Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                 

Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun” - QALMAQAL
Tarix: 2-09-2019, 09:43 | Çap et
Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun”
Siraqəddin Cabbarov adı Aran zonasında kifayət qədər məşhurdur. Onunla tanışlıq üçün internet resurslarında qısa ekskursiya kifayətdir.

Cabbarovun adı adam döydürmək, qəbuldan qovmaq, büdcə vəsaitini mənimsəmək, müxalifətçinin toyunu pozmaq və s. hadisələrə qədər hallanıb.

Bütün bu informasiyalar onun Saatlının icra başçısı olduğu dövrdə yayılıb. Rayon əhalisi S.Cabbarovdan kütləvi şəkildə narazı idi və onun bu rayondan göndərilməsi əsl toy-bayram olmuşdu.

Hərçənd, sakinlərin arzusu ürəyində qaldı, çünki yerinə Sabirabaddakı həmkarı, əməllərində ondan çox da geri qalmayan Nazim İsmayılov gətirildi.

S.Cabbarovun isə Saatlıya İH başçısı təyin olunması çoxlu suallar doğurdu. Güman olunurdu ki, eyni əməlləri Sabirabadda təkrarlamayacaq. Lakin gələn məlumatlar, müraciətlər belə demir.

Bu müraciətlərdən birinin müəllifi Sabirabadın məşhur YAP üzvü, rayonun fəallarından, ağsaqqallarından hesab olunan Abuzər Əhədovdur. O, Sabirabadın Şəhriyar kənd sakinidir.

A.Əhədov Reportyor.info-ya video müsahibəsində rayondakı vəziyyətdən, S.Cabbarovun fəaliyyətindən danışıb. Onunla söhbətimizi təqdim edirik:


– Abuzər müəllim, özünüzü təqdim edin…

– Mən uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Quşçuluq stansiyasının müdiri postundan poçt direktoruna qədər vəzifələr tutmuşam. Bu günə kimi də vicdanla xidmət eləmişəm və dövlətimə bağlı olmuşam. Ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam, Bəylər Əyyubovun mühafizə xidmətində fəaliyyət göstərmişəm.

Heydər Əliyevin gəlişində bizim əməyimiz olub, onu qaragüruh, təxribatçı qüvvələrdən qorumuşuq.

Və indiyə qədər tutduğum vəzifələrdə bir qəpik də dövlətin malında gözüm olmayıb, qapımda velosipedim belə yoxdur.

Amma bu gün bir çox məmurlar var ki, dövlətdən talan elədikləri pulla varlanıblar, mal-mülk, biznes sahibi olublar. Onlar imkan vermir ki, əhali rahat yaşasın. Belələri bizim rayonda da var.

– Kimləri nəzərdə tutursunuz?

– Biri elə başımıza bəla gələn Sabirabadın təzə icra başçısı Siraqəddin Cabbarovdur. Gələn gündən əhaliyə qənim kəsilib, adamları döyməyə, təhqir etməyə başlayıb. Saatlıdakı işini davam etdirir.

Onun I müavini Həsən Həsənov da əsas köməkçisidir. Həsən Həsənov Siraqəddin Cabbarova məni səhv təqdim edib.

Guya qorxaq adamam, pis adamam. Biz kənd sakinləri ilə 15 nəfər onun qəbuluna gedəndə başçə çatar-çatmaz məni vurdu.

Bu ağsaqqal yaşımda məmurdan zərə gördüm və mənə əl qaldırmağa xəcalət çəkmədi. Çünki Saatlıda adam döymək onun üçün adi hal idi, Sabirabadda da onlarla adamı vurub.

Siz təsəvvür edin ki, mən güc-bəla canımı qurtardım, camaatın içində gizləndim. Həsən Həsənov ona nə məruzə eləmişdisə, artıq hazır vəziyyətdə bizi qarşıladı. Onun borcu vətəndaşları dinləmək, problemini həll eləməkdir. Biz ona sözümüzü deyə bilmədik.

O hadisədən bəri Cabbarovun əlindən doğma Sabirabadımda yaşaya bilmirəm. Gah bir içki düşkününə pul verdi ki, məni vursun. O adam da pulu götürüb aradan çıxıb, camaat içində deyib ki, ağsaqqala əl uzatmaram. Sonra maşınla sui-qəsd eləməyə cəhd göstərdi, polisə müqavimətlə tutdurmaq istədi.

Bütün bunlar alınmayanda məhkəməyə əl atmağa hazırlaşır. Siraqəddin Cabbarovun məqsədi nədir, bilmirəm, mənə “gün verir, işıq vermir”.

Görünür ki, rayonda həqiqəti deyə adam olmasını istəmir, hamını gözüqıpıqlı eləmək fikrindədir. Bu da alınmaz.

– Bəs, onun gəlişi Sabirabadda yaxşı mənada nəyi dəyişib, hansı işlər görülür?

– “Yaxşı” mənada o dəyişib ki, gələndən pul yığmaqla məşğuldur. Sabirabad üçün heç bir iş görməyib. Direktorlardan pul yığdırır. Hər gün maşın dəyişir, amma gözü doymur.

Mən də vəzifələrdə olmuşam, amma qapımda bir maşınım yoxdur. Ancaq bu adamların sərvəti misilsizdir.

Onun I müavini Həsən Həsənovun Binəqədidə, Badamdarda, aeroport yolunda evləri var, rayondakıları hələ demirəm. Bu adamın rayonda adı “Qəmlo”dur. Cabbarov da “kərbəlayı İsmayıl” kimi özünü aparır.

Bu məmurlar hesabat verməlidirlər ki, hansı pulla mal-mülk qazanmısan. Qoymaram ki, dövlətin pulunu yeyib xalqı aldadasınız.

Mənə deyir ki, nədən narazısan, oğlun “Dost” mərkəzdə işləyir, özün pensiya alırsan. Bunu deməyin özü ayıbdır.

Bəs sənin sərvətlərin haradandır? Bax, bunları deməyim onların xoşuna gəlmir. Mən özümü təhlükədə hiss edirəm.

Dövlətdən istəyim odur ki, Heydər Əliyevçi, YAP-a sədaqətli, dövlətə sadiq bir ziyalı kimi mənə sahib çıxsınlar. Bu gedişlə icra başçısı məni hansısa yolla öldürməyə qalxacaq.

Mənə sahib çıxın, fəryadımı eşidin! Saatlıda bu cür əməlləri çox olub, indi Sabirabada keçib. Bu məmuru durdurmaq lazımdır.

– Onun Saatlıda konkret əməlini açıqlaya bilərsiniz?


Saatlıda işlədiyi dövrdə 20 nəfər tutdurmuşdu. Kim ondan şikayətçidirsə, kim haqqını tələb edirsə, kim qəbuluna gəlib sözü üzünə deyirsə, onun düşməni idi.

Gah vətəndaşa sutkalıq həbs verdirirdi, gah qoçuları vasitəsi ilə hədələyirdi. Bilmək olmur ki, prezidentin səlahiyyətli nümayəndəsidir yoxsa qolçomaqdır.

Cənab İlham Əliyev ona rayonu tapşırıb ki, işləsin, xalqı dinləsin, şikayətçini eşitsin. Bu isə qapıdan qovur, tutdurur. Saatlıda dostumuz Abbasəli Həsənovun axırına çıxdı.

Onun obyektini buldozerə verib şumladı. İnsandır da, min əziyyətlə tikib qurmuşdu, çörək yeri idi, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Bir işi qurmaq indiki zəmanədə nə qədər ağırdır.

Amma Cabbarov obyektini yerlə-yeksan elədi. O bədbəxt də stress keçirdi, yolda başı yerə dəydi, qəfildən öldü. İnsanları bax belə-belə məhv edirlər. İndi də Sabirabada “qan uddurmağa” gəlib.

Bütün pullar onun kimi məmurlardadır, camaat isə dolanışığa pul tapmır. Prezident bu millətdən ötəri canını qoyub, bu məmurlar isə onun əleyhinə gedirlər.

Siraqəddin Cabbarov normal adam deyil, insanlarla kobuddur, qəbuluna gələni hədələyir, döyür.

Cənab prezident, sənə qurban olum, Heydər Əliyevin goruna qurban olum, mənə kömək eləyin, bu adamdan xilas eləyin, dövlətimə fəryad edirəm.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru