"Tələbənin tələbi" platforması Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bununla bağlı platforma üzvləri sosial şəbəkə vasitəsilə məlumatlandırma işi aparır. dia-az.life bildirir ki, bu barədə anews.az saytı xəbər yayıb.
Tələbələrin açıqlamasından belə aydın olur ki, onlar problemləri ilə əlaqədar nazirliyin yetkililərindən biri ilə görüşmək niyyətindədirlər.