Burada təhsil adına biabırçılıqlar baş verir... - İTTİHAM
Tarix: 27-02-2020, 09:33 | Çap et
Azərbaycan Müəllimlər Universitetinin ləğvindən sonra onun filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyində verildi.
Xatırladaq ki, AMU-nun dövründə əksər filiallar rüşvət yuvalarına çevrilmişdi və bu pedaqoji təhsil müəssisələri müəllim yox, cəmiyyətə bir ordu savadsız kadr yetişdirirdi.
Çünki filiallarda pul rol oynayırdı. Əfsuslar olsun ki, AMU-nun ləğv edilməsi nə isə dəyişməyib.
ADPU-nun tabeliyinə keçən müəllimlər institutlarında yenə də rüşvət prioritet hədəfdir. Məsələn, Ağcabədi Müəllimlər İnstitutu bu mənada qabqcıldır.
Ağcabədi filialında baş verən qanunsuzluqlar ölçüyəgəlməz hala çatıb. Ölkə mediasında bu qanunsuzluqlarla bağlı yazılar geniş yer alıb. Gəl ki, Təhsil Nazirliyi müvafiq tədbirlər görmür. Yəqin ki, onları da “görən” var.
Bir müddət əvvəl cumhuriyyet.net yazmışdı ki, filialın direktoru Mətanət Fərzəliyevanın bioqrafiyası rüşvətlə yoğrulub.
O, gənc yaşlarında Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adıçəkilən təhsil müəssisəsindən xaric edilmişdi.
2005-ci ildə isə tədris prosesinin təşkilində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, hazırda millət vəkili Aqiyə Naxçıvanlının əmri ilə Ağcabədi filialının tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdi.
Hətta bu azmış kimi, 2010-da keçmiş təhsil naziri Misir Mərdanovun əmri ilə işində yol verdiyi nöqsana görə şiddətli töhmət verilmişdi.
Bu qədər qanun pozuntusunun içində olan xanım məmur kimlərinsə ciddi dəstəyi ilə sonradan Ağcabədi filialının direktoru təyin edilə bilib.
Mətbuat yazıb ki, Mətanət Fərzəliyeva tələbələrdən yığılan pullar hesabına varlanıb. Onun vaxtilə müxalifətdə olduğu da məlumatlarda yer alıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsilin keyfiyyəti sıfır dərəcəsindədir. Çünki burada bütün semestr imtahanları yalnız rüşvət toplanmaqla yazılır.
Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır. Bəs görəsən, Təhsil Nazirliyinin aidiyyatı şəxsləri niyə nəzarət etməməkdə, belə ciddi boşluqlar yaratmaqda maraqlıdır?
Hətta Ağcabədi filialında saxta diplomlu işçilər çalışdığı iddiaları var. Ümumiyyətdə ADPU-nun rektoru Cəfər Cəfərovun Ağcabədi filialında yaşanan ciddi qanun pozuntuları və korrupsiya hərəkətləri barədə hansı səviyyədə və necə məlumatlıdır?
ADPU -nin filialında çalışan işçilərin çoxusu orta və orta ixtisas təhsillidirlər. Elmi dərəcələri olan insanlar kənarda saxlanıldığı halda, qanunlara və pedaqoji qaydalara zidd olaraq, heç bir elmi dərəcəsi olmayan şəxslər filialda aparıcı vəzifələrdə çalışırlar.
Bu şəxslərin demək olar ki, hamısı ADPU-nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva üçün tələbələrdən pul toplamaqla məşğuldurlar.
Digər tərəfdən şikayətçilər bildirir ki, əgər hüquq-mühafizə orqanları, ya da Hesablama Palatası filialın maliyyə xərclərini yoxlayarlarsa, çox böyük korrupsiya və yeyinti halları ilə rastlaşacaqlar.
Təkcə bir faktı qeyd edək: 2015-ci ilin noyabrında Mətənət Fərzəliyeva təhsil ocağının bütün işçilərinə yardım adı ilə 30 min manat dövlət vəsaiti yazdırıb.
Sonra hamıya bu pulu guya aldıqları ilə bağlı qol çəkdirib, bildirib ki, Maliyyə Nazirliyindən gələn təftiş komissiyasına rüşvət kimi verəcək. Vəssalam, 30 mini rahat mənimsəyib. Heç kim dinə də bilməyib.
Əgər çox hörmətli professor Cəfər Cəfərovun ADPU-nun Ağcabədi filialında baş verənlərdən xəbəri yoxdursa, o zaman demək ki, ADPU-nun filialları ilə heç maraqlanmır.
Bu isə özü-özlüyündə çox pisdir. Çünki əvvəllər Azərbaycan Müəllimlər İnstitutunda olduğu kimi, ADPU-nun fillialarında da təhsil adına biabırçılıq hökm sürür.
Yox əgər baş verənlərdən çox hörmətli professor Cəfər Cəfərovun xəbəri varsa, onda demək olar ki, rektor bu biabırçılıqlara şərikdir. Bunu başqa cür anlamaq və başqa cür yozmaq mümkün deyil.
Başqa cür yozulduğu zaman təbii olaraq ortaya sual çıxır. Rektor Cəfər Cəfərov bu biabırçılıqlara niyə son vermir?
Bir müddət əvəvl azToday.az-a müraciət edən ADPU-nin Ağcabədi filialının bir neçə işçisi bildirirdi ki, nə ADPU-nin rəhbərliyi, nə də Təhsil Nazirliyi baş alıb gedən qanunsuzluqlara reaksiya verirlər.
Şikayətçilər bunun səbəbini ancaq onunla izah edirlər ki, ADPU -nin Ağcabədi filialında baş verənlərdən rəhbərlik məlumatlıdır.
Onlar bunu da vurğulayıblar ki, ADPU -nin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva onun əməllərindən rəhbərliyin və Təhsil Nazirliyinin əlaqədar qurumlarının xəbərdar olmasını heç gizlətmir də.
Xanım direktor narazı adamlara şəxsən deyir ki, “gedin dərdinizi kimə istəyirsiniz deyin...”
ADPU-nin Ağcabədi filialında Mətanət Fərzəliyevadan sonra ikinci söz sahibinin baş mühasib Knyaz Abbasov olduğunu bildirirlər.
Baş mühasib Knyaz Abbasov təkcə filialın maliyyə işləri ilə məşğul olmur, həmçinin kadr və pedaqoji sahələri də öz nəzarətində saxlayır.
Çünki rəsmi və qeyri-rəsmi maliyyə axınlarına məhz bu şəxs nəzarət edir.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. XalqXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|