DİA.AZ: - Bu gün ən çox müzakirə olunan mövzulardan biri də keçmiş ƏƏSMN şefi Səlim Müslümovun həbsi və bu fonda digər sabiq nazirlərin təşviş içində olmalarıdır. Yayılan xəbərlərdə deyilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsə göndərilməsi daha bir eks-nazirin canına qorxu salıb. Şəmkirdəki malikanəsində yaşayan keçmiş vergilər naziri Fazil Məmmədov bugünlərdə səksəkə içindədir. Qapısına gələn hər kəs gözünə “qara maskalı” kimi görünür. Fazil Məmmədov Səlim Müslümov kimi həbsə düşmək istəmir. Və iddia olunur ki, artıq Fazil Məmmədov əlindəki mülklərini sataraq Azərbaycandan qaçmağa hazırlaşır.
Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub. Məlumatı verən mənbə iddia edir ki, Fazil Məmmədov digər mülkləri kimi Şəmkirdə yerləşən villasını da satışa çıxarıb.
Mənbənin dia-az.life-a söylədikləri: "Fazil Məmmədov hazırda Şəmkirdə yaşayır və yaşadığı mülkü də satışa çıxarıb. Maraqlı orasıdır ki, artıq həmin mülkə müştərin tapılıb və ona bu işdə hazırda Şəmkirə rəhbərlik edən Alimpaşa Məmmədov yardımçı olub".
Xatırladaq ki, Alimpaşa Məmmədov zamanında Fazil Məmmədovun kadrlarından olub və onun Şəmkirdə vəzifəyə təyinatında da keçmiş nazir müstəsna rol oynayıb. İndi isə görünəni odur ki, Şəmkir RİH rəhbəri keçmiş şefinəı vəfa borcunu yerinə yetirir...
Bu isə Fazil Məmmədovun Bakıdakı məşhur villasıdır:
Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşən villanın artıq satışda olduğu deyilir.
Şəmkirdəki villaya gəlincə isə, mənbə dia-az.life-a açıqlamasında bildirir ki, Alimpaşa Məmmədovun araçılığı ilə Rusiyada yaşayan şəmkirli iş adamlarından biri sabiq nazirin Şəmkirdəki villasını almağa razılaşıb. Bazarlıq yaxın günlərdə baş tuta bilər.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...