Göyçayın başçısı getdi, Qaraşov qaldı... - "Yoxsa Lənkəranda lənkəranlı qalmayacaq..."
Tarix: 28-02-2022, 15:10 |
Çap et
DİA.AZ: - Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Az əvvəl məlum oldu ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, M.Səlimzadə 2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
DİA.AZ bildirir ki, bununla bağlı lənkəraanlıların sosial qrupunda ayrı-ayrı paylaşımlar olub və lənkəanlıların təəssüf hissi ifadə olunub. Səbəbi isə sadədir. Lənkəran sakinləri Göyçaydan əvvəl öz rayonlarında rəhbər dəyişikliyi gözləyirmişlər.
Sakinlər adından edilən müraciətdə deyilir:
"Mehdi Səlimzadə getdi, amma Qaraşov qaldı... Ümid edirik ki, Qaraşov Lənkəranda çox qalmayacaq. Yoxsa əksi olacaq: Lənkəranda lənkəranlı qalmayacaq..."
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...