Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib... - NARAZILIQ VAR!
Tarix: 18-04-2022, 08:39 | Çap et
Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Qubanın 64 kilometrliyində dağların arxasından boylanan, qayalıqların üzərində yerləşən Buduq kəndinin sakinləri buradan aylarla çıxa bilmir.

Yol yoxdur, nəqliyyat işləmir. Xəstələr xüsusi əziyyət çəkir.

Yataq xəstəsinə çevrilmiş Nəsibə Hacıyeva, üstəlik, keçən ilin oktyabrından əlilliyə görə aldığı pensiyadan da məhrum olub.

"Ölməlidir bu xəstə?..”

Buduq sakini 2014-cü ildə ikinci qrup əlil kimi qeydiyyata alınıb.

Nəsibə Hacıyevaya əlilliyinə görə 202 manat təqaüd ayrılıb. Amma altı ay əvvəl illərdir xərşəng xəstəliyi ilə mübarizə aparan qadının daha pensiya ala bilməyəcəyi məlum olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası imtina sənədində əlavə müalicəyə ehtiyac olmasını əsas səbəb kimi göstərib.

Nəsibə xanımın həyat yoldaşı Oqtay Hacıyev böyük haqsızlığa yol verildiyinə əmindir.

"Bu adamın iş qabiliyyəti yoxdu, yataq xəstəsidir. Dərmanlara ömrünün sonuna qədər ehtiyac duyacaq. Müalicələri dayandırsaq, həyatda qala bilməz. Pensiya kəsilirsə, müalicəni necə davam etdirəcəyik? İmtina məktubunda yazılıb ki, müalicəyə davam. Nəylə? Ölməlidir bu xəstə?..”, – Oqtay Hacıyevin sözləridir.

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Səhiyyə Nazirliyinin göndərişi.
Foto: Meydan TV


Bir müddət əvvəl Nəsibə Hacıyevanın başının sağ hissəsində bədxassəli şiş yaranıb. Şişin cərrahi yolla çıxarılmasından sonra həmin yerdə böyük çuxur qalıb.

"Hər yerə baş vurmuşuq. Deyirik ki, gəlin xəstənin vəziyyətini əyani görün. Cavab verirlər ki, nə təhər gələk? Bəs yataq xəstəsi necə gəlsin? Pensiyasını da kəsirsiz…” – həyat yoldaşı danışır.

"Belə haqsızlıq olmaz”

Nəsibə Hacıyeva Bakıda, Xaçmazda, Qubada xeyli xəstəxanalarda yatıb. Son aylar müalicəni ev şəraitində davam etdirməyə məcburdur. Çünki qış aylarında kəndin Quba ilə əlaqəsi kəsilir. Dağlara köhnə UAZ-dan başqa heç bir maşın qalxa bilmir: "Yollar bərbad gündədir. Heç düz-əməlli yol da yoxdur. Haqqımızı tapdalayırlar. Mübarizə aparmaq da çətindir. Elə yerdə yaşayırıq ki… Gedib-gəlmək olmur. Özünüz də görürsünüz… Xəstəni hər vaxt xəstəxanaya çadırmaq olmur. Bir az tərpədəndə halı pisləşir. Bu adamın üzünə baxanda necə vəziyyətdə olduğu görünür. Kömək olmasa, addım ata bilmir. Əlimiz hər yerdən üzülüb…”

Nəsibə Hacıyevanın başındakı şiş Təbrizdə götürülüb.

Oqtay Hacıyev deyir ki, Bakıda heç bir həkim məsuliyyəti üzərinə götürmək istəməyib, əməliyyatın uğurlu olacağına zəmanət verməyib. Buna görə də qonşu ölkəyə üz tutmaq məcburiyyətində qalıblar: "İranda 7 min manata yaxın xərcimiz çıxdı. Hələ başqa xəstəxanalardakı xərclərimizi saymıram. Ona ömürlük dərmanlar yazılıb. Bunlardan istifadə etməsə, qıcolmalar baş verir. Belə xəstəyə necə imtina yaza bilirlər axı?! Belə haqsızlıq olmaz. Necə ağır vəziyyətdədir…”

Sahil Babayev ağır xəstənin də təqaüdünü kəsib...
Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı.
Foto: Meydan TV


Hacıyevlər Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edib. Onlar düşünür ki, cavablar bilərəkdən yubadılır: "Hər müraciətə üç ay sonra cavab verirlər. Son altı ayda müraciət eləmədiyimiz yer qalmayıb. Çox çarəsiz vəziyyətdəyik. Bacardıqca yubadırlar. İmtina sənədində konkret səbəb də göstərilməyib. Bizi başdan eləməyə çalışırlar. Biz Qusarda əyani komissiyadan da keçmişik. Dedilər ki, gedin nazirliyə. Həkimlərlə danışırıq. Təəccüblənirlər ki, belə ağır xəstənin əlilliyi necə ləğv oluna bilər? Gəlib nə gündə olduğunu görmək istəyirlərsə, lap yol xərcini də çəkək”.

"Əyani müayinəyə dəvət ediləcək”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Nəsibə Hacıyevanın əlilliyinin qiymətləndirilməsi xəstəxananın elektron sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Məlum olub ki, göndərişdə onun əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb.

"Həmçinin ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq, vətəndaşın göndərişinə imtina qərarı verilib. Bununla belə, vətəndaş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə dəvət ediləcək. Əyani müayinənin nəticəsinə uyğun olaraq, şəxsin əlilliyinin qiymətləndirilməsilə bağlı müvafiq qərar veriləcək”, – Tural Qurbanov belə deyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru