Müştəriləri "İceland" dondurma şirkətini ələ saldı... - "Dondurmanın yarısı hanı, kim yeyib?"
Tarix: 20-07-2020, 10:14 |
Çap et
DİA.AZ: - Bakı sakini Vüsal Əliyev "İseland" dondurma şirkətinin məhsullarından şikayətçidir. DİA.AZ olaraq narazı vətəndaşın "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşdığı müraciətini təqdim edirik:
"Şikayət deməzdim, sual deyərdim. "Iceland", dondurmanın yarısı hanı, kim yeyib? Kim yeyibsə, nuş olsun, amma bir də belə şey etməsin, çünki yarım porsiya çox azdır, adam doymur. Əgər yarım porsiya satmaq istəyirsizsə, o zaman qiymətini də 70 yox, 35 qəpik edin".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...