Bakıda "səhv"lərini torpaqla örtən cərrahın "sehri": - qurbanların arası kəsilmir
Tarix: 13-06-2020, 09:50 | Çap et
Azərbaycanda fəaliyyət göstərən əcnəbi həkimlərin sayı çoxaldıqca, onlardan şikayətlərin də sayı artır. Bu sahədə ən böyük problemlərdən biri isə xaricdən gələn həkimlərin Azərbaycanda öz ixtisaslarına uyğun fəaliyyət göstərməməsidir. Bu günlərdə adı bir neçə xəstənin ölümündə hallanan, İran İslam Respublikasının vətəndaşı olan plastik-estetik cərrah Sirus Qoçqaninin cərrah olmadan fəaliyyət göstərdiyinə dair məlumat yayılıb. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, İran səfirliyindən verilən məlumata görə, Sirus Qoçqani cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir. F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulayıb:
“Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Onlar yerli həkimlərlə eyni məsuliyyəti daşıyırlar. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”. Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı isə bir neçə pasiyentinin həyatına cərrah masasında son qoyduğu iddia edilən Sirus Qoçqaninin Səhiyyə Nazirliyində sertifikasiyadan belə keçmədiyi üzə çıxıb. Bu barədə ətraflı məlumat verməzdən öncə xatırladaq ki, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir. Ötən ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medical Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını günahlandırıblar.
Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. Son ölüm halı isə may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi də Sirus Qoçqani olub. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə o, xarici görünüşündən narazı olması ilə bağlı növbəti dəfə xəstəxanaya müraciət edib. Onun üzərində gluteoplastika - popo şəkilləndirmə əməliyyatı keçirilib.
Ekspertlər də əcnəbi həkimlərin ölkəmizdə fəaliyyətində çoxsaylı nöqsanların olduğunu söyləyirlər. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur:
“Hansısa əcnəbi həkim gedib Türkiyədə sərbəst şəkildə hər-hansı bir əməliyyatı keçirə bilməz. Bunun üçün həmin ölkənin vətəndaşı olmaq, ən azı beş il orada çalışmaq lazımdır. Azərbaycanda isə kimliyi, təcrübəsi, savadı bilinməyən əcnəbi həkimlər özəl klinikalara gəlir və əməliyyatlar keçirirlər. Hətta bu həkimlərin reklamları da verilir. Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməyə gələn əcnəbi həkimlərin hər birinin Səhiyyə Nazirliyi tərəfindən sənədləri yoxlanılmalıdır. İkinci tərəfdən isə bu həkimlərin xüsusi reklamına icazə verilməməlidir. Bu gün ölkəmizə gələn əcnəbiləri peşəkar həkim kimi təqdim etsələr də, bu, əksər hallarda inandırıcı gəlmir. Çünki peşəkar həkimlər öz ölkələrində kifayət qədər tanındıqlarından, yaxşı pul qazandıqlarından, işləmək üçün başqa ölkəyə üz tutmurlar. Ona görə də pasiyentlər bu cür reklamlara inanmamalı, işinin peşəkarı olan həkimlərə müraciət etməlidirlər. Çox təəssüf ki, bu gün klinikalar iş icazəsi almadan əcnəbi həkimləri müqavilə ilə Azərbaycana gətirirlər. O həkimlərin də tibbi təhsili və biliyi yoxlanılmalıdır”.
Qeyd edək ki, əcnəbi həkimlərin ölkəmizdə fəaliyyəti qaydalarına görə, onların diplomları ilk növbədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilməlidir. Daha sonra isə Azərbaycanda fəaliyyət göstərəcək əcnəbi həkim Səhiyyə Nazirliyində sertifikasiyadan keçməlidir. Bundan əlavə, həmin həkimin ölkəmizdə fəaliyyətinə görə onun çalışacağı klinika tərəfindən iş icazəsi alınmalıdır. Bu icazə isə Dövlət Miqrasiya Xidmətindən verilir. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbi həkimlərə yox, onu işə götürənə verilir. Sözügedən həkimin Azərbaycanda iş icazəsi alıb-almadığına gəldikdə isə, miqrasiya qanunvericiliyinə görə, bu barədə məlumat şəxsi məlumat hesab edildiyindən açıqlanmır.
Cərrah olmadığı iddia olunan Sirus Qoçqani ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyindən cavab olaraq bildirilib ki, əcnəbi həkimlər ölkəmizdə fəaliyyət göstərərkən mütləq sertifikasiyadan keçməlidirlər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sirus Qoçqani Səhiyyə Nazirliyində sertifikasiyadan keçməyib. Sirus Qoçqaninin fəaliyyət göstərdiyi tibb müəssisəsindən, "Baku Medical Plaza"dan isə artıq Qoçqaninin klinikada işləmədiyini bildirdilər.
Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə verdiyi sorğuya cavab olaraq bildirilib ki, Qoçqaninin tibbi təhsili olsa da, cərrah ixtisasına yiyələnməyib: "Sorğunuza cavab olaraq bildiririk ki, istifadə rahatlığı məqsədilə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri, o cümlədən Ghouchkhani Sirouse barədə məlumat əldə etmək mümkündür. Ghouchkhani Sirouse İran İslam Respublikasında Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetində müalicə işi ixtisasında mütəxəssis təhsil səviyyəsinə yiyələnib".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
|