Bu imtahan deyil... DİMtahandır... - Görünəni budur...
Tarix: 27-04-2022, 08:59 | Çap et
Bu ilin mart-aprel aylarında ölkə üzrə 9-11-ci siniflər üzrə buraxılış imtahanları keçirilib. Ancaq Azərbaycanda baş tutan, dünyada analoqu olmayan bu imtahanlar istər valideynlər, abituriyentlər, istərsə də təhsil ekspertləri tərəfindən sərt tənqid olunsa da Dövlət İmtahan Mərkəzi dediyindən dönmür, necə deyərlər, Nuh deyir, peyğımbər demir. Tədris ili başa çatmamış, proqram materialları mənimsənilməmiş şagirdlərin imtahan edilməsi praktikasına yəqin ki, təkcə bizim ölkəmizdə rast gəlinir. Dərs ilinin iyun ayında bitməsinə baxmayaraq mart-aprel aylarında imtahanların keçirilməsinin hansı məntiqi izahı var, onu yəqin ki, bir Məleykə Abbaszadə bilir, bir də onun təhsil ekspertləri. Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə nəzər yetirdikdə elə qənaətə gəlmək olar ki, sanki qurum ölkənin təhsil siyasətində pozucu qüvvəyə çevrilib. Mərkəzin əlində çox böyük imkanlar var. DİM qiymətləndirməni həyata keçirən texniki qurum olmaqla yanaşı eyni zamanda bu qiymətləndirmənin meyarlarını və testləri də hazırlayan orqandır. Həmçinin, istədiyi zaman hər hansı bir imtahanın suallarını çətinləşdirə və asanlaşdıra bilir. Nəticə bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi ölkənin təhsil siyasətini istədiyi şəkildə yönəldə bilir. Təsadüfi deyil ki, DİM-in imtahanlarda suallar ətrafında manipulyasiya etməsi, onların çətinlik səviyyəsinin ağırlaşdırılması hər zaman tənqid olunub. DİM-in keçirdiyi imtahanlarda sualların səviyyəsi, obyektivlik və ədalət prinsiplərinin pozulması ilə bağlı narazılıqlar son illər, xüsusən kurikulum proqramı əsasında keçirilən imtahanlardan sonra tez-tez eşidilir. Müxtəlif tarixlərdə keçirilən imtahanlarda salınmış sualların digər tarixlərdə keçirilmiş imtahanlara nəzərən çətin olması, dinləmə qurğularından səsin aydın eşidilməməsi kimi problemlərdən də kütləvi şikayətlər edilir. Apardığımız araşdırma nəticəsində çoxsaylı abituriyentlərdən və onların yaxınlarından belə şikayətlər eşitdik. Bakının müxtəlif yerlərində imtahanlarda iştirak etmiş abituriyentlər dinləmə (şifahi) sualları ilə bağlı problemlə üzləşiblər-əksər hallarda arxa partalarda oturanlar səsi yaxşı eşidə bilməyiblər. Ekspertlər hesab edir ki, dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. İmtahan başlayan kimi ilk dəqiqələrdə DİM qurğu vasitəsi ilə ingilis dilindən sualları səsləndirir. Bu da həmin yaş qrupu üçün ən çətin suallar sayılır. Onlar imtahan başlayan kimi ilk zərbəni almış sayılırlar. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil. İlkin məlumatlara görə, Riyaziyyat fənni ilə bağlı şagirdlərin suallara cavab vermə faizi də kifayət qədər aşağı olub. Buna səbəb imtahanların tədris ili başa çatmamış, yəni mart ayında keçirilməsidir. Çünki şagirdlər imtahanlarda təkcə orta məktəb bilikləri ilə iştirak etmirlər. Onlar hazırlıq kursları və repetitorlar vasitəsi ilə biliklərini genişləndirərək imtahanlarda iştirak edirlər. Onlar da hələ proqramı tam şəkildə bitirmədiyi üçün müəyyən çətinlik yaşayırlar. Müşahidələr göstərir ki, Riyaziyyat fənni ilə bağlı narazılıq bu il də kifayət qədər olub. Bütün dünyada ibtidai təhsil kimi, vətəndaşların ali təhsil hüququnun olduğu da müdafiə edilir, ali məktəblərin qapıları şagirdlərin üzünə açılır; abituriyentlərə mümkün qədər daha asan şərtlərlə ali təhsil almaq imkanı yaradılır. Bizdə isə tamamilə əksinədir: şagirdlərin ali məktəbə qəbuluna gücləri çatdıqca maneə yaratmağa çalışırlar. Orta məktəb proqramları adamı dəhşətə gətirir: bizim nəslin istənilən nümayəndəsi o materiallara baxıb, özü nəticə çıxara bilər. 6 və ya 7-ci sinif şagirdinə, məsələn, ana dili və ədəbiyyat ixtisası üzrə ali təhsil alan tələbənin 1-ci də deyil, 3-cü kurs proqramı tədris olunur. Bir çox təhsil ekspertləri hesab edir ki, DİM ölkənin təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyinə istədiyi təsiri göstərə biləcək bir quruma çevrilib. Orada da əsas maliyyə maraqlarıdır. Bu məktəbə, müəllimlərə, ölkə təhsilinə inamı sarsıtmaq, abituriyentlər və onların valideynlərində, sadəcə DİM-in vəsait və materiallarından istifadə etməklə və kurslara üz tutmaqla nə isə öyrənə biləcəklərinə inandırmaq məqsədi daşıyır. Məhz bu qarşıdurmanın nəticəsində Azərbaycan təhsilində tragikomik vəziyyət yaranıb. İki qurumun qarşıdurmasındanmı, yaxud ambisiyaların müharibəsindənmi deyək ölkə təhsili gündən-günə uçuruma yuvarlanır. Nəzərə alsaq ki, söhbət xalqın, dövlətin gələcəyindən gedir bu çox böyük problemdir. Maraqlıdır ki, problemi həll etməli olanlar özləri problem yaradırlar. Görünür artıq ümummilli bəlaya çevrilən bu problemə ən yüksək səviyyədə müdaxilə olunmalıdır. Unutmayaq ki, biz gələcəyimiz üçün imtahan veririk. Bu imtahanla isə gələcəyə getmək olmaz... Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|