ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."
Tarix: 23-01-2021, 09:38 | Çap et
Teref.az xəbər verir ki, ATU-nun əməkdaşı Şirinova Aygün Rafiq qızı ölkə rəhbərliyinə Universitetdə baş verən qanunsuzluqlarla bağlı müraciət ünvanlayıb. Bir nüsxəsi Teref.az-ın poçtuna göndərilən müraciətdə şikayətçi yazır: Salam Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ! Azərbaycanın birinci xanımı, hörmətli Vitse-Prezident Mehriban xanım Əliyeva ! Təhsil Naziri cənab Emin Əmrullayev ! Çox hörmətli Mehriban xanım ! Sizdən Qadın həmrəylini nəzərə alıb mənə dəstək olmağınızı, səsimə səs vetməyinizi xahiş edirəm. Mən Gəncə şəhər sakini Şirinova Aygün Rafiq qızı. Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşı, çoxsaylı şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər problemimin həllinə nail ola bilmədiyim üçün Sizə yenidən müraciət edirəm. Mən 2000 ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. 22. 01. 2004 tarixindən etibarən Azərbaycan Texnologiya Universitetində kitabxanaçı , daha sonra 29. 12. 2019 tarixinədək korrektor vəzifəsində işləmişəm. Ailəliyəm, üç övladım var. İkisi azyaşlıdır. Sizə müraciət etməyimin səbəbi 29. 12. 2019 - cu il tarixində Universitetinin rəhbərliyi tərəfindən səbəbsiz olaraq qərəzli şəkildə işdən azad edilməyimdir. Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ''Təhsil haqqında ''Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər əsasında həyata keçirmir. Belə ki, Universitetinin İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Əliyev mənə və digər işçilərə açıq aşkar şəkildə hədə qorxu gələrək ''dediyim məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam'' deyərək təkidlə öz iradəmizə zidd 3 ( üç ) və 6 ( altı ) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. Mən, ali təhsilli , 15 il iş təcrübəsi olan ziyalı , hər hansısa bir özəl müəssisəyə yenicə işə qəbul olunmuş, heç bir təcrübəsi olmayan işçi kimi hər 6 (altı) aydan bir (açıq aşkar hədələnərək) onların diktə etdiyi məzmunda ərizə yazmağa vadar edilmişəm. İşdən azad edilən iş yoldaşım xanım Universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə ''hüquq müdafiəçisi''nin nalayiq söyüşü ilə üzləşdi. Bu barədə fakt da mövcuddur. Rektor Akif Süleymanov isə gedin kimə şikayət edirsiniz edin, əlinizdən gələni beş boşqaba çəkin. Məni bura Prezident təyin edib. Kimdən kimə şikayət edəcəksiniz deyərək heç kimdən çəkinmədiyini elan edərək, özünü sığortalamaqla məşğul oldu. Düşünməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar. ATU da Akif Şamil oğlu Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib, bir çox ziyalılar, nüfuzlu şəxslər Universiteti tərk etmək məcburiyyətində qalıb. Ona görə ki, ATU da qohumbazlıq, dostluq prinsipi önə çəkilərək kadr təyinatı həyata keçirilir. Universitetdə sözün əsl mənasında avtoritar idarəçilik sistemi qurulub. Bəli, səhərdən axşamacan öz isti kabinetində mürgü vuran, yuxusunda da rüşvətlə məşğul olan rektorun ''idarəçiliyi '' Koronavuris bəlasından daha qorxunc və təhlükəlidir. Universitetdə tələbə və müəllim, eləcə də elmi pedaqoji kadr və köməkçi heyət nisbəti əsla nəzərə alınmır. Əməkdaşlarla əmək müqavilələrinin bağlanması ( işə qəbul ) , əmək müqaviləsinə xitam ( işdən azad olma ) , başqa işə keçirilmə haqqında əmrləri gözdən keçirmək üçün nümayəndə göndərsəniz çoxlu sayda qanunsuzluqların şahidi olarsınız. Universitetdə durum demək olar ki nəzarətdən çıxıb, şəxsi nəzarətə keçib. Universitetdə korrupsiya son həddə çatıb. 09. 09. 2016 tarixində 185 saylı əmrlə ''Qurban bayramı ''ilə əlaqədar olaraq Universitetin 30 (otuz ) nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli ) manat mükafat yazıdı. Sonradan həmin vəsait rəhbərlik tərəfindən tək tək işçilərdən toplanılaraq mənimsənildi. Şahidlər var. Bu gün isə mənim şikayətlərimdən xəbərdar olan rəhbərlik guya ki, müvafiq qurumlar tərəfindən bu məsələnin araşdırıldığını, mükafat yazılan 30 nəfərin hamısının da bu məbləği alıb şəxsən özlərinə xərclədiklərini qeyd etdiklərini bildirib. Məsələ ondadır ki, özlərinə yaxın bildikləri bir neçə işçini bu barədə məlumatlandırıb, onlardan bu məsələ ilə bağlı sorğu sual olunarsa mükafat kimi yazılan 550 manatın guya ki, şəxsən özlərinin alıb xərclədiklərini təsdiqlənməsini istəyiblər. Bu gün o bir neçə nəfər 30 nəfərin hamısı demək deyil.''Qurban bayramı münasibətilə '' adına mükafat kimi yazılan 550 manatın ATU rəhbərliyi tərəfindən onlardan yığılıb mənimsənilməsini təsdiqləyən bir neçə şahid var ki, əsl həqiqəti deməyə hazırdır. Dəfələrlə Akif Süleymanov və onun komandasının çirkin əməlləri və özbaşınalıqları haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə yoxdur. Əməkdaşların şikayətinə baxılmır. 2016 cı ilin noyabrında isə Azərbaycan Texnologiya Universitetinin giriş qapısına turniket quraşdırılması və qurulan turniket ''kart ''sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata satmaqla yenidən korrupsiyaya yol açan rektor yığılan pulları bu dəfə mənimsəyə bilmədi. Belə ki, çoxsaylı haqlı şikayətlər əsasında İcra hakimiyyətinin göndərdiyi komissiyanın tələbi ilə pulları tələbə və müəllimlərə qaytarmağa məcbur oldu. Bu barədə də şahidlər var. Rektor Akif Süleymanov və komandasının bitməz tükənməz qanunsuzluqlarına etiraz edən hər bir işçi anında onların düşməninə çevrilib, həmin işçi müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb,hədə qorxu gələrək bezdirilib ki, öz xoşu ilə ərizə yazıb işdən getsin və ya digər formada onu işdən azad edilməsi təşkil olunub. Cənab prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyev! Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Univetsitetinin rəhbərliyi Sizin dəfələrlə məmur özbaşınalığı və rüşvət ilə bağlı etdiyiniz xəbərdarlıqlara məhəl qoymur. Rektor Akif Süleymanov və komandası üçün ''Qanun şah deyil, Şah qanundur !''devizi mövcuddur ki, onlar üçün ''Şah'' qeyri- peşəkarlığı ilə seçilən, universiteti məkrli oyunlar yuvasına çevirməklə nüfuzdan düşməsinə səbəb olan Akif Süleymanovdur... Məsuliyyətsizlik, biganəlik, laqeydlik kimi Akif müəllimin xarakterinə biçilmiş hallar artıq kollektivi sözün əsl mənasında cana doyuzdurmuşdur. Vəzifə - səlahiyyət deyil. Vəzifə - xidmətdir ! ''Cənab prezidentimiz İlham Əliyevin dediklərinə istinad edərək ''. Çox maraqlıdır. Azərbaycan Texnologiya Universitetinin hüquqşünasının qadın əməkdaşı ilə rəftarı o cürdürsə (nalayiq söyüş söyüb ), ondan böyük olan vəzifə səlahiyyətlərini daşıyan məmurlarının münasibəti sual altındadır... Əfsuslar olsun ki, belə bir "hüquqşünas" Universitet üzrə verilmiş əmr layihələrinə imza atır. Zaman ağır xəstəlikləri sağaltdığı kimi yəqin ki, tezliklə bu suala cavabı da açıqlayar. Dövlətimizi , dövlətçiliyimizi və xalqı qoruyan Dəmir yumruqlu Prezidentimiz cənab İlham Əliyev nə yaxşı ki, bizimlədir !!! Göydə Allah, yerdə isə onun qayğıları bizim üzərimizdən əksik olmasın. Amin!!! Şirinova Aygün Rafiq qızı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
|