Goranboyda camaatı düşünən kimdir ki... - GİLEY
Tarix: 9-02-2022, 10:14 | Çap et
Azərbaycanda xeyli vaxtdır ki, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər tikilir. Beləliklə də həmin ərazilərdə yaşayan insanların rahatlığı təmin edilir. Goranboyun Murovdağ silsiləsinin ətəyində yerləşən Zeyvə kəndinin əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Qaraçay çayı kəndi iki hissəyə ayırır. DİA.AZ "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, həmin çayın üzərində olan körpü hazırda təhlükəli vəziyyətdədir. Çayda su az olduqda kəndlilər çayın o tayına avtomobillə keçə bilirlər. Qaraçay aşıb-daşanda isə sakinlərin ümidi qalır sınıq-salxaq körpüyə. Oradan bir dəfə keçən geri qayıda bilirsə, ürəyində "kəlmeyi-şəhadət"ini demək məcburiyyətində qalır. Çünki qarlı-şaxtalı havalarda buradan çaya düşmək, yaxud yıxılıb xəsarət almamaq mümkün deyil. Zeyvə sakinləri Qaraçay üzərindəki körpünü özləri kustar üsulla düzəldiblər. Günbəgün yararsız hala düşən körpü kəndin kiçik yaşlı sakinlərinin kabusuna çevrilib. Zeyvə sakini Fazilə Allahverdiyeva Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində yağışlı, qarlı havada uşaqların məktəbə, bağçaya getməkdən imtina etdiklərini bildirib:
“Zeyvənin təmiz havası, gözəl təbiəti var. Qaraçay çayı da kəndimizdən axır. Yay, payız aylarında çayda güclü sel olur. Elə illər olub, sel suları evlərə də, əkinə, biçinə də ziyan vurub. Hazırda çayda su azdır. Bu çayın üzərindəki körpünü də dəfələrlə sel aparıb. İndiki təhlükəli körpünü də özümüz - kənd sakinləri dəmir qırıqları, taxta-şalbanla düzəltmişik. O da, görürsünüz, nə gündədir. Vallah, uşaqlarımız qarda, buzda getmirlər məktəbə. Deyirlər, "biz sürüşüb yıxılırıq, oradan keçə bilmirik". Dəfələrlə adiyyəti qurumlara yazılı, şifahi müraciət etmişik, lakin bir çarə tapan yoxdur hələ”. Qaraçay üzərindəki körpüdən sakinlər məcbur olub mal-qaranı da keçirirlər. Hətta dəfələrlə qoyun-quzunun çaya düşdüyü vaxtlar da olub. Yaz, payız aylarında çayda sel müşahidə edildikdə kəndlilərin o tayda əkdikləri məhsulu toplayıb digər tərəfə keçirmək imkanları da məhdudlaşır.
Kənd sakini Sevda Ədilova Sputnik Azərbaycan-a deyib ki, körpünün acınacaqlı vəziyyəti valideynləri hər an, hər dəqiqə həyəcanda saxlayır. “Kəndimizdə əvvəl böyük körpü olub. Onu güclü sel dağıdıb. Bu sadə körpünü kəndlilər çəllək, dəmir qırığı ilə düzəldiblər. Körpü elə vəziyyətdədir ki, onun üzəri ilə bir tay unu o tərəfə keçirə bilmirik. Adiyyəti qurumlardan kömək gözləyirik. Onu da deyim ki, dəfələrlə yazılı, şifahi müraciət etmişik. Çox çətindir. Təsəvvür edin ki, 5 nəvəm var, hamısı da məktəbə, bağçaya gedir. O qədər uşağı hər gün o sınıq-salxaq körpüdən o tərəfə-bu tərəfə keçirməyə məcburuq. Çayın o üzündə 10-dan çox ailə yaşayır, hamısı uşaqları məktəbə gedib-gələnə qədər həyəcan içində olur. Qarlı, şaxtalı havalarda bir uşaq yıxılıb xəsarət də aldı. Körpə balanın qolu bir neçə ay gipsdə qaldı”.
Qaraçay üzərində sakinlər tərəfindən salınan körpünün mövcud vəziyyətindən adiyyəti qurumlar da xəbardardır. Goranboy rayon Zeyvə kənd İcra nümayəndəsi İnqilab Aslanov Sputnik Azərbaycan-a problemin həlli üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etdiklərini bildirib: “Bəli, həmin körpünün bərbad vəziyyətdə olduğunu bilirik. Kəndin digər tərəfində 10 ailə yaşayır. Həmin ailələrin gediş-gəlişi çətindir. Ona görə də bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə məlumat vermişik. Yaxın günlərdə, yəqin ki, layihə tutularaq həmin körpü bərpa olunacaq”. Qeyd edək ki, Zeyvə kəndi Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalisi 2 min nəfərdən artıqdır. Yaşayış məntəqəsi 44 günlük Vətən müharibəsində erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Kənddə bir neçə yaşayış evi zərər görüb. Həmin evlər yenilənərək sakinlərin istifadəsinə verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|