Ceyhun Bayramovu xilas edən pandemiya böhranı... - Uğursuzluq seriyası davam edir...
Tarix: 20-05-2020, 09:24 | Çap et
Koronavirus pandemiyasının bütün sahələri təsiri olsa da, ən çox ölkənin təhsilinə zərər vuracağına şübhə yoxdur. Ona görə ki, artıq 3 aya yaxındır ölkənin bütün tədris-təhsil ocaqlarında dərslər dayandırılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində uşaq və gənclərin təhsildən geri qalmaması üçün fərqli üsullara baş vurulsa da, Azərbaycan Təhsil Nazirliyinin sayəsində ölkəmiz bu sahədə, xüsusilə “fərqləndi”. Burada ali təhsil ocaqlarını tam şəkildə aid etmək insafsızlıq olar. Ona görə ki, universitetlər öz resursları və bacarıqları ilə nisbətən vəziyyətdən çıxa bildilər.
“Virtual məktəb” portalında qeydiyyatdan keçməyin özü əməlli-başlı problem oldu
Orta məktəblərə gəlincə, “qabaqdan bayram tətili gəlir” düşüncəsi ilə yanaşan Ceyhun Bayramovun uzaqgörənliyi nəticəsində təhsilimiz baş verən fors-major vəziyyətində fəaliyyətsiz qaldı. AzToday.az xəbər verir ki, dünyanın digər ölkələrində dərhal mütəşəkkil şəkildə distant təhsil həyata keçirilsə də, məlum oldu ki, bizdə belə bir hallar üçün təsəvvür belə yoxdur. Məsələn, Rusiyanın paytaxtında bu işlər olduqca mütəşəkkil şəkildə həyata keçirilir.
Biz də isə əvvəlcə bir hazırlıq kursu, daha sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” kanalı vasitəsilə teledərslərə başlansa da, bu dərslərin də həm keyfiyyəti, həm də müddəti şagirdlərin normal bilik qavraması baxımından təsirsiz oldu. Müşahidələr də göstərir ki, indinin özündə də heç bir irəliləyiş qeydə alınmayıb.
AzToday.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verilsə də, bu lap biabırçılıq oldu.. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək olsa da, burada da təcrübəsizlik dərhal özünü göstərdi və nəinki ölkənin rayonlarında olan məktəblərin şagirdləri, heç Bakı şəhərinin məktəblilərinin kifayət qədər hissəsi qeydiyyatdan keçə bilmədilər.
Müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşdü
Məlum olduğu kimi, dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir. Ceyhun Bayramovun işçiləri də bu məntiqdən yola çıxaraq “Virtual məktəb” layihəsinin Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini ağızdolusu elan etməklə işlərini bitmiş hesab etdilər. Onlar az qala bir neçə ay ərzində şagirdlərin “alim” olacaqları barədə təsəvvür yaratmağa çalşsalar da, şagirdlərin nənki “Microsoft teams” proqramı vasitəsilə qoşulub dərslərdə iştirakını təmin etmək, heç qeydiyyatında da problemləri aradan qaldırmaq istəmədilər. Yəni “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunan və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirən şagirdlərin sayı çox azdır.
Ən maraqlı məqam isə odur ki, həmin proqrama əsasən “Virtual məktəb” portalında müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşüb. Bu proqramın həm şagirdlərin, həm də müəllimlərin qeydiyyatında niyə problem yaratmasına isə C.Bayarmovun əlaqədar işçiləri izah etməkdən boyun qaçırırlar.
Beləliklə, “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi mümkün olmayıb, bir çox vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər. Halbuki Təhsil Nazirliyinin rəhbərliyi bu layihənin əvvəldən də üzərində işlənilən bir proqram olması deyilir. Bəs nə baş verdi ki, adi qeydiyyat məsələsi həll edilmək mümkün olmur?
“Mədəniyyət” və “ARB-günəş” kanallarındakı teledərslər eyni gündə təkrar verilir, interaktivlik yoxdur və keyfiyyətsizdir
AzToday.az xəbər verir ki, “Microsoft teams” yüzlərlə şirkətin istifadə etdiyi bir proqram olduğu halda, Təhsil Nazirliyinin “Virtual məktəb” platforması da bu proqramdan istifadə edilməsində də nə şagirdlərə, nə də müəllimlərə kömək edib, nəticədə nəinki şagirdlərin bilik alması, heç bu proqramın tətbiqi də baş tutmayıb.
Hələ də “Mədəniyyət” və “ARB-günəş” kanallarında davam edən teledərslərə gəlincə, ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur, onu əvəz edə bilmir. Bununla yanaşı, eyni dərsləri hər iki kanal eyni gündə müxtəlif vaxtlarda verir ki, bu da C.Bayramovun öz işini rahat tutmasından deyil, yəqin ki, maliyyə məsələlərindən irəli gəlir.
Ən nəhayət, təhsildən bixəbər bu adam yeni şəraitdə də özünün bu vəzifəyə gəlməsi kimi, yalnız təsadüflərlə işləməyi xoşlayır. Ona görə də illərdir distant ali təhsilin diplomlarını qəbul etmədiyi kimi, distant təhslin orta məktəb bazasında lazım gələ biləcəyini də heç vaxt ağlına gətirməyib. Mikayıl Cabbarovun müavini olandan və nazir vəzifəsinə gələndən bəri distant təhsilə də qarşı çıxan, axşam və qiyabi təhsili də ləğv etdirən bu adam təhsil sistemini elə vəziyyətə salıb ki, Eynşteyni də gətirsən ondan başı çıxmayacaq.
Beləliklə, tabeliyində böyük bir müvafiq qurum olmasına baxmayaraq, distant təhsili tətbiq edə bilməyən C.Bayramov distant təhsili tətbiq etmədiyi üçün ənənəvi dərslərə yaxınlaşmaq şansını əldən verdi və interaktivlik təmin olunmadı. Hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar yalnız paytaxtda bir qrup şagird yararlana bildiyindən bunun kütləvi tətbiqinin mümkünsüzlüyü ortaya çıxdı.
Ceyhun Bayramovun distant təhsil cəhdi uğursuzluğa düçar olduğu üçün bəhanələrə əl atdı
Yenə də Ceyhun Bayramovun köməyinə xüsusi karantin rejiminin mayın 31-ə qədər uzadılması çatdı. Vəziyyətdən istifadə edib, dərslərin bu yarımildə başlanmasının qeyr-mümkünlüyü barədə məsələ qaldıran təhsil naziri təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün olmadığını etiraf etdi. Əslində heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. Bu dəfə bəhanə üçün Təhsil Nazirliyi elan etdi ki, bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb.
Qiymətləndirməyə gəlincə, distant təhsil uğursuzluğa düçar olduğundan 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. Nazirin dediyinə görə, 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur. Yəni şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və onlar növbəti sinifə keçiriləcək.
Təhsil naziri Ceyhun Bayramov söyləyib ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək və bu onlayn şəkildə baş tutacaq. İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin müəyyənləşdirilməsidir. Beləliklə, builki tədris ilinin başa çatmasının elan edilməsi C.Bayramov biabırçılqdan xilas etdi. Ona görə ki, onun həyata keçirdiyi distant təhsilllə qiymətləndirmə aparılsaydı, nəinki yüz minlərlə şagird, ən yaxşı oxuyan bütün uşaqlar da sinifdə qala bilərdilər. Onlayn şəkildə şagirdlər arasında ölçmə və qiymətləndirmənin keçirilməsinə müdaxilə etməsələr, orada da biabır olması qaçılmazdır. Nəticə odur ki, Ceyhun Bayramov sinifdə qaldı. AzToday.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
|