Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR - GİLEY
Tarix: 16-03-2021, 09:23 | Çap et
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, zaman-zaman hər kəsin diqqətini cəlb edib. Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən, yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elmdir və bu sahə canlı və cansız оrqanizmlərin bir-biri ilə, həmçinin хarici mühitlə qarşılıqlı əlaqələrini tənzimləyir, оnların yaşayış tərzində, inkişafında, çохalmasında belə bir amillərin rоlu olduqca böyük olur. O da hər kəsə bəllidir ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, bu gün də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların və parkların salınması və s. məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişafında mühüm rol oynadı. Bu yöndə atılan addımların nəticəsidir ki, indiyə kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub.



İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin varlığı zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri, məhz ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Qanunun belə bir tələblərinin varlığına baxmayaraq, 28 dekabr 2020-ci il tarixdə «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları olmazın hoqqalara qol qoyub, bənzəri olmayan qanunsuzluğa imza atırlar. Yəni, adı çəkilən qurumun əməkdaşları 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan Cəlilabad rayon sakini Kərimov Ramil Ağakərim oğlunun, təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları elə bir formada məhv edirlər ki, ümumi mənzərəni görən hər kəsin sanki görən gözlərindən “qan axır”.



Onu da qeyd etmək yerinə düşər ki, həmin ərazilər «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin balansında olsa da, indiyə kimi həmin ərazilərdə çoxsaylı yaşayış evləri inşa olunub, bu gün də inşa olunmaqdadır. Qaldı ki, Ramil Kərimov adlı şəxsin ərsəyə gətirdiyi yaşıllıqların məhv edilməsinə, bu başqa bir söhbətin mövzusudur. Yəni, dolaşan söz söhbətlərə görə təqribən 15-16 il ərzində ərsəyə gətirilmiş yaşıllıqların məhv edilməsində, «Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsində vəzifə sahibi olan bəzi şəxslərin xüsusi marağı olur. Ona görə də həmin şəxslər bu yöndə addımlarını atmazdan öncə, həm Balaxanı bələdiyyəsi sədrinin imkanlarından, həm də qeyd olunan ərazidə yaşayan bəzi sakinlərin rolundan məharətlə istifadə etməyi bacarırlar. Bunun üçün onlar ilk əvvəl qonşular adından ərizə yazırlar və həmin ərizədə qeyd olunur ki, “Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan, həmçinin Sabunçu rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin yerdə qanunsuz tikinti işləri aparmaq qərarına gəlmişdir. Ona görə də, bu şəxsin qanunsuz əməllərinin qarşısının alınması, ərazidə əmələ gələn törtöküntülərin aradan qaldırılması, eyni zamanda ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılmasını xahiş edirik”. Onu da bildirək ki, yazılmış ərizə haqda bəzi qonşuların xəbəri olmur, bəzi qonşuları isə müxtəlif adlar altında aldadılır və belə bir yolla da həmin ərizəyə imza çəkdirirlər. Ərizəyə imza atan şəxslər A.Əhmədova, P.Qasimov, A.Səlimov, S.Hacıyeva, Nəsibə Əliyeva, M.Kamranova, Ruslan Eyyubov və Rəhilə Bəhrəmova olurlar.



Bundan əlavə yazılmış ərizənin hüquqi əsaslandırılması üçün, 03 fevral 2021-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, qeyd olunan məsələ ilə bağlı bir akt da tərtib edirlər. Tərtib olunmuş aktda yazılır: “Balaxanı Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə, yəni həmin quyunun təhlükəsizlik zolağında Cəlilabad rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin ərazidə qanunsuz tikinti işləri aparmağa qərarlıdır. Kəsilmiş ağacların foto-şəkilləri çəkilmiş və bunlar tərtib olunmuş akta əlavə olunmuş, həmçinin qeydiyyatı da aparılmışdır” deyə qeyd olunur. 3 fevral 2021-ci il tarixdə tərtib olunmuş aktı 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədova, 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Vüqar Mirbala oğlu Qasımov, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin hüquqşünası Rəşad Rəfayıl oğlu Çovdarov və Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu imzalayırlar.

Elə ki, baş verən olaylarla bağlı həyata keçirilmiş video-görüntülərə diqqət yetirirsən, o halda bəlli olur ki, 2-ci mədən sahəsinin 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə salınmış yaşıl ağacları, ağır texnikadan istifadə etməklə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları kökündən çıxarmışlar. Yəni, həmin yaşıl ağacların kökündən çıxarılması, az sonra elektrik mişarları ilə doğranıb ərazidən daşınması və s. kimi işləri bu qurumun əməkdaşları həyata keçirmişlər. Bu da onu söyləməyə tam şəkildə əsas verir ki, həm yazılmış ərizə, həm də tərtib olunmuş akt saxtadır.



Digər tərəfdən, bu yöndə atılan addımlarla bağlı həyata keçirilmiş video-çəkilişlərə diqqət yetirib realllığı gördükdən, həmçinin əməkdaşımızın əldə etdiyi məlumatlara istinad etdikdən sonra, mövcud problemin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məktub ünvanladıq. Ünvanladığımız məktuba verilmiş cavabda qeyd olunub: “Bu məsələ ilə əlaqədar məktuba Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmış, həmçinin bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılarkən bəlli olur ki, vətəndaş Kərimov Ramil Ağakərim oğlu tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması məqsədilə ağacları kəsildiyi müəyyən edilmişdir. Balaxanı bələdiyyəsinin və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qanunsuz tikintinin qarşısı alınaraq yaşıllıq zolağı bərpa edilmiş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır”. Qeyd edək ki, ünvanladığımız məktuba 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayevin imzası ilə təsdiq olunmuş № 210820200294 saylı məktubla cavab verilib.



Elə ki, 28 dekabr 2020-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, Kərimov Ramil Ağakərim oğlunun təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları məhv edirlər, o halda o, bu yöndə atılmış addımdan gec xəbər tutur və ləngimədən qeyd olunan əraziyə gəlir. Hətta o, ərsəyə gətirdiyi yaşıl ağacların ağır texnikanın vasitəsilə kökündən çıxarılması ilə bağlı video-çəkiliş də həyata keçirir. Az sonra o, mövcud problemlə bağlı yazmış olduğu ərizəsini, həmçinin həyata keçirdiyi video-çəkilişi diskə köçürüb Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinə ünvanlayır. Bu şəxsin göndərdiyi şikayət ərizəsinə, 04 fevral 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən Rəvan Tağıyevin imzası ilə təsdiq olunmuş № 26/kol-072 saylı məktubla cavab verilir. Cavab məktubunda qeyd olunur: “Məsələ ilə əlaqədar Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu yazdığı izahatında bildirir ki, “Abadlıq işləri aparmaq məqsədilə əraziyə gəldikdə gördük ki, bir neçə ağac kök hissəsindən çıxarılmış, bəzi çıxarılmış ağaclarla əraziyə hasarlar çəkilmiş, həmin hasarlar sökülmüş və kökündən çıxarılmış ağaclar elektrik ağackəsən mişarı ilə kəsilmiş və maşınlara yığılaraq ərazidən daşınmışdır”. Elə ki, tərəfimizdən araşdırmalar aparılarkən ərazinin əvvəlki görünüşü ilə sonrakı görünüşünü müqayisə etdik, o halda bəlli oldu ki, ağaclar kök hissəsindən çıxarılaraq məhv olunmuşdur. Təqdim olunan video-görüntülərdən də bəlli olur ki, Balaxanı əməliyyat şirkətinin əməkdaşları ETSN-nin rəyi olmadan və nəzərə almadan, həmin ağacları texnika vasitəsilə kökündən çıxarıb məhv etmişlər. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün, toplanmış materiallar aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir”.

Bütün bunlar onu göstərir ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsində bəzi vəzifə sahibləri hansısa maraqlarını güdürlər ki, bu cür oyun qaydalarına imza atmağı özlərinə rəva bilirlər. Bugünlərdə isə sakinlər arasında belə bir məlumat dolaşır ki, Ramil Kərimovla ixtilafda olan və pərdəarxası Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə “sıcaq münasibət” qurmağı bacaran, həmçinin yazılmış saxta ərizəyə, tərtib olunmuş saxta akta hər dəfə birinci şəxs olaraq imza atan və 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədovanın dayısı Nazim adlı şəxs, məhz bu gün də “makler”lik fəaliyyəti ilə məşğul olur. Belə bir səbəbdən də, hər iki şəxs Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə aralarında olan “isti münasibət”lərdən istifadə edib, qeyd olunan ərazini ələ keçirmək niyyətindədirlər.

P.S. Əldə etdiyimiz müəyyən məlumata görə, bu gün səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin Təsərrüfat xidmətinin rəhbəri Vahid Əbdülhəsənov, təsadüfən qeyd olunan ərazidə Ramil Kərimovun anası Xatirə xanım Kərimova ilə rastlaşır. Həmin an o, Xatirə xanıma “Oğlun özünü çox “cırıb-dağıdır”, elə etməsin ki, məhv edilmiş ağacları onun boynuna qoyduraq və özünü də “KPZ”-yə saldıraq” deməkdən də ehtiyat etmir.

Mövzu diqqətimizdədir.
//deryaz.az//

«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
«Balaxanıneft» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru