Metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar - Metro işçiləri DANIŞIR
Tarix: 12-03-2019, 09:00 | Çap et
“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilər bildirirlər ki, problemləri ilə bağlı müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər.
Şikayətçilər özlərini aşağıdakı kimi təqdim ediblər:
BMP-QSC-nin baş müfəttişlik aparatının Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev;
Maşinist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev;
Maşinist Fikrət Sərvər oğlu Şıxaliyev.
Şikayətçilər bildirdilər ki, bir neçə həmkarları da üzləşdikləri vəziyyətdən şikayətçidirlər, lakin iş rejimlərinin sərt olması səbəbindən metropolitendən ayrıla bilməyiblər.
Şikayətçilər başlarına gələni aşağıdakı kimi anlatdılar:
“Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı qərarında maşinist və maşinist köməkçisi peşəsi zərərli və ağır istehsalatın peşə və vəzifələri siyahısında öz əksini tapıb. Maşinist və maşinist köməkçilərinin əmək kitabçalarında xüsusi ağır əmək şəraiti və həftədə 36 saatlıq iş rejimi qeyd olunduğu halda ”Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmadan 25.09.2017- ci il tarixində 646 saylı əmrlə 10.10.2017-ci il tarixdən etibarən maşinistləri yeni iş qrafikinə keçirib. Həmçinin sədr bu qərarla maşinist köməkçisi peşəsini ləğv edib, metropolitendən heç bir məlumatı olmayan şəxsləri işə qəbul edib, qısa vaxt ərzində maşinist olacaqlarına dair onlara vəd verib. Tuneldə və qatarda heç vaxt işləməmiş, təlimata əsasən ən azı 3-cü çilingərlik dərəcəsi olmayan insanların qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin taleyini təhlükə altına atmaq deyilmi?! Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.
Yeni iş qrafikinə əsasən gecə saat 03-04 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir) maşinistləri evlərindən götürüb işə gətirirlər. Gecikmə, itlərin hücumuna məruz qalma halları olduqda maşinistlər həkim komissiyasından keçmədən işə buraxılır. Həkim komissiyasından keçərkən təzyiqi 160-170 olan maşinistlər belə işə buraxılırlar. 4-5 saat işlədikdən sonra iş sona çatır. Gecə yuxusuz qalmış maşinistlərin sərnişinləri mənzil başına təhlükəsiz çatdırması böyük riskdir.
“Bakı Metropoliteni”ndə çalışan işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev, baş müfəttiş Elxan Məmmədov həmin şəxsləri idarəyə çağırtdırıb, günlərlə onları süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, heç bir əsas olmadan mükafatlarını kəsdirir, tutduqları peşədən, vəzifədən aşağı peşəyə, vəzifəyə keçirir. Öz ərizələri ilə işdən çıxmalarını tələb edir, işçi öz ərizəsi ilə işdən çıxmaq istəmədikdə Tərlan Dadaşovun imzası ilə qanunsuz ixtisara salıb, işdən azad edirlər. Bütün bunlarla bağlı əlimizdə kifayət qədər faktlar var. Xoşları gəlməyən metropoliten işçilərini heç bir əsas olmadan, hətta işçinin istirahət günündə kafedə oturub söhbət etdiklərinə görə də cəzalandırırlar. Bütün bu əmrlərin surəti əlimizdədir. İşçini cəzalandırdıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 1995-ci il tarixli 198 saylı qərarı ilə təsdiq edilmiş “Bakı Metropoliteni QSC ” işçilərinin əmək intizamı haqqında Nizamnaməsi və təlimatlar deyil, “Zaur Hüseynov hökuməti”nin istəkləri nəzərə alınır".
Şikayətçilər bildiriblər ki, metropolitenin texniki istismar qaydaları kobud şəkildə pozulur və sərnişinlər təhlükə altındadır:
“Metropolitenin texniki istismar qaydaları kitabının 6.26 bəndinə zidd olaraq ”İçərişəhər" stansiyasında 2-ci baş yolda stansiyanın girişində olan ətalətli avtostop Zaur Hüseynovun əmri ilə sökülüb. Həmin avtostop 2-ci baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən 2-ci baş yoldan 1-ci baş yola keçiddə sürətə nəzarət edirdi. Nəzərinizə çatdırırıq ki, hazırda “İçərişəhər” stansiyasına sərnişinlə 2-ci baş yola girən qatarların, həmçinin də 2-ci baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur.
Metropolitenin texniki istismar qaydaları kitabının 6.35 bəndində metropoliten xətləri, ötüb keçən qatarların vaqon bukslarının qızmasını avtomatik olaraq təmassız aşkara çıxaran və bu barədə müvafiq məlumatı yaxındakı stansiyanın mərkəzləşmə məntəqəsinə, yaxud qatar dispetçerinə ötürən qurğularla təchiz olunmalı olduğu halda Bakı Metropoliteninin rəhbərliyi bunu yaddan çıxarır. Sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər. Nəzərinizə çatdırırıq ki, həmin qurğu Bakı Metropolitenində 2 ədəd var idi, söküləndən sonra yerinə yenisini quraşdırmaq yaddan çıxıb.
Metro vaqonlarının təmiri üzrə rəhbər sənəd olan “Ü metro 4592" saylı metropoliten vaqonu kitabının 1-ci başlıq 1.7 bəndində - Metro vaqonlarında istehsalçı zavodla razılaşdırmadan konstruktiv dəyişikliklərin edilməsi qadağan olunduğu halda, Bakı Metropolitenində vaqonların ayrı-ayrı aparatları, maşinist kabinələrı çox keyfiyyətsiz şəkildə, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilmədən dəyişdirilir.
Maşinist kabinəsinin ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb təxliyə edilməsindən ötəri qapı açılıb (yığılan pilləkən olduğu halda) onları ləğv edərək, yeni kabinə quraşdırılır".
Şikayətçilərin sözlərinə görə, qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə əmək müqaviləsi pensiya yaşına çatana qədər bağlanmalı olduğu halda, işçilərlə istənilən yaş həddində əmək müqaviləsi bağlanır, bu da hərəkətin təhlükəsizliyini böyük risk altında qoyur: “Təlimata əsasən, lokomotiv briqadalarının ən azı 85 faizinin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda, indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin təlimata əsasən aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsi ən gec növbəti təqvim ayının başlanmasına 5 gün qalmış elan olunmalıdır. Amma buna hələ də riayət olunmur. Hər il tibbi müayinədən keçməyə görə lokomotiv briqadalarının üzvlərinə ildə bir dəfə 6 iş saatının və texniki təlimə görə hər ay 2 iş saatının haqqı ödənilməli olduğu halda bu qanun icra edilmir”.
Şikayətçilər deyirlər ki, 16 iyun 2015-ci il tarixdə təsdiq edilmiş “Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarının maşinistinə tək maşinist işləmək hüququnun verilməsi barədə əsasnamənin tələbləri yerinə yetirilmir, yeni təlimat yoxdur.
Maşinistlər bildiriblər ki, sədr onları qəbul etmir, iclasları isə rus dilində aparılır:
“30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 4.1 bəndinə zidd olaraq maşinistlərin iclasları rus dilində aparılır.
Metropoliten sədrinin 16 sentyabr 2014-cü il tarixli 82 saylı əmrinə müvafiq təsis olunmuş təlim-tədris mərkəzinin Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyası yoxdur. Heç bir təhsili olmayan işçilər ali təhsilli mühəndislərə dərs keçir.
Təlim-tədris mərkəzinin təşkil etdiyi ixtisas kurslarını bitirən işçilərə etibarlılıq müddəti 1-2 il olan sertifikat verilir ki, bu da görünməmiş hadisədir.
Şikayətçilərin sözlərinə görə, vaqonların əsaslı təmiri demək olar ki, aparılmır: “Bir qatarın avadanlıqlarının sökülüb digər qatara yığılması və kabinənin dəyişdirilib, qatarın rənglənməsi ilə vaqonların əsaslı təmiri bitmiş hesab edilir. Yüzdən yuxarı artıq qaçışlı, əsaslı təmirə ehtiyacı olan vaqonlar əvvəlki, metropoliteni dərindən bilən metropoliten rəislərinin vaxtında ehtiyat hissələrinin çatışmaması səbəbindən əsaslı təmir oluna bilmədi, necə olur ki, metropolitendən xəbəri olmayan Zaur Hüseynov bunların hamısını az vaxtda təmir etdirdi? Bu cür təmirdən çıxmış vaqonlarda sərnişin daşınması sərnişinlərin həyatını təhlükəyə atmaq deməkdir.
Metropoliten vaqonlarının dartı mühərriklərinin təmiri “Ü Metro 3896" saylı təlimatın heç bir bəndinə uyğun gəlmir. Yığılmış dartı mühərrikləri təmirdən sonra yoxlanılmır, stend tələblərə cavab vermir, vaqon formulyarlarına saxta parametrlər qeyd edilir. Bu cür dartı mühərrikləri ilə təchiz edilmiş vaqonlarla sərnişin daşınması sərnişinlərin təhlükəsizliyinə heç vaxt təminat verə bilməz.
29.11.2018 ci il tarixində 2659-2669 saylı qatar tərkibi sərnişinlə xətdə işləyərkən 2669 saylı vaqonda keyfiyyətsiz təmirin nəticəsində təkər cütlərinin reduktorunda “SERQA” adlanan detal sınmış, nəticədə sərnişinlər qatardan boşaldılıb, qatar depoya göndərilmişdir. Bu hadisə böyük bir faciə ilə nəticələnə bilərdi. Gecə işində motovozlarla daşınan yüklər acınacaqlı vəziyyətdə daşınır. Yük platformalarının əyləc avadanlıqları sökülüb əyləcsiz platformalarla yüklərin daşınması, gecə tuneldə işləyən işçilərin həyatlarını təhlükə altına atmaq deməkdir".
Maşinistlər başqa bir vacib məqama da toxunublar. Onların sözlərinə görə, “Avtovağzal”-"Memar Əcəmi-2" xəttində quraşdırılmış “THALES” sistemi tələblərə cavab vermir: “”THALES" sistemi “Avtovağzal” - “Memar Əcəmi-2" xəttində təhlükəsizliyi təmin etməlidir, hazırda söndürülüb.
16.08.2017-ci il tarixdə maşinist Rafiq Hüseynov və maşinist köməkçisi Valeh Heybətov “Memar Əcəmi-2" stansiyasını 73 metr keçmiş, qatar tuneldə iki yolun arasında yığılmış relslərə dəyərək dayanıb. Nəticədə 8857 saylı vaqonun 1-ci təkər cütünün reduktoru sınıb, 2-ci təkər cütünün reduktoru zədələnib və digər aparatlar da zədə alıb. Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”nə müraciət etdik. Bildirildi ki, şikayətlərlə tam tanış olduqdan sonra açıqlama veriləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
|