Deputatın adamları “Dövlət bizik, bizə kimsə bata bilməz”, deyərək sakinlərin əşyalarını pəncərədən atıb və evi qarət ediblər...
Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Sahib Zeynalov 19 ünvanda yerləşən binanın sakinlərinin evini uçurub. Bu barədə “Azad Söz” “Youtube” kanalında yayılan ürəkdağlayan reportajda bildirilir. Kanala danışan Nəsimi rayon sakinləri evdə olmadıqları vaxtda deputat Əsabil Qasımova aid olan şirkətin işçilərinin onların evinə girərək əşyalarını pəncərədən çölə atdıqlarını və evdəki digər əşyaları qırıb tökdüklərini bildirib. Şikayətçi Məmmədova Esmira Tahir qızı həmçinin evindən qızıl əşyalarının da götürüldüyünü iddia edib.
Hazırda bir neçə ailənin küçədə qaldığı və mənzillərinə buraxılmadığı qeyd olunur.
Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu işdə tikinti şirkətlərinin əsas yardımçısı rolubda isə icra hakimiyyətləri çıxış edir. Elə bu hadisədə də sakinlər Əsabil Qasımovun işçilə\rinin onların evinə icra hakimiyyətinin işçiləri ilə və polislərlə girdiyini bildirirlər. Bu tipli özbaşınalıqlara görə isə demək olar ki, heç kim cəzalandırılmır...