Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                 

“Azəriqaz” vicdana və qanuna QARŞI... - “Məni bağışla, amma səni öldürməliyəm”
Tarix: 4-01-2022, 10:58 | Çap et
“Azəriqaz” vicdana və qanuna QARŞI...
Bunu başa düşmək acı və təhqiredicidir, amma sərt reallıq budur: Azərbaycan vətəndaşları kommunal özbaşınalıqlara qarşı tamamilə acizdirlər - işıq, qaz, su hər an kəsilə bilər. Və heç bir yalvarış, şikayət və xahiş eşidilməyəcək. Bizim kommunal xidmətlər həmişə haqlıdır!

Və bu qurumlar son illər bu qanunsuzluğu abonentlərə qarşı bir növ “diqqətli və həssas” münasibətlə pərdələməklə, müəyyən yaşayış məntəqələrində, bəzən isə bütöv rayonlarda işıq, qaz, su olmayacağını əvvəlcədən KİV-də məlumatlandırmağa nail olublar. Heç kim eyni xidmətlərə - “Azərsu”, “Azəriqaz” və “Azərişıq”a ağlabatan sual verməyəcək: əslində bu məlumat bizə nə üçün lazımdır? Sənin xəbərdarlığınla çıraqdan çıxan cinin Ələddinə müraciəti eynidir: “Sən Allah məni bağışla, amma səni öldürməliyəm”.

Yayın qızmar havasında günlərlə kranından bir damcı su belə, çıxmayan vətəndaş nə etməlidir? Yaxud belə bir sual: “Azəriqaz”dan qışın soyuğunda gözlənilməz sürprizlə bağlı xəbərdarlıq eşidən ailənin atası balta ilə parka getməli, uşaqları donmasın deyə, oradan odun qırıb, mənzilində odun yandırmalıdır?..

Bəli, biz artıq bütün bu qanunsuzluqlara, cəzasızlığa öyrəşmişik, hər kəs bacardığı qədər başını girələməklə, vəziyyətdən çıxış yolu axtarır. Lakin kommunal xidmətlərin necə işləməyə davam etdiyinə görə, gələcəkdə biz keyfiyyətcə yeni səviyyəyə qaldırılmış, belə demək mümkünsə, getdikcə daha çox yeni sınaqlarla qarşılaşacağıq. Sonuncu “nou-hau” hələ də “Azəriqaz”a məxsusdur. Elə söhbət də elə onun haqqındadır...

Qanunlara, xüsusən də dövlət qurumlarına hörmət və əməl edilməlidir

Azərbaycan televiziya tamaşalarının birində qəhrəman dostuna həyatı başa salır: “Qanun teleqraf dirəyi kimidir. Onun üstündən tullanmaq boş fikirdir, ancaq onyn yanından keçə bilərsiniz”.

Görünür, bu üsul “Azəriqaz”ın funksionerləri üçün çox faydalı olub. Əks halda, abonentlərin qaz sayğaclarının şəklini çəkərək, limiti keçdiyinə görə artıq ödəniş etməmək üçün onları bu qurumun “WhatsApp”-ına göndərməklə bağlı yeni il macərasını necə izah etmək olar? Baxmayaraq ki, bu, artıq teleqraf dirəyinin yanından belə, yan keçmir. “Azəriqaz” sadəcə olaraq dirəyi kökündən kəsib.

Axı bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, o vaxtkı hökumətin başçısı Artur Rasizadənin imzaladığı 80 saylı Qərarının birbaşa pozulmasıdır. Məhz bu Qərarla “Qazdan istifadə qaydaları” təsdiq edilib. Belə ki, məhz bu qaydaların 5-ci fəslinin ("Qazın dəyərinin ödənilməsi şərtləri") 2-ci bəndində deyilir: "Qaz paylayıcı istehlakçıya verilən qazın dəyərini yalnız sayğac əsasında və istehlakçıya aylıq hesab-faktura təqdim etməklə (göndərmək) tam hesablamağa borcludur”.

Bundan əlavə, “Azəriqaz” hər bir abonentlə tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə bağlayır. Və bu sənəddə abunəçinin qaz sərfiyyatı barədə quruma məlumat vermək öhdəlikləri haqqında bir sətir də yoxdur. Yəni biz adi insanlar sayğacımızın göstəriciləri barədə “Azəriqaz”ın nə dərəcədə məlumatlı olması ilə bağlı heç bir məsuliyyət daşımırıq. Məhz “Azəriqaz” yanvarın 1-nə keçən gecə abonentlərin xərclərinin sıfıra endirilməsini təmin etməyə borcludur.

Çətin işdir? Mümkün deyil? Bağışlayın, bunun bizə nə dəxli var? Bu işi boynunuza götürmüsünüzsə, buyurun, sona qədər icra edin. Limitlərlə bağlı qərar veriləndə bunu da düşünmək lazım idi. Təbii ki, ən asan seçim bunu abunəçilərin üzərinə atmaqdır. Amma yenə də bu, Nazirlər Kabinetinin Qərarının birbaşa və kobud şəkildə pozulmasıdır. Buna kim cavabdeh olacaq? Acı təcrübəmizə əsaslanaraq - heç kim! Yenə kiminsə çirkli əli sadə vətəndaşın cibinə girdi.

Yeni ildə “Azəriqaz”a nə arzulayaq?

Artıq “Azəriqaz”ın Yeni il sürprizinin qanuniliyini müzakirə etmişik. İndi gəlin, qaz işçilərinin bu addımına sırf insani tərəfdən baxaq.

Belə ki, “Azəriqaz” məmurlarının (bəlkə də baş direktoru Ruslan Əliyevin - yeri gəlmişkən, texnika elmləri doktorudur) dərin və müdrik planına görə, dekabrın 31-də saatın əqrəblərinin son zərbəsi ilə bütün ölkə əhalisi mobil telefonla silahlanaraq, qaz sayğaclarına hücum etməli idi - təbii ki, qədərindən artıq ödəmək istəmirlərsə və limiti sıfırlamaq istəyirlərsə. Baxın, “Azəriqaz”-dan olan bəylər yalnız yanvarın ilk 10 günündə abonentlərə baş çəkəcəklər. Axı yanvarın 4-dək Yeni ili qeyd edəcəklər, abunəçilərə vaxtları yoxdur. Yazıqlar yorulublar da, dincəlməlidirlər axı.

Və yalnız bundan sonra, yanvarın 5-dən etibarən bu bürokratik maxovik yavaş-yavaş hərlənməyə başlayacaq, diqqət edin - YAVAŞ-YAVAŞ. Tələsən yerləri yoxdur ki. Onlar kommunal xidmətlərdir! Hər şey və hər şey onlardan asılı olacaq, onlar isə heç kimdən!

Sizin mobil telefonunuz yoxdur? Vaxtında almaq, belə deyək, “Azəriqaz”ın şıltaqlığına hazırlaşmaq lazım idi. Üstəlik, bu, sadə mobil telefon deyil, elə bir telefon olmalı idi ki, bu qurğunun çəkdiyi fotoşəkillərə tarix qoyulsun. Kifayət qədər fırıldaqçılar var axı. “Azəriqaz” belə deyil, özü də düzgün təşkilatdır. Bəli...

Siz çox qocalmısınız və bütün bu proseduru sizin üçün etməyi xahiş edəcək kimsəniz yoxdur? Bu, sırf sizin probleminizdir. Məhz bu məqsədlə kimisə yaşayış sahənizə əvvəlcədən qeydiyyata salardınız.

“WhatsApp” istifadə etmirsən? Biabırçılıq! Sizə bu da azdır, indi cüzi pensiyanızdan qaz pulunu artıqlaması ilə ödəyin ki, növbəti Yeni ilə qədər xatırlayasınız!

Bu xəbərə indicə qulaq asmısınız, vaxtında eşitməmsiniz? Heç düşünmürdünüzmü ki, “Azəriqaz” öz vəzifəsinə bu qədər diqqətli və məsuliyyətli yanaşmaya bilər? Deməli, çox gec ayılmısınız. Bundan sonra çox ehtiyatlı olun. Axı bu, “Azəriqaz”dır...

Ümumiyyətlə, yekunlaşdıraq: əvvəldə qeyd etdiyimiz kimi, hər halda, bütün məsələlərdə məsuliyyətsiz abunəçi günahkardır. Bizim kommunal xidmətlər isə, bu dəfə konkret “Azəriqaz” çox məsum, dürüst, yumşaq və vicdanlıdır. Ona görə də gəlin yekdilliklə bütün “Azəriqaz” kollektivini yeni 2022-ci il münasibəti ilə təbrik edək. Biz isə onlara arzu edirik... Doğrudan da, o qədər böyük arzular var ki, onları seçmək çətindir, ədəbi dildə məqbul etik normalarla ifadə etmək daha çətindir. Yəqin ki, yenə də onlara vicdan diləyirik. Bəli, vicdan. Azərbaycan vətəndaşlarının bu məsum nökərlərinə, bu yorulmaz xəyalpərəstlərə onların çətin, mürəkkəb və kimsəyə hesabat verməmək işində vicdan çox lazımdır. Əlinizdə mobil telefonla növbəti nou-haunuzu gözləyirik!
//AYNA.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru