsusi göstərişi ilə pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda fəaliyyəti zəruri olan böyük bir zavodun qəfil bağladılıb 200 nəfər zəhmətkeş işçini çörəksiz qoyurlar.Bu 200 nəfər işçinin evində 5 ailə üzvünüdə hesaba alanda 1000 nəfər insanın çörəksiz qoyulması təxribat hesab edilir.Buna baxmayaraq biz ümüdümüzü üzməmişik ona görə ki, İlham Əliyev kimi qayğıkeş prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli birinci xanım var. Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox-çox xahiş edirik yalvarırıq "MKT-Ucar" filialının bağlanmasına imkan verməyin bizə köməklik edin.Ümüdümüz yalnız sizədəir. Biz 1000 nəfər vətəndaş sizin qərarınızı gözləyirik.İnanırıq ki, siz bu müraciətimizi araşdırb tədbir görəcəksiniz".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün tərəfləri dinləməyə hazırıq...