“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                 

Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı? - İTTİHAM
Tarix: 18-12-2019, 08:46 | Çap et
Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı?
Günlər həftələri, həftələr ayları əvəz edir, Azərbaycan Dillər Universitetinin kollektivinin isə dərdinə əlac tapan yoxdur. Belə görünür ki, bu məkanın taleyi heç kəsi narahat etmir. Yelkənsiz gəmini Kamal Abdullayevə hədiyyə ediblər, onun da əlində nə sükanı var, nə avarı. Elə kor-təbii, küləyin, havanın, axının və ən əsası da öz kefinin istiqamətindən asılı olaraq gəmisini-universiteti yelləyə-yelləyə, sallaya-sallaya idarə edir, əgər buna idarə etmək deyilirsə.

Son islahatlar, ölkə başçısının çıxışları isə bu lənətlənmiş qəsrin həndəvərində dolanır, içinə daxil ola bilmir. Universitet kollektivi kar deyil, kor olmasa da, lal olmağa məcbur qalıb. Korun da bir xüsusiyyəti var da, tutduğunu buraxmır, elə hey qanunsuzluqla mübarizəyə niyyətlənib. Amma necə? Kor-koranə! Çünki işıq ucu gələn bir dəlik də yoxdur. Muzdlu fəhlələr kimi qan-tərə batdıqları universitetin müqəddəratında həlledici qərar verən tapılmır ki, tapılmır.

Təhsil Naziri Ceyhun Bayramov baş verənlərdən xəbərdardımı? Susur. Aldadıldığının fərqindədir. Çəkindiyi bir şey varmı? Susur, yoxsa ümumiyyətlə, göz yumur?

Dillər Universitetində 1500 nəfərə yaxın işçiyə universitet büdcəsindən maliyyə vəsaiti ayrılırsa, Təhsil Nazirliyinə verilən məlumatda niyə bu rəqəm 1300 nəfər göstərilir? Əslində isə, universitetdə təhsil alan 7483 tələbəyə nisbətdə götürüldükdə 800-1000 nəfər işçi heyətin fəaliyyəti kifayət hesab olunur. Deməli, kimlərsə, boş-boşuna büdcənin vəsaitindən faydalanır. Bu yaxınlarda, təşkil olunmuş böyük universitet elmi şurasında Kamal Abdullayev riyazıyyatdan, məntiqdən uzaq bir fərziyyə ilə, bütün heyətə elan verib ki, universitet büdcəsinin 95%i maaşlara ayrılır. Daha demir ki, bu bədii əsər deyil ki, saqqız kimi uzatsın, obrazlara yeni rəng versin, bu maliyyədir, faiz artımı maaş artımı ilə tərs, işçi sayı ilə düz mütənasib olub. Artan maaşlar deyil, işçi sayıdır, təbii ki, işçi sayı artdıqca, büdcədən maaşa ayrılan vəsait də ümumi faiz göstərici olaraq artacaq. Toplananların yerini dəyişdikdə, cəm dəyişməsə də, cəmdək dəyişir. Maaş artımı məsələsinə gəlincə, Təhsil Nazirliyinin göstərişinə əsasən, 2019-cu ilin oktyabr ayının 1-dən maaşlar 20% qaldırılmalıydı, qanunla hesablaşan bütün təhsil müəssisələri də bu qərarı icra etdi. Bəs ADU-ya aid deyil bu məsələ? Bu yaxınlarda, maaş cəmi-cümü 5cə faiz qaldırıldı ki, yanvar ayından da yenidən 2% əlavə olaraq tibbi sığortaya görə tutulacaq. Yenə toplama-çıxma əməli. Qaldı ki, “qayğıkeş” rektorun 95% məsələsinə, burda Qəribi tutur ağlamaq. Çünki büdcənin 75%i maaşa ayrılmalıdır, 95% i mümkün deyil, bəs bu universitetin təqaüdləri, bəs bu universitetin kommunal xərcləri, bəs konfranslar? Deməli, 95% abstrakt təxəyyülün numeroloji inikasıdır.

Bir az da, yaxın oturun, məntiqi məsələ çözək! 7483 nəfər tələbənin 90a yaxını əcnəbi tələbə olduğunu, 4190 nəfərinin ödənişli əsaslarla təhsil aldığını nəzərə alsaq büdcəyə girən 15 milyona yaxın gözqamaşdırıcı rəqəm təsəvvür edin. Hələ digər mənbələri, dil kurslarından gələn gəlirləri, sosial fonda yığılan məbləği, akademik fərqlərin ödənişini, alt qruplara yazılanları, 25%lik imtahanlarda iştirak edənlərin ödənişini, konfranslar, seminarlar, beynəlxalq layihələrin gətirdiyi maliyyəni, məqalə çapına yığılan pulları və s.saymaqla bitməyən qeyri-təbii resursları, faydalı qazıntıları, yeraltı və yerüstü sərvətləri demirik heç! Oxuduqca başınız hərləndimi? Bunları xərcləyənlərin isə ayaqları konfrans adıyla xarici səfərlərdə gəzintiləri, kurortları hərlənir, başları isə sizinki kimi hərlənmir, dincəlir. Özünə sərf edəndə publik hüquqlu şəxs olan, sərf etməyəndə isə “nazirliyin əsasnaməsi imkan vermir” deyən rektor universitet büdcəsini hara və necə xərcləyir? Niyə maaşları 20% artıra bilmir, indi aydın oldumu?

Adi müəllimin maaşı 500 AZN olduğu halda 700 AZN.ə yaxın, baş müəllim guya 750, dosent guya 1000-dən çox maaş alırmış kimi təqdim olunsa da, yazılan rəqəmlərdən qat-qat aşağı maaş alanların haqqı olan məbləği kimlər öz dəyirmanında üyüdür bəs? Açması, çox da çətin deyil. Təbii ki, Kamal Abdullayev və onun dostları. İsrarla yaratdığı Azərbaycanşünaslıq, Rusiyaşünaslıq, Multikulturalizm, Türkologiya laboratoriyalarında pedoqoji fəalliyyətdən uzaq olan 30-dan çox işçi çalışır. Onlar hardan maliyyələşir? Təbii ki, büdcədən! Lazımdır bu qədər bədxərclik? Hamam suyu ilə özünə dost tutur, öz cibindən vermirki! Dərs yükü çatmır deyərək, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimlərini uzaqlaşdırmağa çalışan “əliaçıq” rəhbər həmin kafedraya qanunsuz şəkildə dövlət büdcəsindən 2,5 ştatın maaşını alan dostu Muxtar İmanovu müdir qoymaqla yanaşı, Muxtar İmanovun “rəfiqəsi” Nuridə Muxtarzadəni, oğlunun yaxın dostu Sərraf Hüseynovu, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanı da həmin kafedraya işə götürüb. Hələ əlavə olaraq, Muxtar İmanovun baldızı qızı Zülfiyyəni əsasnamədən kənar olsa da tyutor götürüb. Ümumiyyətlə, fakultələrdəki dekan müavini, tyutor, assistent sayları tələbə kontingentinə uyğun nizamlanmayıb, ifrat dərəcədə çoxluq təşkil edir. Bu da öz növbəsində hara vurur zərbəni? Təbii ki, universitet büdcəsinə!

Yaxın günlərdə daha bir tamaşa izlədik universitetdə. 2019-cu ilin dekabr ayının 1-dən tam ştata keçən Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyevanın əsl bacarıqlı psixoloq olduğunu sübut edən “solo-ifası”nı. Yazımız bədii əsər olmadığı üçün psixoloqun səsləndirdiyi vulqarizm və varvarizmləri qeyd etməsək də, onun Kamal Abdullayevə etdiyi psixoloji təsirin sonunda dekabr ayında tam ştata keçməyinə baxmayaraq, əmri dəyişdirib sentyabr ayının 16-na keçirdiyindən də, hətta sentyabrın 16-dan tam ştatı icra etməsə də əlavə maaşı da aldığından xəbərimiz var. Bu vəsait hardan xərclənir? Təbii ki, yenə də universitet büdcəsindən! Belə çıxır ki, universitet büdcəsindən layiq olanlar faydalanmaq əvəzinə, layiq olmayanlar talamaqla məşğuldur. Atası Hesablamalar Palatasında işləyən Əli Rzayevin də bu yaxınlarda ADU-nun maliyyə şöbəsinə işə götürülməsi yaxın gələcəyə hesablanmış strateji addımdır. Maliyyə şöbəsində Kamal Abdullayevin bacısı nəvəsi Bayramla “əli cibində” dolaşan Əli hər halda yaxın günlərdə Hesablamalar Palatasının ADU-da təşkil edəcəyi araşdırılmalarda sipər rolunu icra edəcək.

Bəs Kamal Abdullayev bütün bu cinayətlərin, özbaşınalığın fonunda Prezidentin apardığı islahatlardan kənar qaça biləcəkmi? Biləcəksə, beyinlərdə yaranan sual işarələrinin sayı çoxalacaq və istiqaməti də dəyişəcək deməkdir.

Kamilla Budaqova

P.S. Yazıda qeyd olunan fikirlər müəllifin mövqeyidir. Redaksiya həmin fikirlərə görə məsuliyyət daşımır.
//jamaz.info//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru