Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!
Tarix: 16-11-2019, 16:54 | Çap et
Lerik rayon sakini, sabiq dövlət qulluqçusu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İlham İbadov tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Lerik rayonundan deputat seçilən İqbal Məmmədova açıq məktub ünvanlayan müəllifin yazısını olduğu kimi dərc edirik:
Sənin Milli Məclisə deputat seçilməyin və hansı yollarla buna nail olmağın bir lerikli olaraq mənə bəllidir. Deputat seçkisindən sonra sən xalqdan üz çevirdin. Əgər yadındadırsa, Osyodərə ərazisinə göndərdiyin maşınları geri qaytaranda mən ayağa qalxdım. Camaatın qarşısına çıxdım. Onda dedim ki, leriklidir, maşın göndərib, texnika göndərib, sağ olsun, qoy camaat üçün abadlıq işləri görülsün. Neçəsi ilə qanlı-bıçaq oldum. Lakin yolumdan dönmədim. Axı onda nə biləydim ki, sən deputat seçiləndən sonra elə mənim də başıma olmayan oyunları açacaqsan?!
Səndən əvvəlki deputat Miri Qənbərov həmişə kütlə ilə sıx və yaxından əlaqə saxlayırdı. Tez-tez camaatla görüşər, onların dərdinə qalardı. Sən isə deputat mandatı alan aydan məni çörəyə məhtac qoymusan. Evimdə 2-ci qrup əlil və onkoloji xəstə var. Onun dava-dərmanını zorla ödəyirəm. Özü də indiki çətin zamanda. Hələlik bir lerikli olaraq açmadığım məsələlər çoxdur. Lakin “Relax” İstirahət Mərkəzində törətdiyiniz qanlı olaylar təkcə leriklilərə zərbə deyil, dövlətə və dövlətçiliyə zərbədir.
Yəqin yadındadır, sən ikinci dəfə deputat mandatı uğurunda mübarizə apararkən mənim doğulub boya-başa çatdığım kənddə oldun. Guya əhali ilə görüşə gəlmişdin. Orada Züvüç kəndinin sakini Xanəli Əmrəliyevin el içində sənə dediklərini mətbuat etikasına görə yazıya gətirmək istəmirəm. Ancaq sən onu yaxşı xatırlayırsan. O, sənə nələr dedi, sən nələr etdin...
Xanəli Əmrəliyev rayonda hüquq-mühafizə orqanlarına həftələrlə ayaq döydü. Nüfuzlu bir şəxsin zəngindən sonra bu hədə-qorxulara son qoyuldu. Sən o qədər həddini aşmışdın ki, lerikli olan bir şəxsi də “Relax” İstirahət Mərkəzinə boş baxmaq üçün 5 manat rüsum aldırırdın. Bu, nə Bəşər qanunlarına, nə də Müstəqil Azərbaycan Respublikasının qanunlarına sığan bir olay deyildi. Sən isə qorxmadan, çəkinmədən hər şeyə gedirdin. Bir qədər fikrimizi dəqiqləşdirsək, Rövnəq Abdullayevə bel bağlamışdın.
Deputat seçildikdən sonra yerli-yersiz informasiyalar yayılırdı. Bu informasiyalar kim və kim tərəfindən yayılırdısa, onlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna zərbə vururdular. Rayonda şayələr dolanırdı ki, guya Lerikin icra başçısı Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin kürəkənidir. Bu informasiyalar bir yana, mən Xoşbəxt Yusifzadəni yalnız qiyabi tanıyıram. Yəni mətbuat səhifələrindən. Deməkdə məqsədim odur ki, informasiyaların rayonda bu şəkildə yayılması əhalini xaos və anarxiyaya aparıb çıxarırdı. Hamı qorxu altında qalmışdı. Ancaq bu qorxu uzun çəkə bilməzdi. Leriklilərin əli yuxarılara çata bilməsə də, Ulu Tanrı tədbir gördü. “Relax” İstirahət Mərkəzində sənin oğlun və qardaşın oğlu olmaqla 6 qohumun həbs edildi.
Sən əvvəlcə bu faktı da pərdələməyə çalışdınız. “Yeni Müsavat” qəzetinin 20 avqust 2019-cu il tarixində qeyd olunur ki, deputat İqbal Məmmədov yalan danışmaqla oğlunu həbsdən kənar saxlamaq istəyir. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayınması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılmasının İqbal Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalı da vardır. Həmçinin, qəzet yazır: “Bizə çatan məlumata görə, iqtidar deputat İqbal Məmmədovun ailəsinin “dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək”.
Lerik rayonunda yerləşən “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları döyüldü. İstirahət Mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmadı. Hətta iş o yerə çatmışdı ki, köməyə çağırılan polis işçiləri də “Relax” İstirahət Mərkəzinə buraxılmadı. Vergi işçilərinə kütləvi şəkildə güc tətbiq olundu. Nəticədə sənin oğlun və qardaşın oğlu başda olmaqla, daha 4 nəfər haqqında cinayət işi başlandı.
Yuxarıda qeyd etdik ki, köməyə çağırılan polis işçiləri də istirahət mərkəzinə buraxılmadı. Bu məsələnin də kökü var. Ona görə ki, Lerik rayon Polis Şöbəsinin sabiq rəisi işləyən H.Məlikov soyadlı birisi sizə daha çox yaxın idi. Hətta Lerik rayon İcra Hakimiyyətinə məxsus olan ikimərtəbəli hoteli də ona peşkəş etmişdiniz. Həmin hotel hal-hazırda satışa qoyulub və Lerik camaatında o güc yoxdur ki, o hoteli özü üçün ala bilsin. 120 min ABŞ dolları hansı binəva leriklidə ola bilər? Bax, budur sənin etdiklərin!
Mən bir lerikli olaraq “Relax” İstirahət Mərkəzinə heç vaxt bir qonaq da apara bilməmişdim. Ona görə ki, ona maddi imkanlarım çatmırdı. Lakin sən Lerikin qanuni əmlakı olan 14 hektardan çox meşə sahəsini ələ keçirtmişdin. Orada 142 nömrədən ibarət istirahət otaqları var idi. O otaqlarda yalnız leriklilərin haqq deyən dillərini kəsənlər, haqqı görən gözlərini isti küllə qorlayanlar yatırdı. Onların çoxusu da havayı qalırdı. Çünki onlar ölkə paytaxtında sənə daha çox lazımlı adamlar idilər.
Bu yaxınlarda mən ölkə mətbuatında “Relax” İstirahət Mərkəzi ilə bağlı çap olmuş yazıları oxuyanda xəcalət hissi keçirirdim. Necə də keçirməyim?! Axı, sən də leriklisən! Sənin də şəxsiyyət vəsiqəndə Lerik vətəndaşı olmağın qeyd olunub. Sən həcc ziyarətinə getmisən. O adı qorumalı idin. O adın uğurunda son damla qanınadək mübarizə aparmalı idin. Bu, sənin bir müsəlman olaraq borcun idi. Sən isə baş verən bu boyda olaylardan sonra mandatını təhvil vermirsən. Heç olmazsa, deputat həmkarın Rafael Cəbrayılovdan ibrət dərsi götür. Bir ziyalı olaraq hesab edirəm ki, bu yolu tutsan, bu addımı atsan, sənin üçün daha sərfəli olar.
Yadındadırsa, Milli Məclisin şöbə müdirinin tapşırığı ilə sənin qəbulunda oldum. “Kaspi Yıldız” şirkətində. Orada səninlə söhbət etdik. Ailə vəziyyətimi sənə danışdım. Mən bilirdim ki, bu görüşü təşkil etdirən İbrahim Yusifzadədir. O görüşdə də bol-bol vədlər verdin. Nəticə isə olmadı. Sən ziyalılara lerikli olaraq diqqət və qayğı ilə yanaşmalı idin. Bu, mənim qarşılaşdığım olaydı. Bəlkə çoxları da mənim günümə düşüb, daha böyük əziyyətlərlə qarşılaşıb.
Və sonda... Ölkə ictimaiyyəti bilir ki, “Relax” İstirahət Mərkəzi sənin obyektindir. Bu biznes obyektində leriklilərə şərəf gətirməli idin. Hələlik uzun-uzadı söhbət açmaq fikrim yoxdur. Hesab edirəm ki, tezliklə həmkarın Rafael Cəbrayılovun qərarına sən də qoşulacaqsan. Bu variant daha məqbuldur, daha sərfəlidir”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
|