"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                 

"İcra başçısı özü gəlməkdənsə kəndimizə maskasız bir keçəl göndərdi.." - Göygöldə şikayətə BİGANƏLİK
Tarix: 6-02-2021, 12:19 | Çap et
"İcra başçısı özü gəlməkdənsə kəndimizə maskasız bir keçəl göndərdi.."
Göygöl rayonunun icra başçısı vəzifəsini müvəqqəti icra edən Turani Əliyev Dozular-Pənahlılar-Çaylı kəndlərindən baş qaldıran suvarma probleminin araşdırılmasına qeyri-ciddi yanaşaraq əraziyə İHB-nin ümumi şöbəsinin müdiri Ariz Eyvazovu göndərib.
İHB başbilənləri Pənahlılar kəndinin kütləvi şikayətlərinə həssas yanaşmaq əvəzinə, ağzı maskasız və mövzudan anlaqsız şəkildə şikayətçilərin hüzurunda saatlarla boşuna vaxt keçirə bilən qabiliyyətsiz birini irəli verib. Təbii ki, bu da Pənahlılar kəndinin sakinlərində növbəti ikrah hissləri oyadıb.
"Demokratik.Az"-ın məlumatına görə, 03 fevralda Pənahlılara gedib yalnız sual verməklə dar səlahiyyətlərini nümayiş etdirən İHB rəsmisi karantin qaydalarını belə yaddan çıxararaq tamamilə maskasız və sosial məsafəsiz kütlənin içində gərdiş edib. Ara-sıra telefonla kiməsə zəng edərək qısa raportlarla işini yekunlaşdıran "baş kargüzar" sonda iki kəndin camaatını tərk edərək rayona geri qayıdıb.



"Demokratik.Az"-ın əldə etdiyi videomateriallardan o da aydın olur ki, Göygöl Suvarma Sistemləri idarəsinin yarıtmaz rəisi İlqar Məhərrəmov da adıçəkilən məmurun yanında olub. SSİ rəisi öz növbəsində İHB-nin məmurunun məlumatsızlığından və mövzu ətrafındakı savadsızlığından istifadə edərək şikayətə qarşı nağıllar danışıb, özünü haqlı çıxarmağa çalışıb.
Uzun sürən dialoqlardan başa düşülür ki, İHB rəsmisi şikayətçiləri sadəcə olaraq yola vermək üçün, yalnız formallıq üçün göndərilib.
"Təsəvvür edirsinizmi, bizim şikayətlərimizi araşdırmağa dəftərxana müdirini göndəriblər. Belə saymazyanalıq olmaz axı. Bizim icra başçısı özü durub gəlməkdənsə, məsələni köklü araşdırıb bir çarə qılmaqdansa kəndimizə bir keçəl göndərir. Keçəl məmur da İlqardan soruşmadı ki, camaatın pay torpaqlarını nə üçün özbaşına qazdırmısan, əkin sahələrini niyə belə yararsız hala salmısan? Belə müsibət olar, yuxarıda oturanlar hara baxır görəsən? İki kəndi qarşı-qarşıya qoyublar" - deyə kənd sakinlərinin bir neçəsi saytımıza növbəti müraciətlərində bildirib.
Diqqətçəkən məqam doğrudan da odur ki, məlum şikayətin araşdırılmasında Göygöl İHB-nin aidiyyatı rəhbər şəxsləri iştirak etməyib.
Hələlik, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq şöbəsi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi kütləvi şikayətlərin araşdırılmasından kənarda saxlanılıb. Eləcə də ştat üzrə əslində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi maaş alan Turani Əliyevin özü də qalmaqalı kənardan tamaşaçı kimi izləyir.
Xatırlatmaq yerinə düşər ki, ölkə başçısı, prezident cənab İlham Əliyevin 2012-ci ildə təsdiq etdiyi "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq tələbinə əsasən, yerli İHB;
- müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir. İHB yerli qurumlarla və bələdiyyələrlə qarşılıqlı fəaliyyətini təmin edir. Xüsusilə də, əsasnaməyə görə, (3.2.) Ərazinin sosial-iqtisadi inkişafı sahəsində:
3.2.1. mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə şəhərin, rayonun, şəhər rayonunun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
3.2.2. regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə zəruri məlumat verir və illik hesabatlar təqdim edir;
3.2.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin edir;
Bütün bunlar isə deyir ki, Göygöl İHB sözügedən kəndin şikayətini, ondan irəli gələn halları daha dərindən və məntiqi hesabatlarla araşdırmalı, Göygöl SSİ-nin Çaylı-Pənahlılar-Dozular üzrə fəaliyyətinə qiymət verməlidir. Yoxsa, əraziyə maskasız bir keçəlini göndərib səlahiyyətlərini kiçiltməməlidir. Kəndlərin sakinlərinin üz-üzə gətirilməsinin qarşısını almalı, məlum səbəblərə görə də SSİrəhbərliyi hüquq- mühafizə orqanları qarşısında cavab verməlidir.
Göygöl İHB təhlil hesabatı hazırlamalıdır ki, Pənahlılar kəndinin su problemi niyə birdən-birə ortaya çıxıb, meliorativ tədbir adı altında Çaylı kəndində 2018-ci ildə "quraşdırılan" nasaz su nasos stansiyası niyə işləmir?
Araşdırılmalıdır - Vətəndaşların icazəsi olmadan Göygöl SSİ- nin pay torpaqlarında hansısa qazıntı işləri aparılması hansı məntiqə və İHB-nin təsdiqlədiyi hansı iqtisadi-sosial layihələrə əsaslanıb? Niyə hazırki işləri podratçı şirkətlər yox, elə İlqar Məhərrəmovun öz işçiləri həyata keçirir?
Əslində hesab etmək olar ki, Göygöl icra hakimiyyətinin əlində real aqrar proqnozların və planlaşdırmanın olmaması, deyilən özbaşına meliorasiya qurumuna inzibati nəzarətin düzgün həyata keçirilməməsi arzuolunmaz anoloji problemlərin varlığına meydan açır.
Yaxşı olardı ki, Göygöl icra hakimiyyəti şikayəti araşdırarkən o kəndlərə aqrar sahə üzrə savadsız bir kargüzarı deyil, aidiyyatı komanda üzvlərini göndərsin! Turani Əliyevin özü də getsəydi daha doğru olardı. Yoxsa sual edək! - axı, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi Turani Əliyevin varlığı Göygöldə kimə və nəyə lazımdır?
Demokratik.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru