"Access Bank" vətəndaşa necə qənim kəsilib... - Prezidentə müraciət olundu
Tarix: 27-05-2019, 08:51 | Çap et
DİA.AZ: - Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.
"Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları! 2013-cü ilin sonlarında kredit üçün «AccessBank» QSC-ə müraciət etmişəm və 13 dekabr 2013-cü il tarixində həmin bankla aramızda bağlanmış kredit müqaviləsinə əsasən mənə 500 000 (beş yüz min) ABŞ dolları kredit xətti açıldı. Elə həmin gün ikinci bir müqavilə ilə «AccessBank» QSC-dən 36 ay müddətinə aylıq iki faiz olmaqla 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşəm. Eyni zamanda həmin gün bankla aramızda ipoteka müqaviləsi bağlandı və bu müqaviləyə əsasən mənə məxsus Göyçay rayon Potu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin ərazisində inşa olunmuş bir mərtəbəli, üç otaqlı 70 kv.m yaşayış, 42,6 kv.m yardımçı, 112,6 kv.m umumi sahədən ibarət fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə yüklü edildi. 14.08.2014-cü il tarixdə «AccessBank» QSC ilə yeni bağlanmış kredit razılaşmasına əsasən 28 ay müddətinə yenədə aylıq iki faiz olmaqla 4940 (dörd min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit götürdüm.13.10.2015-ci il tarixdə yeni sazişlə 13.12.2013cü il tarixdə götürdüyüm kreditin ödəniş planına dəyişiklik edildi. 2015-cildə baş vermiş məlum dolların dəyərinin qalxmasından sonra baka olan kredit borcumu ödəyə bilmədim.Kredit borcumu ödəyə bilməməyimin səbəblərindən biridə bank tərəfindən cərimə borcunun yüksək hesablanması olmuşdur. «AccessBank» QSC tərəfindən mənə və kredit götürməyim üçün zaminlik etmiş İsrəfilov Siyavuş Kamal oğluna qarşı 28617 (iyirmi səkkiz min altı yüz on yeddi) ABŞ dolların tutularaq bankın xeyrinə verilməsi üçün Göyçay rayon məhkəməsində qaldırdığı iddia qismən təmin olundu.Yəni Zəfər Quliyevin sədrliyi ilə Göyçay rayon Məhkəməsi 11.10.2018-ci il tarixli iş nömrəsi 2(046) -835/2018 olan qərarı ilə 21 498 (iyirmi bir min dörd yüz doxsan səkkiz) ABŞ dolları məbləğində pul bizdən tutlaraq banka ödənilməsi qərarını verdi. Mən Göyçay rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə Şəki Apellyasiya Məhkəməsidə 16 yanvar 2019-cu il tarixli iş nömrəsi 2(107)-520/2019 olan qərarı ilə Göyçay rayon Məhkəməsinin qərarını qanunsuz və əsassız olaraq qüvvədə saxladı. Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun bu qətnaməsini ona görə qanunsuz və əsassız hesab edirəm ki, işi aparan məhkəmə kollegiyası maddi və prosesual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.. Çünki mənim banka etdiyim ödənişlər borcdan deyil faiz və cərimədən silinmişdir. İşə birinci instansiyada baxılarkən mühasibatlıq ekspertizası təyin olunmuş və rəy alınmışdır.Lakin bu ekspertizaının rəyində ekspert qoyulmuş sualları tam həll edərək aydınlıq gətirməmişdir. Buna görədə təkrar ekspertiza təyin edilməlı olduğu halda hakim Mirbahəddin Hüseynov bu ekspertizanı təyin etməmişdir. Eyni zamanda məhkəmə mənə məxsus bir mərtəbəli, üç otaqlı, 70 kv.m yaşayış, 42,6 kv.m yardımçı, 112,6 kv.m umumi sahədən ibarət olan fərdi yaşayış evimin satış qiymətini 45 000 (qırx beş min) manat müəyyən etmişdir. Halbu ki, bu evin real bazar qiyməti 85 000 (səksən beş min) manatdır. Mənə məxsus bu yaşayış evinin qiymətləndirilməsi mütəxəssis rəyi ilə tək fərdi yaşayış evinə olmuşdur.Sonra təkrar məhkəmə tərəfindən bu fərdi yaşayış evinin 0,08 ha həyətyanı torpaq sahəsi ilə birlikdə qiymətləndirici təyin olunmuşdur. Lakin qiymətləndirici tərəfindən mənə məxsus fərdi yaşayış evi ilə birlikdə 0,08 ha həyətyanı torpaq sahəsinin real bazar qiymətini 45 000 (qırx beş min) manat müəyyən etmişdir. Belə olduğu halda Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov ipoteka predmeti olan fərdi yaşayış evimin qiymətləndirilməsini digər müstəqil qiymətləndiriciyə həvalə etməli idi ki, bunun nəticəsindədə mənə məxsus fərdi yaşayış evinə qoyulmuş 45 000 (qırx beş min) manatın üzərinə 0,08 ha torpaq sahəsinin real qiyməti əlavə olunaraq 85 000 (səksən beş min) manat müəyyən olunacaqdı Bundan başqa hakim Mirbahəddin Hüseynovun ipoteka predmeti olan mənə məxsus Göyçay rayonunun Potu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin və onun üzərində olan bir mərtəbəli, üç otaqlı, 70 kb.metr yaşayış, 42,6 kv.metr yardımçı,112, 6 kv.metr umumi sahədən ibarət fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılması ilə bağlı gəldiyi nəticədə qanunsuz və əsassızdır. Bu nəticə ona görə qanunsuz və əsassızdır ki, hakim Mirbahəddin Hüseynov bu nəticəyə gələrkən öz şəxsi mülahizələrinə əsaslanmış və güman etdiyi halın baş verməsi nəticəsində mənə məxsus yaşayış evinin boşaldılması qərarını vermişdir. Halbu ki, bu yaşayış evinin açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olması bu günə kimi heç kimə məlum deyil. Qanunvericiliyimizə əsasən «fərdi yaşayış evinin boşaldılması» üçün əvvəlcə ona tutma yönəldilməli və satılmalıdır. Sonra ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməli və yeni mülkiyyətçinin hüquqi sahibliyinə verilməlidir..Bundan sonra yaşayış evində yaşayan şəxslər alqı-satqıdan sonra bir ay ərzində könüllü tərk etmədikləri halda həmin evin hüquqi sahibi olan yeni mülkiyyətçi həmin yaşayış evinin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Sonda bu tələblərə yeni icraatda baxılmalıdır.Göründüyü kimi mənə məxsus yaşayış evi bu günə kimi satılmayıb. Buna görədə münasibətlərə yeni mülkiyyətçi daxil olmayıb, mənim və ailə üzvülərimin yeni mülkiyyətçi qarşısında bir ay ərzində yaşayış evimizin könüllü tərk etməyimizədə imtina etməmişik. Yeni mülkiyyətçi yoxdursa yeni kreditorun hal-hazırda olmayan və gələcəkdə olub-olmayacağı məlum olmayan hüquqi faktlar üzrə belə tələb hüququ olmadığına görə bu evin boşaldılması barədə tələb bu məhkəməyə aid mübahisə olmadığından icraata qəbul edilməli deyildi.Lakin hakim Mirbahəddin Hüseynov falçılar kimi gələcəyi görərək öz fərziyyəsi əsasında bu qərarı vermişdir. Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları! Siz 3 aprel 2019-cu ildə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün fərman imzalamısınız. Həmin fərmanda qeyd olunur ki, «cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, ədalət, qanunçuluq, qərəssizlik, aşkarlıq hər kəsin qanun qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət muhakiməsinin digər prinsiplərinə əməl edilməlidir». Amma təssüf ki Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov bu fərmanda yazılanlara əsaslanmadan hansısa maraqlara uyğun olaraq qətnamə çıxarmışdır. Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun qanunsuz verdiyi bu qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm və 30 may 2019-cu il tarixində Ali Məhkəmənin inzibat- binasında mənim kassasiya şikayətimə baxılacaq. Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları! Yuxarıda göstərdiyim subutlar və faktlar əsasında mənim kassasiya şikayətim təmin olunmalıdır.Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(107)-520/2019 iş nömrəli qətnaməsi ləğv olunmalı, bu subutların və faktların yenidən araşdırılması (təkrar mühasibatlıq ekspertizasının, mənə məxsus yaşayış evinin yenidən qiymətləndirilməsi üçün digər müstəqil qiymətləndiriciyə həvalə etmək şərti ilə yeni qiymətləndirmə ekspertizasının təyin olunması və evin boşaldılması tələbinin icraatdan çıxarılması) üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmalıdır. Hələ ki, ümüdümü üzməmişəm. İnanıram ki, 30 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında keçirilən iclasında bu məhkəmə işinə obyektiv baxılacaq və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ədalətli qərarını verəcək".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|