Elman Rüstəmov bamk sistemini elə iflic edib ki... - Banklar yenə də kredit burulğanında...
Tarix: 31-08-2019, 10:56 | Çap et
Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb. Məlum olub ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, İlin əvvəlindən kredit portfeli 660 milyon manat artıb.
Ancaq məsələ ondadır ki, ümumilikdə kredit portfelinin həcminin artmasına paralel olaraq, problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı təxminən 11% təşkil edir.
Xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılmasını nəzərdə tuturdu.
Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu. Ancaq bugün məlum olur ki, bütün bu tədbirlər, ayrılan vəsaitlər bank sektoruna ümumilikdə müsbət təsir göstərsə də, banklar yenə problemli kreditlər bataqlığına sürüklənməkdədirlər. Məsələ ondadır ki, 2018-ci ilin yekunlarına görə, bankların kredit portfeli 13 mlrd. manat təşkil edib və bunun 12,2 faizi problemli kreditlər olub. Yuxarıda qeyd edildiyi kimi, hazırda isə bu göstərici 11 faizdir. Deməli, büdcədən ayrılan 1 milyard manata yaxın vəsait, banklara göstərilən dəstək və güzəştlər problemli kreditlər göstəricisinə cəmi 1 faiz təsir edib.
Məlum fərmandan öncə problemli kreditlərin ümumi həcmi təqribən 1.8 milyard manat idi. Büdcədən ayrılan külli miqdarda vəsaitə və dəstəyə baxmayaraq, iyulun sonuna olan göstəriciyə görə, banklardakı problemli kreditlərin həcmi yenidən artaraq, 1.5 milyard manata yaxınlaşdığını görünür. Və göründüyü kimi, bu proses getdikcə də sürətlənir. Bu gedişlə çox yaxın gələcəkdə problemli kreditlərin həcmi yenidən 2 milyard manata yaxınlaşacaq və bu həddi də keçəcək.
Problemli kredeitlərin həcminin artması bir neçə amillə bağlıdır ki, bunların da ən başlıcaları bankların ümumilikdə kredit siyasətini düzgün qurmaması, daha doğrusu acgöz siyasət aparması və Mərkəzi Bankın bu sahədəki qeyri-qənaətbəxş fəaliyyətidir. Bütün əsaslı təhlillərə, tənqidlərə, şikayətlərə və iradlara rəğmən, banklar yenə də burunlarının ucundan o tərəfi görmürlər. Əsasən məmur-oliqarxların nəzarətində olan bu bankların kredit faizlərinin hələ də regionda və dünyada analoqlarını tapmaq asan deyil. Çünki bu faizlər qətiyyən ölkədəki biznesin gəlirlilik səviyyəsilə, rentabelliyilə uzlaşmır.
Onsuz da Azərbaycanda biznes mühitinin hələ də idealdan çox-çox uzaq olması, azad rəqabət mühitinin olmaması, məmur oliqarxiyasının yaratdığı qeyri-bərabərlik və digər səbəblər ciddi dayağı olmayan sahibkarlara böyük çətinliklər törədir. Bunun üzərinə də bankların kredit faizlərinin yüksək olmasını gələndə, vəziyyət o hala çatır ki, hətta heç bir devalvasiyasız-filansız da krediti ödəmək çətinləşir və problemli kreditlərin həcmi durmadan, sürətlə artır. Kredit faizləri məsələsi dəfələrlə iqtisadçılar, maliyyəçilər tərəfindən qaldırılıb, parlamentdə də bu məsələ gündəmə gətirilib. Hətta bir neçə il əvvəl iclasların birində YAP-çı Siyavuş Novruzov bildirmişdi ki, bu faizlə kredit götürüb, sonra onu qaytarmaq və qazanc əldə etmək üçün yalnız narkotik alverilə məşğul olmaq mümkündür.
Bu günlərdə isə deputat Vahid Əhmədov kredit faizləri məsələsinin parlamentin müvafiq komissiyasında müzakirə edilə biləcəyini, həmçinin deputatların banklarla görüşərək, danışıqlar aparmasının mümkünlüyünü bildirib.
Ancaq çətin ki, deputatların, yaxud müstəqil iqtisadçıların sözü ilə iri məmurların əlində olan banklar kredit faizlərini endirə. Nəzərə alsaq ki, sahibi Mərkəzi Bankın rəhbəri olan bank belə kreditləri çox yüksək faizlərlə verir, hansısa oliqarxdan bunu gözləmək sadəlövlük olardı…
Həmin bu məmur-oliqarx təbəqəsinin acgözlüyü ucbatından Azərbaycanın bank sektoru çətin ki, nə vaxtsa normal, sivil hala gələ. Və bu sektor iri məmurların nəzarətindən çıxmayınca heç bir fərman, eləcə də büdcədən ayrılan milyardlar belə, lazımi effekti verməyəcək. /AzPolitika.info/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Dünən, 15:30 |
|
|
|
|