İnstitut 400 minə "qəssabxana" tikir - Şübhəli tender
Tarix: 11-05-2021, 08:09 | Çap et
Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları tenderlərdə maxinasiya hallarının olması barədə zaman-zaman ölkə mediasında yazılıb. Son illər ölkədə aparılan hüquqi islahatlar, "Dövlət Satınalmaları Haqqında Qanun"a edilən dəyişikliklər də satınalmalar sahəsində baş verən acınacaqlı vəziyyətin qarşısını ala bilmir. Belə ki, hələ də sifarişçi olan təşkilatlarla qalib edilən təşkilatlar arasında müxtəlif variantlarda işbirliyi ortaya çıxır. Qlobal.az xəbər saytının əldə etdiyi məlumata görə ciddi şübhələrə yol açan satınalmalardan biri də Qida Təhlükəsizliyi İnstitutu ilə "Aras Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalnmış tender müqaviləsidir. İnstitut ilə MMC arasında mart ayının 16-da yekun vurulmuş "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə tenderin məbləği 402.207 manat təşkil edib.
Bu satınalma müqaviləsində şübhəli məqamlardan biri budur ki, sifarişçi təşkilatın, yəni Qida Təhlükəsizliyi İnstitutunun tender komissiyası görüləcək işlərin detalları barədə aydın məlumat göstərmir. Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində dövlət bedcəsi hesabına inşa ediləcək "kiçik ölçülü heyvan kəsimi məntəqəsinin" sahəsinin neçə kvadrat metr olacağı, hündürlüyü, ümumi sahəsi, həcmi barədə məlumat yoxdur.
Sadiq Məmmədov, Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Həmçinin "kiçik ölçülü ət kəsimi məntəqəsi"nin tikintisində hansı mal-materiallardan istifadə olunacağı barədə də bilgilər göstərilmir. Hazırda ölkənin müxtəlif yerlərində inşa edilən müasir tipli ət kəsimi məntəqələrinin tikintisində əsasən metal məmulatlardan daha çox istifadə olunur. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində nəzərdə tutulan kiçik ət kəsimi məntəqəsinin tikintisində də metal konsruksiyalardan istifadə olunacaqsa qalib elan edilən şirkətin - "Aras Group" MMC-nin qaynaq işləri aparmağa lisenziyasının olub-olmaması əsas suallardan biridir. Məlumata görə isə tikinti işləri aparmaq üçün "Aras Group" MMC müvafiq dövlət orqanlarının tələb etdiyi lisenziyalara sahib deyil. Digər əsas məsələ Ağdam rayonunda inşa ediləcək "kiçik ölçülü ət kəsimi məntəqəsinin" smetası ilə bağlıdır. Bu tikintinin qiymətinin həddindən artıq "şişirdildiyi" deyilir. Əlbəttə ki, tikintinin sahəsinin, həcminin Qida təhlükəsizliyi İnstitutu ictimaiyyətə açıqlamadığı üçün məntəqənin real dəyərinin nə qədər olduğunu hesablamaq mümkün deyil. Amma hazırkı bazar qiymətlərinə və eləcə də ölkədə keçirilən satınalmalara diqqət etdikdə Ağdam rayonunun Quzanlı qəsbəsində inşa ediləcək kiçik ölçülü ət kəsimi məntəqəsinin qiymətinin 60-70 faiz artırıldığı görünür. Burada maraqlı məqamlardan biri də qalib elan edilən şirkətlə - "Aras Group" MMC ilə bağlıdır.
Öncə onu qeyd edək ki, "Aras Group" MMC 2014-cü ilin yanvar ayında dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sultanov Azad Yusif oğludur. Şirkət arasgroup.az domenli websaytda özü haqqında müxtəlif məlumatlar verir. Məsələn, şirkət "xidmətlər" bölümündə hidrolizasiya, epoksid, qumlama-boyama, linoleum, beton işləri və boya tətbiqi sahələri üzrə xidmət göstərdiyini elan edir. Gördüyümüz kimi burada xüsusi lisenziya tələb olunan qaynaq işləri və digər tikinti işləri aparması barədə şirkət heç bir məlumat vermir. Şirkət websaytında qeyd edir: "Aras Group MMC şirkəti 2013-cü ildə yaradılmış dinamik bir şirkət olub müxtəlif subpodrat işlərinin icrasında professional xidmət göstərməkdədir". Yuxarıda da vurğuladığımız kimi dövlət reyestrində Aras Group MMC-nin 2014-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkət isə öz səhifəsində 2013-cü ildən fəlaiyyət göstərdiyini yazır. Belə olan təqdirdə sual meydana çıxır: Araz Media Group bu bir ili dövlət qeydiyyatına alınmadan, vergi ödəmədən çalışıb? Ancaq bu, yəni "Aras Group" MMC-nin özünü "bir il qocaltması" bizi yazının əsas mahiyyətindən yayındırmasın.
Qida Təhlükəsizliyi İnstitutunun "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin smetasının 402.207 manat həddində olması ciddi şübhə doğuran məqamdır. Bu şübhəni isə sözügedən tikintinin sahəsi, forması və digər texniki şərtləri açıqlamaması daha da artırır. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin may ayının 6-da İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova isə qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|