"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır
Tarix: 3-08-2020, 09:31 |
Çap et
DİA.AZ: - ""Kapital Bank"dan olan kredit kartımı bağlayıb atmaq istəyirəm. 540 manat götürdüyüm kreditə hədsiz faiz gəlməklə hardasa 900 manat ödəmiş oluram". DİA.AZ bildirir ki, bu sözlər narazı vətəndaş Şərmin Həsənovanın etdiyi müraciətdəndir. Daha sonra şikayətdə bildirilir:
"Operatordan bəzi detalları soruşuram, deyir gəlin, çıxarış alın, ordan baxın, daha ətraflı... Faizlərin hardan necə gəldiyini öyrənmək müştəri olaraq ən təbii haqqımdır, bunun üçün çıxarış istədim, deyirlər, möhürlü çıxarış ödənışlidir, ödənişsiz olan möhürsüzdür.
İl yarım istifadə etdiyim kartımın, ödədiyim kreditın çıxarışını həqiqətən də "Kapital Bank"a aid olduğunu sübut edən sənəd üçün pul ödəməliyəm? Belə şey yoxdur. Belə çıxır ki çıxarışlar bir-birindən fərqlidir. Öz çıxarışlarını bəri başdan danmağa meyllidirlər.
Tamam başlarını itiriblər! Nə etdiklərinin fərqində deyillər".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...