Ağdaş Mərkəzi Xəstəxanasının həkimləri NECƏ ÖLÜMƏ SƏBƏB OLDU... - Bir ananın FƏRYADI
Tarix: 18-09-2021, 10:15 | Çap et
Zəkiyyə Nağıyevanın 12 yaşlı oğlu İbrahim ötən ilin sentyabr ayında vəfat edib. Anası onun ölümündə Ağdaş Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuyevi və digər həkimləri məsul tutur. Onun iddiasına görə, 11 yaşlı oğlu həkim səhlənkarlığı nəticəsində vəfat edib:
“Oğlumun başı sətəlcəm idi. 2019-cu ildə Bakıya aparıb 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə etdirmişdim, vəziyyəti düzəlmişdi. Bir müddət sonra övladım başından yenə şikayət etməyə başladı. Mən də Ağdaş Mərkəzi Xəstəxanasında işləyən Fikrət adlı həkimin yanına apardım. Oğluma sistem və vitamin yazdı”.
Zəkiyyə Nağıyeva deyir ki, bu müalicənin ardından Gəncə Xəstəxanasında oğlunun vəziyyətini öyrənmək üçün MRT etdirib. Orada oğlunun müalicəsinin yanlış aparıldığını, vəziyyətin pisləşdiyini və təcili Ağdaş Mərkəzi Xəstəxanasına aparılmalı olduqlarını bildiriblər. Bunu eşidən ana övladını yenidən Ağdaş Mərkəzi Xəstəxanasına çatdırıb.
Zəkiyyə Nağıyeva
“Ağdaş Mərkəzi xəstəxanasında Nüşabə və Bəxtiyar adlı həkim var idi. Mən onlara yalvardım ki, balama kömək edin. Təcili yardım maşını verin balamı Bakıya çatdırım. Onlarsa, göndərişi Bakıya yox, Yevlax xəstəxanasına verdilər”.
Şikayətçinin sözlərinə görə, Yevlax xəstəxanasında da oğlu İbrahimin vəziyyətinin pisləşdiyini və təcili Bakıya çatdırılmalı olduğunu bildiriblər. Ancaq təcili yardım göndərişi sadəcə, Yevlax Xəstəxanasına verildiyi üçün Bakıya getmək mümkün olmayıb. Buna görə də, İbrahim və anası yenidən Ağdaş Mərkəzi Xəstəxanasına qayıtmalı olublar. Bundan əvvəl uşağın səhhəti ilə maraqlanan Fikrət adlı həkim ona Bakıya göndəriş vermək üçün sabah saat 10:00-da gəlməli olduqlarını bildirib:
“Mən etiraz elədim ki, sabah saat 10-da niyə? Mənim övladım təcili Bakıya getməlidir. Dedi ki, sən uşağı pis öyrtəmisən, onda elə bir narahatlıq yoxdur. Sonra da təklif etdilər ki, Bakıya yol maşını ilə get. Təcili yardımdan Elnur adlı şəxs etiraz etdi ki, uşağın vəziyyəti pisdir, yeriyə bilmir yol maşını ilə necə getsin. Təcili yardım maşını verin, rahat Bakıya çatsın. Nüşabə həkim ilə Bəxtiyar həkim isə Elnura dedilər ki, “nə yaman canı yanan çıxmısan”. Sonra uşağa sakitləşdirici iynə vurub bizi evə göndərdilər”.
11 yaşlı İbrahimin vəziyyəti evə qayıtdıqdan sonra yenidən pisləşib. Uşağın vəziyyətinin pisləşdiyini görən anası yenidən oğlunu Ağdaş Mərkəzi Xəstəxanasına gətirib. Ana deyir ki, bu, oğlunun xəstəxanaya sonuncu gəlişi oldu. Gecə İbrahim xəstəxanada vəfat edib:
“Yolda heç qızdırması da yox idi. Xəstəxanada Bəxtiyar həkimlə Simuzər həkimi gördüm. Mən pilləkəni çıxanda, bilmədim ayağım sürüşdü, ya məni itələdilərmi, yıxıldım. Məni bir otağa apardılar, uşağı digər otağa. Üzümə su vurulub ayılanda soruşdum ki, uşağım hardadır. Gördüm ki, otaqda uşağın damarın on qramlıq şprislə iynə vururlar. Şprisə qan gəldi. Simuzər doktor məni çağırıb dedi ki, sizə göndəriş yazılır, get evə uşağın, bir də ya yoldaşının, ya da özünün şəxsiyyət vəsiqəsini gətir. Mən də sevindim, özümü tez evə çatdırdım ki, uşaq üçün bir-iki dəst paltar hazır etdim. Bu anda mənə zəng gəldi ki, “Zəkiyyə xanım, təcili yardım maşını Bakıya getdi”. Əvvəldən mənə göndəriş verilmirdi, necə oldu ki, indi təcili yardım Bakıya getdi? Dedilər ki, təcili yardımla özümüz uşağı Bakıya aparırıq, sən gəlmə. Mən də özümü xəstəxanya çatdırdım. Gördüm Simuzər doktor, yanında bir tibb bacısı dayanıb. Yanlarında da prokrurluqda işləyən Nəriman müəllim, polis işçiləri tökülüşüb gəlib. İçəri girəndə gördüm ki, övladımın üzünü bağlayıblar. Qışqırdım ki, övladım ölməyib, ürəyi vurur. Dedilər ki, başın sağ olsun, evdə ölüb. Dedim mənim balam necə evdə ölə bilər? O yolda mənimlə danışırdı”.
Nağıyevanın sözlərinə görə Ağdaş rayon prokurorluğundan baş müstəntiq Nəriman Bağırzadə onun həkim səhlənakarlığı ilə bağlı şikayyətini qeydə almayıb. Xəstəxanada olan polislər isə onu evə göndərib bildiriblər ki, övladının cəsədini özləri gətirəcəklər:
“Mənim balamı mənim icazəm olmadan aparıb yardılar. Hələ Nəriman müəllim yoldaşıma deyir ki, cibimdən pul qoyub sənin uşağını Xaldanda yardırmışam. Bir valideyinə belə bir söz deyərlər? Həkimlərin üstərinə gedirəm gah deyirlər qızdırmadan öldü, gah deyirlər başında sətəlcəm vardı ondan öldü. Mən şikayət etmək istəyən kimi müstəntiq Nəriman Bağırzadə deyir ki, səni məhkəməyə verəcəm. Mən də deyirəm, məni nəyə görə məhkəməyə verirsən? Məni Ağdaş Rayon Prokuroru Tural İbrahimovun yanına şikayətə getməyə qoymur. Deyirlər ki, günah bizdə deyil, səndə olub. Mənim nə günahım olub axı? Mən balamın sağlamlığı üçün çalışmışam. Ondan ötrü ürək xəstəliyi tapmışam. Məni hər dəqiqə hədələyirlər ki, səni məhkəməyə verəcəyik. Axı, nəyə görə? Maraqlıdır, məni niyə məhkəməyə verirlər? Oğlu ölən mənəm, onlar məni məhkəməyə verirlər. Mən istəyirəm ki, balamın qanı yerdə qalmasın. Mən istəyirəm ki, onlar tutulsun, cəzalarını çəksinlər”.
Ölüm haqqında şəhadətnamə
Baş Prokurorluğun mətbuat xidmətindən Kənan Zeynalov “Gözətçi”yə məsələ ilə bağlı münasibət bildirərək qeyd edib ki, 14 sentyabr 2020-ci il saat 20.30-da Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və Ağdaş şəhərində yaşayan Abbasov İbrahim Yusif oğlunun Ağdaş rayon xətəxanasına yüksək qızdırma diaqnozu ilə gətirilməsi, xəstəxanada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı fakt üzrə məhkəmə tibbi, məhkəmə-tibbi ekspertiza, əlavə məhkəmə-tibbi ekspertizaları təyin edilərək müvafiq rəylər alınıb. 22 aprel 2021-ci ildə araşdırmanın nəticələri və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Zəkiyyə Nağıyeva Prokurorluğun mövqeyi ilə razılaşmadığını və övladının ölümundə təqsirli bildiyi şəxslərin cəzalandırlaması üçün məhkəməyə müraciət etmək istədiyini bildirir. Şikayətçi deyir ki, maddi imkanı olmadığını üçün hüquqi yardım ala bilmir. //gozetci.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|