Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                 

Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar... - BƏS SONRA?
Tarix: 12-03-2022, 10:05 | Çap et
Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar...
"Şəhərimizin Məhsəti qəsəbəsinin qaz problemini yazmısınız. Oxuduq, baxdıq ki, yerli qaz idarəsi bizi də neçə ildir eyni qaydada aldadır. 20-dən çox ailə şəhərin mərkəzində – dəmiryolu vağzalının yaxınlığında evini odunla qızdırır. Ölkənin adını daşıyan küçəyə qaz xətti çəkilmir. Halbuki, bu ərazidə fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahələri satılanda vədlər başdan aşırdı”.
Bunu Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər deyir. Bir neçə gün əvvəl şəhərin başqa küçələrindən də illərdir ki, qaz xəttinin olmamasından Meydan TV-yə şikayətlər gəlmişdi.
"Bu qış da çətin keçdi”

Azərbaycan küçəsindəki fərdi evlər son bir neçə ildə inşa edilib. Ərazidəki kommunal problemlər sakinlərin davamlı şikayətlərindən sonra tədricən həllini tapmağa başlayıb. Ancaq sakinlər demişkən, uzun müddətdir ki, mavi yanacaq məsələsində ilişib qalıblar.
"Bu qışı da çox çətin keçirtdik. Uşaqlarımızın sağlam vaxtı olmadı. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, xeyri yoxdur. Bu boyda küçənin hansı səbəbdən qazlaşdırılmaması bizə məlum deyil, çünki heç bir qurum bizə konkret səbəb göstərmir. Eləcə deyirlər, imkan yoxdur”, – bunu küçə sakini Orxan deyir.
"Ötən ildən iki-üç dəfə çox işıqpulu ödəyirik”

Sakin Ruhəngiz Qasımova isə deyir, iki ildən çoxdur ki, burada ev tikib, indi peşmandır: "Evi elektrik cihazlarıyla isidirik, elektrik bahalaşıb, ötən il də işıqpulu çox gəlirdi, ancaq indi ötən ikindən iki-üç dəfə çox işıqpulu gəlir, qazancımız yoxdur, ancaq işıqpulu xirtdəyəcəndir. Bu küçənin də qazi, şəhid ailələri, veteranları var. Bizi düşünmürlər, heç olmasa onların qeydinə qalsınlar. 100 metrlik məsafədə ana qaz xətti var, ordan küçəmizə qaz xətti gətirə bilərlər, ancaq bizi aldadırlar ki, qaz xətti 500 metr məsafədəki ana xətdən gətirilməlidir. Niyəsini soruşanda deyirlər, belə məsləhətdir. Bu, kimin məsləhətidir, onu bilmirik. "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev telefon xəttində qulağımız eşidə-eşidə rəisə şəxsən tapşırıq verdi, ancaq qaz xətti hələ də yoxdur”.

Ötən ilin yayında Ruhəngiz Qasımovanın həyat yoldaşı Kamil Qasımovun "Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevə davamlı elektron müraciətlərindən sonra şəxsən Ruslan Əliyev vətəndaşla əlaqə saxlayaraq problemlə maraqlanıb. Ruslan Əliyev paralel olaraq Gəncə Regional Qaz İstismar İdarəsinin rəisinə zəng vurub və ona həmin küçənin tezliklə qazlaşdırılmasını tapşırıb.
"Hər dəfə müxtəlif bəhanələr gətirirlər”

Başqa sakin Marat Ələsgərovsa deyir, şəxsən özü bir neçə dəfə Gəncə Regional Qaz İstismarı İdarəsinə müraciət edib, gah ana qaz xəttinin uzaqda olması, gah da pul vəsaitinin olmaması kimi cavablar alıb: "Vətəndaş dövlətə həm də ona görə vergi ödəyir ki, dövlət ona yaşamaq üçün normal şərait qursun. Mənim uşaqlarım evdə soyuqdan əl-ayaqları dona-dona böyüyəcəksə, mən bu dövlətə niyə xeyir verməliyəm? Hansı evə baş çəksəniz, soyuqdəymədən xəstə yatan görərsiz. Biz də insanıq axı… Mən bir ailə başçısı kimi elektrik cihazından istifadə etdiyimə görə hər ay maddi zərərə düşürəm, elektrikin qiymətini bahalaşdırıblar, deyirlər, istəsən də budur, istəməsən də… Odun ondan da baha…”

Toplaşırlar, dərdləşirlər, dağılışırlar…
Sakinlər tez-tez məhəllələrdə toplaşıb vəziyyətdən çıxış yolu axtarırlar. Onların hökumətdən istəkləri təxminən 100 metr aralıdakı ana xətdən evlərə qaz xətti çəkilməsidir.
Başqa sakin Məhərrəm Cəfərovsa iki ildir ki, tikdiyi evinə mavi yanacaq olmadığına görə köçə bilmir: "Torpaq satıblar, söz vermişdilər ki, ilk növbədə qazlaşdırma işləri görüləcək, aldadıblar. Ev tikmişəm ki, balalarımı içərisinə yığım, ancaq onları burda soyuqdan qıra bilmərəm”.

Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, tezliklə sakinləri sevindirəcəklər, Azərbaycan küçəsi qazlaşdırılacaq. İdarədən deyilənə görə, hazırda Gəncənin bir neçə küçəsində qazlaşdırılma işləri aparılır. Azərbaycan küçəsi 97A ünvanının qazlaşdırılması da plandadır: "Yaxın vaxtlarda həmin ərazilərdə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi baş tutacaq”.
Küçənin yolları da bərbaddır. Sakinlər yolların təmiri üçün aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru