Bugünlərdə redaksiyamıza təqdim olunan və əksəriyyəti şoka sala biləcək səsyazısına qulaq asdıqca, birbaşa Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Vaqif Səlimovu ittiham etmək üçün, ortaya kifayət qədər əsaslar çıxır. Buna da əsas səbəb, adı çəkilən vəzifə sahibinin Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni “Benladen” adlandırmasıdır. Belə ki, bir neçə gün bundan öncə əməkdaşlarımız Xaçmaz rayonunda olurlar və onlar SSİ-də qol qoyulan bəzi qanunsuzluqlarla bağlı daxil olan məlumatları yerində araşdırmaq qərarına gəlirlər. Bu məqsədlə idarənin rəisi Vaqif Səlimovla görüşmək istədikdə, həmin vaxt adı çəkilən şəxsin iş otağında onun tabeçiliyində çalışan şəxslərin iştirakı ilə hansısa problemin müzakirəsi aparılır. Əməkdaşlarımız bir qədər qəbul otağında gözlədikdə, həm olmazın səs-küyün baş verdiyini, həm də Vaqif Səlimovun dilindən “Əhməd müəllim “Benladen-zad deyil ki, məni işdən çıxartsın” danışıqlarını eşidib səsyazılarını lentə alırlar. Bu cür danışıqların varlığı onu sübut edir ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi öz rəhbərinə “dönük çıxan” vəzifə sahiblərindəndir.
O halın varlığına da diqqət yetirək ki, hər kəsin diqqətində “Benladen” adı dedikdə, bir anlığı olsa belə ABŞ-nın beynəlxalq səviyyəti terroris elan etdiyi və 10 mart 1957-ci ildə Səudiyyə Ərəbistanının Əl-Riyad şəhərində anadan olmuş Üsamə bin Laden nəzərdə tutulur. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən səbəb nədir ki, Vaqif Səlimov uzun illər ərzində ƏL-Qaidə terror təşkilatına rəhbərlik etmiş bir şəxsə qarşı “simpatiya hissi” formalaşdırır və hədəf seçdiyi şəxsi isə “Benladen” adlandırmaqdan belə çəkinmir. Yəni, hər kəs Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Vaqif Səlimovun, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni “Benladen” adlandırdığı səsyazısına diqqət yetirməklə, təqdim etdiklərimizin doğru olduğunu sübuta yetirə bilər. Nyus.Az