Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı döngə 1 ünvanında yaşayan sakinlər yollarının bərbad, asfaltsız olmasından şikayətçidilər. Sözügedən küçədə 15-16 yaşayış evi var. Sakinlərin sözlərinə görə, qış aylarında əsasən də yağan yağışlar bu küçəni daha da keçilməz edir.
Onlar bildirir ki, dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də nəticə verməyib.