Samir Şərifovun Beyləqandakı kadrının vəzifədə qalması üçün nələrə əl atılır?... - İDDİA
Tarix: 31-07-2019, 11:10 |
Çap et
Beyləqan Maliyyə İdarəsinin müdiri İslam Allahverdiyev sənədlərdə saxtakarlıq edərək yaşını azldıb. MilliYol-a daxil olan məlumata görə o, bu yolla vəzifədə daha çox qalmaq niyyətindədir.
Azərbaycanda uzun müddət məmur vəzifəsində işləyən məmurlar üçün vəzifə o qədər vaz keçilməz hala gəlib ki, onlar postlarını qorumaq üçün müxtəif saxtakarlıqlara əl atırlar. Belə bir məmurlardan biridə Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahvediyevdir.
Saytımıza Beyləqandan daxil olan ilginc məlumata görə Beyləqan maliyyə idarəsinin müdiri vəzifədə qalmaq üçün yaşını iki yaş azaldıb. Bildirək ki, İslam Allahverdiyevin yaşını kiçiltməsi ilə bağlı mətbuatda bir müddət əvvəl məlumatlar dərc olunduğu üçün maliyyə idarəsi müdirinin planları boşa çıxmışdı. Amma əldə etdiyimiz məlumata görə ara sakitləşən kimi İslam Allahverdiyev istəyinə nail olub və bir müddət əvvəl iki yaş “cavanlaşıb”.
MilliYol-u məlumatlandıran mənbə qeyd edib ki, 02.02.1955 ci il təvəllüdlü İslam Allahverdiyevin yeni şəxsiyyət vəsiqəsində doğulduğu tarix 1957-ci il göstərilir. Maliyyə İdarəsi müdirinin “cavanlaşması”nda ona kömək edənlərin isə Beyləqan VVAQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) şöbəsinin müdiri Malik Mahmudovla və rayon Məhkəməsinin hakimi Nəsrulla Əliyevin olduğu bildirilir.
Köhnə vəsiqə ilə 64 yenisi ilə isə 62 yaşı olan İslam Allahverdiyevin 70 yaşına qədər Maliyyə İdarəsinin müdiri işləmək istəyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...