“Qaçqınkom ləğv edilməlidir" - Daha ehtiyac qalmayacaq...
Tarix: 23-10-2020, 12:05 |
Çap et
"Torpaqlar azad olduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ləğv edilməlidir".
Cebhe.info xəbər verir ki, bunu vəkil Aqil Layıc deyib.
O bildirib ki, şəhid ailələri və müharibə iştirakçıları üçün xüsusi komitə yaradılmalıdır:
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ləğv edilməlidir. Onun bazası üzərində şəhid ailələrinin və müharibə iştirakçılarının ailələrinin sosial ehtiyaclarının qarşılanması üçün Komitə yaradılmalır. Komitənin idarəetməsi də bu qəbildən olan insanlara verilməlidir. Bu ölkə onlara borcludur!"