"Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                 

FƏRHAD ƏLİYEVLƏ HACI MƏMMƏDOVUN ÜZLƏŞDİRİLMƏSİ VƏ… – “İdarə rəisinin qəbulundan çıxıb Zamirəni oğurlamağa getmişdi…”
Tarix: 9-08-2019, 09:54 | Çap et
FƏRHAD ƏLİYEVLƏ HACI MƏMMƏDOVUN ÜZLƏŞDİRİLMƏSİ VƏ…
“Çoxumuz Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını oxumuşuq. Ada görə bu kitaba borcluyam. Sadəcə, mən eşitdiklərim və oxuduqlarım deyil, ancaq şəxsən gördüklərim və bildiklərim barədə yazacam”.

Tanınmış vəkil Adil İsmayılov bir neçə gün əvvəl özünün “facebook” səhifəsindən vəkillik fəaliyyəti dövrü gördüklərini və bildiklərini qələmə alaraq, oxucularla bölüşəcəyinin anonsunu məhz bu sözlərlə vermişdi. Artıq bir neçə yazı paylaşan Adil İsmayılov, yaxın keçmişimizdə baş vermiş hadisələrlə bağlı sensasiyalı məlumatlar və faktları açıqlayır.

“AzPolitika.info” əlavə şərh vermədən, ancaq zəruri ixtisarla tanınmış vəkilin böyük maraq doğurmuş, indiyədək məlum olan və olmayan sensasiyalı məlumatlarla zəngin yazılarını oxucularına təqdim edir:

(Əvvəli BURADA)

Haci Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluq 2003-cü ildə bilirdi!
İş belə gətirdi ki, mən 2005-ci ildə Hacı Məmmədovun işi ilə əlaqədar həbs edilmiş DİN-in Baş cinayət Axtarış idarəsinin rəisi general Zakir Nəsirovun vəkili oldum. Yəqin bu barədə ətraflı növbəti yazılarımda oxuya biləcəksiniz. Hacının işi üzrə istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən ilginc mənzərə ilə rastlaşdım. Məlum oldu ki, Rövşən Əliyevin Hacı Məmmədovun başçılıq etdiyi dəstə tərəfindən qətlə yetirilməsini Respublika Prokurorluğunun rəhbərliyi 2003-cü ildən bilirmiş.

Belə ki, 2003-cü ilin avqust ayının 11-də Nəsibova Rəna Yusif qızı adlı bir qadın əvvəllər prokurorluqda işləmiş tanışı ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna gələrək, həmin tanışının vasitəsi ilə Rövşən Əliyevin ölüm işini aparan Rüstəm Usubovun və baş prokuror Zakir Qaralovun qəbuluna düşür.

Rəna Nəsibova baş prokurora danışır ki, o, milliyyətcə çeçen olan Abdulvahabov Ruslan adlı bir şəxslə görüşür. Abdulvahabovun sözlərindən ona məlum olub ki, sonuncu daxil olduğu cinayətkar dəstənin tərkibində bir sıra ağır cinayətlər, o cümlədən, adam oğurluqları və qətllər törətmişdir.

Nəsibova bu dəstənin başında Daxili İşlər Nazirliyinin polkovnik rütbəli əməkdaşı Hacı adlı şəxsin durmasını, prokuror-kriminalist Rövşən Əliyevi də həmin dəstənin üzvlərinin qətlə yetirməsini və hazırda bir nəfər milliyyətcə yəhudi olan şəxsi oğurlamağı, yaxınlarından külli miqdarda pul almağı planlaşdırdıqlarını da prokurorluqda danışır. Dediklərinin həqiqət olmasına inandırmaq üçün prokurorluğun əməkdaşlarına Hacının Malakan bağı deyilən ərazidə yerləşən evini də göstərir. Normal məntiqlə mərhum əməkdaşlarını qətlə yetirənlər barəsində bu cür ətraflı məlumat alan Baş prokuror dərhal bu qiymətli şahidi dindirməli, onun təhlükəsizliyini təmin etməli, danışdıqlarını rəsmiləşdirməli və istintaq yolu ilə yoxlamalı idi…

… Rəna Nəsibova prokurorluğa məlumat verdikdən bir müddət sonra – 2004-cü ilin iyun ayının 17-də işlədiyi «Knauf» firmasının ofisində qətlə yetirilmişdi.

Nəsibovanın ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi məlum olsa da, onun ölümünün guya yüksək dozada narkotik vasitələr qəbul etməsi səbəbindən baş verməsi barədə ekspertiza rəyi alınmışdı. Onun ölümü faktı üzrə heç bir istintaq aparılmamış, bir aydan sonra – 17 iyul 2004-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdi.

2005-ci ilin mart ayında Hacı Məmmədov həbs edildikdən sonra həmin qərar ləğv edilmiş, istintaq Rəna Nəsibovanın qəsdən öldürülməsini sübuta yetirərək, bu iş üzrə Novruz Nuriyevi məsuliyyətə cəlb edib, məhkəməyə vermişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Novruz Nuriyevə 12 il azadlıqdan məhrumetmə cəzası verdi, Bakı Apellyasiya Məhkəməsi isə məhkum olunmuş şəxslərdən yalnız onun cəzasını azaltdı. Yeri gəlmişkən, Ruslan Abdulvahabovun harada olması, sağ olub-olmaması bu günə kimi də məlum deyil…

Qəbuldan çıxıb Cahangir Hacıyevin həyat yoldaşını oğurlamışdı!…
İstintaq materiallarından görünürdü ki, Hacının əmisi oğlu bu işdə onunla birlikdə ömürlük həbs cəzasına məhkum edilmiş F.Məmmədbəyov 2001-ci ildə Azər İsmayılovun ölüm işi ilə əlaqədar tutulub, dərhal da buraxılmışdı.

Maraqlıdır ki, Hacı Məmmədov Rövşən Əliyevin öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə sonuncu dəfə 9 fevral 2005-ci ildə prokurorluğun müstəntiqi Sərdar Şəmsiyev tərəfindən şahid qismində dindirilmişdi.

Bundan sonra onu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov qəbul edərək, yarım saat təkbətək söhbət etdikdən sonra şəxsən yola salmışdı. Hacı Məmmədov Eldar Əhmədovun kabinetindən çıxdıqdan sonra dindirmə protokoluna “tələsirəm, işim var” deyib, imza etmədən getmiş və Beynəlxalq Bankın o vaxtki sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Haçıyevanı oğurlamışdı. Bu faktların hamısı məhkəmə prosesində təsdiq olunub…

Zakir Nəsirov məni əmin etdi ki…
2005-ci ilin iyul ayının 8-də axşam saatlarında mobil telefonuma zəng gəldi. Zəng edən MTN-in müstəntiqi idi, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Dedi ki, bir nəfəri şübhəli şəxs qismində saxlayırıq, sizin vəkillik etməyinizi xahiş edir. Kim olmasını soruşdum, dedi ki, gəlib burda görərsiniz. Dərhal MTN-ə getdim və məni istintaq idarəsinə qaldırdılar. Müstəntiqin kabinetində Zakir Nəsirovu gördüm. Biz onunla 1980-ci ilin ortalarından şəxsən tanış idik. Apardığım bir sıra ölüm işlərində əməliyyatçı kimi iştirak etmişdi. İnsan kimi də, peşəkar əməliyyatçı kimi də ona hörmətim vardı. Kabinetdə MTN-in iki müstəntiqinin olmasını gördüm, biri yuxarıda dediyim kimi, hazırda hakim, digəri isə vəkildir.

Bildirdilər ki, Zakir Nəsirovu Hacı Məmmədovun işi üzrə şübhəli şəxs kimi saxlayırıq. Mən elə müstəntiqlərin yanında Zakir Nəsirovla söhbət etdim. Onun işini götürməyə və vəkillik edəcəyimə bir şərtlə razılıq verdim: Əgər istintaqın gedişində onun Rövşən Əliyevin öldürülməsində iştirak etməsinə inansam, onun vəkilliyindən uzaqlaşmağıma razılıq verəcək.

Zakir müəllim şərtimi qəbul etdi və məni əmin etdi ki, Rövşən Əliyevin öldürülməsində və Hacının törətdiyi bildirilən cinayətlərin heç birində iştirak etməyib. Beləcə, mən Zakir Nəsirovun vəkili oldum. Həmin gün mənim iştirakımla Zakir Nəsirovu şübhəli şəxs qismində dindirdilər. Məlum oldu ki, buna qədər onu iki dəfə – 2005-ci ilin aprel ayının 6-da, daha sonra may ayının 30-da MTN-ə dəvət edib, şahid qismində dindiriblər.

Hacı Məmmədovun həbsindən bir neçə gün sonra Nəsirov 16 mart 2005-ci il tarixdə tutduğu Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən istefa verib. Nəsirov ifadəsində Hacı Məmmədovla xidməti münasibətlərinin olmasını, onun törətdiyi cinayətlərdən xəbəri olmadığını, rəhbərlik etdiyi idarənin əməkdaşı tərəfindən cinayətlərin törədilməsini vaxtında aşkar edə bilmədiyi üçün məsuliyyət daşımasını başa düşdüyünə görə istefa verdiyini söylədi.

Müstəntiqlər “tutma protokolu” tərtib edərək, onu MTN-in istintaq təcridxanasına göndərdilər. 9 iyulda Nəsirova ittiham elan edildi, 10 yulda isə barəsində Səbael məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi…

Hacı Məmmədovla üçüncü görüş…
Həbs edildiyi birinci gündən başlayaraq Nəsirov da, mən də Hacı Məmmədovla üzləşdirmə keçirilməsini xahiş edirdik. Buna baxmayaraq, uzun müddət bizim xahişimiz təmin edilmədi.

Nəhayət, israrlı tələblərdən sonra 1 avqust 2005-ci il tarixdə, həbs edildikdən 24 gün sonra üzləşdirmə keçirildi. İstintaqın sonrakı mərhələsində cinayət işinin materialları ilə tanış olarkən başa düşdüm ki, üzləşdirmənin bu qədər ləngidilməsi səbəbsiz deyilmiş.

Üzləşdirmə başlamamışdan əvvəl xahiş etdik ki, protokolun yazılması zamanı təhrifə yol verilməməsi üçün üzləşdirmənin gedişində videoçəkiliş aparılsın. Çünki bundan əvvəl – 12 iyulda Nəsirovu Məmməd Məmmədovla üzləşdirmişdilər.

Üzləşdirmədə Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etmədi və Nəsirova qarşı heç bir iddiasının olmadığını bildirdi. Müstəntiqlər hətta videoçəkiliş aparılmasından çəkinməyərək şahidə təzyiq etməyə, onu yalan ifadə verdiyinə görə məsuliyyətə alacaqları və həbs edəcəkləri ilə qorxutmağa başladılar. Bu təzyiqlərdən sonra şahidin halı xarab oldu. O özünü pis hiss etdiyindən üzləşdirmə və videoçəkiliş dayandırıldı. Lakin istintaqçılar bu dəfə xahişimizi rədd etdilər və belə izah etdilər ki, guya Hacı Məmmədov onun çəkilişlərinin televiziya ilə nümayiş etdirildiyi üçün narazıdır.

Biz bu arqumentlə razılaşmaq məcburiyyətində qaldıq. Çünki doğrudan da istintaqın ilk günündən Hacı Məmmədovun istintaqa verdiyi ifadələr respublika televiziyası ilə nümayiş etdirilirdi. Bundan sonra biz xahiş etdik ki, üzləşdirmə prosesində heç olmazsa audio yazıdan istifadə edilsin, müstəntiqlər rəhbərliyə məruzə etdikdən sonra razılaşdılar. Üzləşdirmə zamanı Hacı Məmmədovun Nəsirovun onun törətdiyi bəzi cinayətlərdə iştirak etməsi barədə açıq-aşkar yalan və ziddiyyətli ifadə verməsi məlum oldu (Bu üzləşdirmə barədə nə vaxtsa ayrıca yazacam).

Müstəntiqlər Hacının ifadə verərkən səhvlər edəcəyindən ehtiyatlandıqları üçün tez-tələsik üzləşdirməni yekunlaşdırdılar və protokol tərtib etməyə başladılar. Yeri gəlmişkən, bu protokolun da, əvvəlki yazılarımda istinad etdiyim digər protokolların da surətləri məndə var…

Müstəntiqlər protokol tərtib etməklə məşğul olduqları vaxt Haçı Məmmədovla sərbəst danışmaq imkanım oldu. Soruşdum ki, Haçı, Rövşən Əliyevin ölümündə sənin iştirakından şübhələndiyim barədə prokurorluğa dediyimi kimdən öyrənmişdin. Hacı cavab verdi ki, KİMƏ DEMİŞDIN, GET ONDAN DA SORUŞ…

Hacı Məmmədov və dəstəsinin cinayət işi üzrə istintaq niyə MTN-ə həvalə edildi?
… Yəqin çoxunuz bilmirsiniz ki, 2005-ci ilin mart ayının 10-da Hacı Məmmədov və dəstəsinin əksər üzvləri həbs ediləndə cinayət işi üzrə istintaqı prokurorluq aparırdı. 2005-ci ilin mart ayının 25-də istintaq Baş prokurorun qərarı ilə MTN-in istintaq idarəsinə həvalə edildi. Bu prokurorluğun nüfuzuna ağır zərbə idi.

İstintaqın MTN-ə həvalə edilməsi barədə 25 mart 2005-ci il tarixli qərarında Qaralov bunu belə əsaslandırdı: «İstintaq zamanı sadalanan cinayətlərlə bərabər, Hacı Məmmədov tərəfindən külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə (? – A.İ.) xarici dövlətlərə aparılması, müxtəlif vaxtlarda xarici dövlətlərdə olması, həmin dövlətlərdə müxtəlif şəxslərlə iş birlikləri qurması, vaxtaşırı xarici ölkə vətəndaşlarından pul vəsaitləri alması aşkar edilmişdir. Bu səbəbdən də Hacı Məmmədovun hərəkətləri onun əvvəllər təqib edildiyi Azərbaycan Respublikasının 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş CM-nin 70, 146 və hazırda qüvvədə olan CM-nin 144, 120 217, 228 və 234-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə bərabər, ibtidai istintaqın aparılması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq orqanlarına həvalə edilmiş Azərbaycan Respublikası CM-nin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətləri görünür. Sadalanan xüsusatlarla yanaşı Hacı Məmmədovun təqib edildiyi cinayət əməllərinin törədilməsi hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, həmin cinayətlərdə iştirak edən şəxslərin dairəsini, habelə Hacı Məmmədov tərəfindən belə cinayətlər törədilməsində xarici təşkilatların iştirakını müəyyənləşdirmək üçün əməliyyat tədbirləri keçirilməsi Azərbaycan Respublikası MTN tərəfindən icra edilməlidir. Göstərilənlərə əsasən, həmçinin Hacı Məmmədovun əməllərinin tam və hərtərəfli araşdırılması üçün çoxsaylı əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini, belə əməliyyat tədbirlərinin keçirilməsinin Azərbaycan Respublikası MTN-ə həvalə edildiyini, əldə olunan əməliyyat məlumatlarının prosessual qaydada vaxtında yoxlanılmasını nəzərə alıb, cinayət təqibinin səmərəliliyini təmin etmək məqsədi ilə» istintaq MTN-nin müstəntiqlərinə həvalə edilsin”.

Həmin qərarla Baş prokuror ibtidai araşdırmaya prosessual rəhbərliyi də öz üzərinə götürmüşdü. Bu qərar tamamilə qanunsuz idi. Hacı Məmmədova nə o vaxt, nə də sonralar CM-nin 206-cı maddəsi ilə ittiham elan edilmədi. Ona belə bir ittiham elan edilsəydi belə, ən azı polis əməkdaşı olduğuna görə istintaqı prokurorluğun müstəntiqləri aparmalı idi.

İstintaq aidiyyətinin kobud şəkildə pozulmasında bu bir ilk idi, sonrakı dövrlərdə bu adət halını aldı. Elmar Hüseynovun öldürülməsi faktına görə başlanmış cinayət işi cinayəti törətmiş şəxslər müəyyən edilən kimi məhz Qaralovun qərarı ilə iş istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi…

Hacı Məmmədovla beşinci görüş…
… Söz verdiyim kimi, yenidən Hacı Məmmədovun işinə qayıdıram. Onunla əvvəlki üç görüşümüz barədə yazmışdım. 4-cü görüşümüz məhkəmədə olub. Hələlik, bu görüşümüzün üzərindən keçirəm, məhkəmə prosesi barədə qeydlərimi və bundan əvvəl istintaqda baş verənləri qısa olsa da, ayrıca yazacam…

Qayıdaq məhkəməyə. Məhkəmə iclası 20 iyul 2006-cı il tarixində ittiham aktının nəticəvi hissəsinin oxunması ilə başlandı. Bundan sonra təqsirləndirilən şəxslərin ifadə verməsi ilə davam etdirildi. 25 iyul 2006-cı il tarixində Hacı Məmmədov dindirildi.

O, ifadəsində bildirdi ki, rəhbərlik etdiyi cinayətkar dəstə tərəfindən ittiham aktında olmayan başqa cinayət də törədilib, 2005-ci il mart ayının 3-də jurnalist Elmar Hüseynov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetrilmişdir (Hacı ifadə verən vaxt 2005-ci ilin oktyabrından Fərhad Əliyev dövlət çevrilişinə cəhdə görə artıq həbs edilmişdi, sonradan vəzifə cinayətlərinə görə məhkum olunmaqla, uzun müddətə azadlıqdan məhrum edildi, Prezidentin Əfv Sərəncamı ilə 2013-cü ildə azadlığa çıxdı-A.İ.).

Məhkəmə qanunlara əməl etsə idi, Hacı Məmmədovu bu cinayətlə əlaqədar ətraflı dindirməli, əgər onun dedikləri düzdürsə, dövlət ittihamçısı bu məsələlərin araşdırılması və ittihamın ağırlaşdırılması üçün cinayət işinin istintaqa qaytarılması barədə vəsatət verməli idi. Lakin məhkəmə və dövlət ittihamçıları qanuna yox, onlara verilən göstərişə uyğun hərəkət etdilər. Hacı Məmmədovun bu ifadəsindən sonra məhkəmə iclası təxirə salındı…

Elmar Hüseynovu kim öldürüb?
Hacı Məmmədovun Elmar Hüseynovun qətli ilə bağlı “sensasion” bəyanatından sonra məhkəmənin 27 və 31 iyul, 7, 8, 9, 10, 14, 21 avqust tarixlərinə təyin edilmiş iclasları müxtəlif bəhanələrlə baş tutmadı.

Nəhayət, 23 avqust 2006-cı ildə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxs Hacı Məmmədovun dindirilməsi davam etdi. Prokurorun vəsatətini təmin edən məhkəmə, bizim etirazımıza baxmayaraq bildirdi ki, Hacı Məmmədovu Elmar Hüseynovun qətlə yetirilməsi ilə əlaqədar dindirməyəcək, onun dediklərinin yoxlanılması üçün Respublika Prokurorluğuna müraciət edəcək.

Beləliklə, cinayət işi üzrə məhkəmə prosesi gedə-gedə, eyni zamanda təqsirləndirilən şəxslərin başqa cinayətlərdə iştirak etməsinə dair MTN tərəfindən istintaq aparılırdı. Həmin istintaqa Hacı Məmmədovun işində şahid qismində ifadə vermiş Baş prokurorun birinci müavini Rüstəm Usubov qanunsuz olaraq prosessual rəhbərlik edirdi.

Elmarın qatilləri iki nəfər Gürcüstan vətəndaşı – Tahir Xubanov və Teymuraz Əliyev olmasını DİN 2005-ci ildə aprelin 7-də bəyan etdi, aprelin 8-də isə Qaralovun qərarı ilə iş istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi.

Eldar Mahmudov ABŞ səfirinə Elmar Hüseynovun ölümü barədə nə demişdi?
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, bir haşiyə çıxım. Məşhur Wikileaks saytının yaydığı sənədlərin arasında ABŞ səfiri Enn Dersinin “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən bəhs edən məxfi teleqramı da var. Onu səfir Enn Dersi 24 yanvar 2006-cı ildə MTN rəhbəri Eldar Mahmudovla görüşün yekunlarına görə yazıb.

Nazir ona deyib ki, qətlin icraçıları Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevdir. Onlar bir ay jurnalisti ofisindən evə gedərkən izləyiblər və telefon danışıqları izləmənin qətl anına qədər davam etdiyini göstərir. Cinayətdən yarım saat sonra onlar taksi tutaraq avtovağzala, oradan da Gürcüstana yola düşüblər.

“Biz başqa ölkənin ərazisində əməliyyat həyata keçiə bilmərik”, – deyə Mahmudov şübhəli şəxslərin həbs olunmama səbəblərini izah edib. Daha sonra o deyib ki, onlar artıq Gürcüstanda deyillər və Azərbaycan 186 ölkədə axtarış elan edib. Xubanov və Əliyevlə eyni mənzildə yaşayan daha üç Gürcüstan vətəndaşı işə cəlb olunub. Qətl günü onlar “ciddi problemlər” gözləndiyi üçün mənzili dərhal tərk etməyi və Gürcüstana qayıtmağı tələb ediblər.

“Əminik ki, Xubanov və Əliyev cinayətkardır”, – deyə nazir bildirib. Daha sonra nazir bandit dəstəsinin başçısı Hacı Məmmədovun Elmar Hüseynovun qətlini keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə təşkil etdiyi haqqında etirafını xatırladıb. Nazir inandırırdı ki, Fərhad Əliyev Hacı Məmmədovla əlaqəli idi və hətta vaxtilə onun qohumu ilə evlənməyə hazırlaşırdı.

Daha əvvəllər isə onlar neft satırdılar və bunu çeçenler vasitəsilə edirdilər. “Fərhad Əliyev bunu inkar edir, amma bizim təhqiqatımız göstərir ki, onların ünsiyyəti var idi”, - deyə Mahmudov bildirib.

Bu zaman o, Tahir Xubanov və Teymuraz Əliyevin bununla nə əlaqəsi olduğunu izah etməyib. MTN rəhbəri daha sonra iddia edib ki, Fərhad Əliyev qardaşı vasitəsilə Elmar Hüseynova barəsindəki tənqidi nəşrlərə son qoyması müqabilində 400-500 min dollar təklif edib. “Kəşfiyyatımız göstərib ki, jurnalist bu məbləğdən imtina edərək, 2 mln. dollar tələb edib və elə buna görə öldürülüb”, – nazir fikrini belə yekunlaşdıırıb…

MTN-nin binasında Hacı Məmmədovla Fərhad Əliyev üzləşdirildi…
Hacı Məmmədov ifadə verəndə artıq bir ildən çox idi ki, istintaqı MTN-in müstəntiqi Faiq Qəniyev aparırdı (indi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Yeri gəlmişkən, Hacı Məmmədovun cinayət işi üzrə istintaq qrupunun rəhbəri və 2 müstəntiqi – Azad Məcidov, Novruz Kərimov və Eldar İsmayılov 2011-ci ildən hal-hazıra kimi həmin məhkəmədə hakimdilər. Hacı Məmmədovu dövlət hesabına müdafiə edən Rafiq Bağırov 2007-ci ildən Kürdəmir Rayon Məhkəməsinin hakimidir).

Hacının məhkəmədəki bəyanatından sonra MTN-nin binasında Hacı Məmmədovla Fərhad Əliyev üzləşdirildi. Mən və rəhmətlik Elton Quliyev o zaman Fərhad Əliyevin vəkilləri kimi üzləşdirmədə iştirak etdik. Üzləşdirmədə Hacı Məmmədov Montində “Yaşıl ada” restoranında Fərhad Əliyevlə görüşdüyünü və burda sonuncunun ona Elmar Hüseynovu öldürməyi sifariş verdiyini dedi. Hacının açıq-aşkar yalan danışması göz qabağında idi. Fərhad Əliyev təbii ki, onun dediklərinin yalan olmasını söylədi.

Məmmədovun ifadəsini möhkəmləndirmək üçün istintaq əlavə “sübutlar” da düzəltmişdi. Hacının dəstəsinin üzvlərindən biri, milliyyətcə çeçen olan və Hacının işi üzrə bir neçə qətlin, o cümlədən Rövşən Əliyevin qətlinin icraçısı olan Musa Dabuyev Elmar Hüseynovun qətlə yetirildiyi, hadisə yerinə atılmış tapançanı qətlin aləti kimi “tanımışdı”. Hacının dəstəsinin bir neçə üzvü tanınma üçün Elmar Hüseynovun həyat yoldaşına təqdim edilmişdi.

Elmarı MTN-in gözü qarşısında güllələyiblər?…
Üzləşdirmədən dərhal sonra mətbuat üçün açıqlama verərək, Hacının dediklərini təkzib etdik. Mətbuat konfransında dedim ki, Hacı Məmmədovun Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi əsasında öldürməsi ssenarisini yazanlar unudur ki, bununla özlərini ifşa edirlər. Cinayət işinin materiallarından məlum idi ki, Hacı Məmmədov ən azı 23 fevral 2005-ci ildən MTN-in nəzarətində olub, onun telefonları dinlənilib, özü güdülüb. Əgər Elmar Hüseynovu həqiqətən də o öldürübsə, demək qətl Hüseynovu güdən MTN əməkdaşlarının gözü qarşısında olub!

Əslində bu mümkün idi. Azərbaycan DTK-sının yaxın keçmişində belə hal olmuşdu. Vəkilliyə gələndən sonra mənim ilk müvəkkillərimdən biri DTK polkovniki Sadıq Əliyev olub (Bu iş barəsində də özəl xatirələrim var). O vaxt Sadıq Əliyev “Azərnəşr”in direktoru Əjdər Xanbabayevin 1990-cı il may ayının 30-da Bakının mərkəzində qətlə yetirilməsini, həmin vaxt onun ətrafında DTK tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini, hadisədən sonra onun kabinetində qoyulmuş dinləmə qurğusunun DTK əməkdaşı tərəfindən götürülməsi və digər təfərrüatlar barəsində mənə danışmışdı.

Əjdər Xanbabayev mərhum prezident Heydər Əliyevlə yaxınılıq etdiyinə və onun Azərbaycana qayıdışının təşkilatçılarından biri olduğuna görə DTK-nın diqqət mərkəzinə düşmüşdü . Heydər Əliyevin Azərbaycana qayıdışını əngəlləmək üçün də qətlə yetirilmişdi. Bu işlə əlaqədar mən “Müxalifət” qəzetində geniş məqalə də yazmışdım. Sonralar – 2002-ci ildə həmin hadisə ilə bağlı Elmira Axundova və İsa Nəcəfov “Naşirin ölümü” əsərini yazdılar. Yenə sağ olsunlar, kitabda mənim adımı da qeyd etməyi unutmadılar.

Fərhad Əliyevlə bağlı mətbuat konfransından sonra guya istintaq sirrini yaydığıma görə baş prokuror məndən VK-ya şikayət etdi. Mənə növbəti töhmət verdilər.

2015-ci ildə Eldar Mahmudov nazir vəzifəsindən azad edildikdən sonra Hacı Məmmədov ərizə ilə Ali Məhkəməyə müraciət etdi. Ərizədə Hacı Məmmədov bildirdi ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov ondan Elmar Hüseynovun qətlinin icrasını öz üzərinə götürməyi, sifarişçi kimi isə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin adını çəkməyi tələb edib. Məhz bu tələbdən sonra o, Fərhad Əliyevin üzünə durub.

Hacı Məmmədov yazırdı ki, qətlin onun tərəfindən törədilməsi, sifarişçinin isə Fərhad Əliyev olduğu barədə vaxtilə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Hacı Məmmədov həmçinin Zakir Nəsirov barəsində verdiyi bütün ifadələrin də yalan olmasını, MTN-in təhriki ilə onu şərlədiyini yazırdı. Bu etiraflarından çox keçmədi ki, Hacı Məmmədov saxlanıldığı Penitensiar Xidmətin müalicə müəssisəsində özünü asıb intihar etdi…

Ramil Usubov və Elman Rüstəmovun əleyhinə ifadə alınması cəhdi…
Hacı Məmmədovla üzləşdirmədən sonra uzun müddət Zakir Nəsirovun iştirakı ilə heç bir istintaq hərəkəti aparılmadı. Bunun əvəzində MTN-nin yüksək rütbəli əməkdaşları (indi həbsdə olan) qanunsuz olaraq qeyri-rəsmi qaydada, mənim iştirakım olmadan onunla görüşərək müəyyən adamların adını çəkməsi müqabilində kömək edəcəklərini vəd etdilər. Nəsirova deyilirdi ki, onun seçimi çox məhduddur, ya ifadə verib canını qurtaracaq, ya da ömürlük həbs cəzası alacaq.

Nəsirova dəfələrlə təklif olundu ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdə Daxili İşlər nazirinin iştirak etməsi barədə ifadə versin.

Bu alınmadıqda təklif edildi ki, heç olmasa belə ifadə versin ki, nazirin Hacı Məmmədovun törətdiyi cinayətlərdə iştirak etməsi barədə onun rəhbərlik etdiyi Cinayət Axtarış İdarəsində əməliyyat məlumatları olub. Bu da alınmayanda təklif olundu ki, yazılı ifadə verməsə də olar, şifahi danışsın. Nəsirov belə bir hal olmadığını bildirərək bundan da imtina etdi.

Bu təkliflər keçməyəndə MTN əməkdaşları daha bir təklif etdi. Nəsirova təklif olundu ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadının oğurlanmasının təşkilatçısı və sifarişçisinin Azərbaycan Respublikası Milli Bankının sədri Elman Rüstəmovun olması haqda hadisədən sonra DİN-ə əməliyyat məlumatları daxil olması barəsində ifadə versin.

MTN-çilər öyrənmişdilər ki, Hacı vaxtı ilə “Narxoz”da Elman Rüstəmovla oxuyub. Nəsirov belə bir halın olmadığını deyib ifadə vermədi. Bu təkliflər barəsində təcridxanada mənə danışan Nəsirov dedi ki, təsəvvür edirsən, nə vaxtsa nəvələrimlə gəzişərkən bir nəfər bizə yaxınlaşıb üzümə tüpürür və nəvəmin yanında deyir ki, sənin baban məni şərləyib tutdurub…

… Nəhayət, 15 noyabr 2005-ci ildə Zakir Nəsirova yeni ittihamların elan edilməsi ilə əlaqədar müstəntiq onu təqsirləndirilən şəxs qismində dindirdi. Nəsirov istintaqın qərəzli və qeyri-obyektiv aparılmasına görə ifadə verməkdən imtina etdi və fürsətdən istifadə edərək dindirmə zamanı iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurora etiraz etdi. Müstəntiq mənim tələbimlə etirazı protokola yazmağa məcbur oldu.

Qanunun tələbinə əsasən işi aparan müstəntiq həmin etirazı Baş prokurora təqdim etməli idi və sonuncu istər-istəməz cavab verməyə məcbur idi. Etirazda Baş prokurorun özünün bu işdə ən azı şahid kimi ifadə verməli olduğu göstərilirdi. Belə olan halda isə CPM-nin 109 və 112-ci maddələrinə əsasən Baş prokuror istintaqa prosessual rəhbərliyi həyata keçirə bilməzdi .

Etiraz Baş prokurora təqdim edildikdən sonra nə qədər qəribə də olsa, Qaralov özü ona qarşı olan etirazın rədd edilməsi barədə qərar verdi. Mən həmin qərardan məhkəməyə şikayət etməyi təklif etsəm də, Zakir müəllim razılaşmadı. Dedi ki, sən Azərbaycanda hansısa hakimin Baş prokurorun qərarını ləğv edəcəyinə inanırsan? Prosesin sonrakı mərhələləri onun haqlı olduğunu göstərdi…

Zakir Nəsirova ömürlük hökmdən sonra…
Zakir Nəsirova ömürlük həbs cəzası veriləndən sonra mən “Azadlıq” qəzetinə müsahibə verdim. Orda istintaqın və məhkəmənin yol verdiyi qanun pozuntularına işarə edərək dedim ki, hətta hüquq fakültəsinin tələbəsi bunları görməyə bilməzdi.

Günorta məhkəmədə sədrlik edən hakim Əli Seyfəliyev mobil telefonuma zəng etdi. Xahiş etdi ki, vaxtım varsa məhkəməyə gəlim, mənimlə danışmaq istəyir. Dedim ki, nə ehtiyac var, onsuz da hökm çıxartmısınız. İsrar etdi və mən məhkəməyə getdim.

Aramızda təxminən aşağıdakı məzmunda söhbət oldu. “Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm”, bunu Əli müəllim dedi. Dedim ki, əlbəttə bilirsiniz, savadınıza heç bir şübhəm yoxdur.

Dedi: “Necə fikirləşirsiniz, mən Baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim?”

Cavab verdim ki, əgər işə qanuni baxsa idiniz, başqa yol yox idi.

Əli müəllim fikrini belə yekunlaşdırdı: “Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz”.

Sonralar bu söhbəti savadlarına şübhə etmədiyim ayrı-ayrı hakimlərdən çox eşitdim.

Hacı Zamirə Hacıyevanın oğurlanmasını belə əsaslandırırdı…
Qayıdaq Zamirə Hacıyevanın oğurlanmasına. Əvvəlki yazıda başlığa çıxardığım suala istintaq materiallarında cavab var idi. Hacı Məmmədov 29 mart 2005-ci il tarixli ifadəsində göstərirdi: “Bizim planımıza əsasən, Zamirə oğurlandıqdan 6 saat sonra biz ondan (Cahangir Hacıyevdən-A.İ.) 1-2 milyon avro pul alacaqdıq.

6 saat ona görə nəzərdə tutulurdu ki, Cahangir Hacıyev milliyyətcə çeçen olan Marayev qardaşları, Fətulla Hüseynovun oğlu Adiklə birlikdə qanunsuz olaraq Beynəlxalq Bankdan 13 milyon dollar pul çıxarmış və Tacikistanla müştərək iş görmüşdülər. Bu pula onlar alüminium alveri etmişlər.

Lakin bir müddət sonra Tacikistandakı alüminium zavodunun direktoru 200 milyon dollar götürüb aradan çıxdı. Cahangir Hacıyevin də pulu onun içərisində olub. Biz fikirləşdik ki, Cahangir Hacıyevə bunu desək, o qorxub dərhal bizə istədiyimiz məbləği verəcəkdir.

Eyni zamanda Fətulla Hüseynovun əvvəllər müxalifətdə olması və məhz bu səbəbdən oğlu Adikin işdən çıxarılması, lakin buna baxmayaraq, Cahangir Hacıyevin onun adına icazəsiz 13 milyon pul verməsi faktorundan da pulun alınmasında istifadə ediləcəkdi. Lakin sizə məlum olan hallara görə planımız baş tutmadı”.

Maraqlıdır ki, bu ifadəni alan istintaq orqanı onun yoxlanılması üçün heç nə etməmişdi, etmişdisə də cinayət işinin materiallarında bu barədə heç nə yox idi. Mən bu ifadəni oxuduqdan sonra internetdə onun nə dərəcədə həqiqət olmasını araşdırmağa başladım. Məlum oldu ki, doğrudan da 2004-cü ilin dekabr ayında Tacikistan alüminium zavodunun sabiq direktoru Abdukodır Ermatovun barəsində cinayət işi başlanmış və o, istintaqdan yayınaraq Londona qaçmışdı…

Bilirsiniz ki, Cahangir Hacıyev həbsdədir və indi həyatının ən çətin dönəmini yaşayır. Buna görə də ona münasibətdə mümkün olan qədər mülayim yazmağa çalışacam. Amma bir məqamı yazmasam, olmayacaq. Məhkəmə prosesinə nə Cahangir Hacıyev, nə də onun iş üzrə zərərçəkən şəxs kimi tanınmış həyat yoldaşı Zamirə Haçıyevə gəldilər. Mən dəfələrlə onların məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verdim, Avropa Konvensiyasının tələblərinə istinad etdim, bunun da faydası olmadı.

Bu adamlar istintaqda Zakir Nəsirovun əleyhinə ifadə vermişdilər, həm yerli qanunvericiliyə, həm Avropa konvensiyasına görə, təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şəxsləri dindirmə hüququ nəzərdə tutulur. Məhkəmə Cahangir Hacıyevin teleqramını oxuyub, ifadəsini elan etməklə kifayətləndi.

Cahangir Hacıyevin adından məhkəməyə daxil olmuş teleqramda yazılmışdı: «XİDMƏTİ VƏZİFƏLƏRİMİN İCRASI İLƏ ƏLAQƏDAR SON DƏRƏCƏ MƏŞĞUL OLDUĞUMDAN MƏHKƏMƏYƏ GƏLƏ BİLMİRƏM». Əslində bu məhkəməyə qarşı hörmətsizlik idi və məhkəmə onun gəlişini təmin etməli idi. Lakin o vaxt Hacıyevin statusu başqa idi.

Bunu ona görə xatırlatdım ki, öz məhkəməsində Hacıyev vəzifəcə ondan böyük olan bir neçə şəxsin şahid qismində çağırılmasını istədi. Və o şəxslər məhkəməyə gəlmədilər…

İş belə gətirdi ki, mən sonradan Cahangir Hacıyevin işində, mənim fikrimcə, əsassız və qanunsuz həbs edilmiş bir nəfəri müdafiə etməli oldum…

(Davamı olacaq)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru