DİA.AZ: - "Şikayətim "Kapital Bank"dandır. 1 həftədir hesabıma göndərilən vəsaiti karta otuzdurmurlar". DİA.AZ bildirir ki, bunu Bəhram Soltanov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var! qrupunda yazıb.
Daha sonra narazı vətındaş yazır: "Dəfələrlə zəng etmişəm kod veriblər ki, köçürmə sənədin göndər... onu da göndərmişəm.. Yenə də öz pulumu ala bilmirəm. 950 manat puldur... təcili də lazımdı. Düşmüşəm buların dalınca... süründürməçiliyə salırlar. Nə məsləhət görərdiz? Necə ala bilərəm öz pulumu bunlardan? Bu problemi həll edib cırıb tullayacam bunlardan aldığım 3 illik "Visa kartı"...
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...