Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb... - GİLEY
Tarix: 7-05-2022, 10:34 | Çap et
Gədəbəy rayonunun Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb. Belə ki, sözügedən rayonun Moruxlu inzibati ərazi dairəsinə aid olan kənd həmin dairənin mərkəzindən 80 km uzaqda - Tovuz rayonunun mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu səbəbdən kəndin bütün kommunal infrastrukturu Tovuz rayonuna aid təşkilatlar tərəfindən idarə və təmin olunur. Lakin kənd sakinləri onlara qarşı ögey münasibətdən şikayətçidirlər. Belə ki, yüzədək evdən ibarət olan Tərs Yerin böyük hissəsində elektrik dirəkləri olsa da, onların üzərində naqillər yoxdur. Kənd sakinləri elektrik xətlərini özlərinin kustar üsulla basdırdıqları, o qədər də yüksək olmayan taxta dirəklər üzərindən aparırlar. Sakinlər bildirirlər ki, yetərli yüksəklikdə olmayan elektrik naqilləri həm sakinlərin həyatı üçün təhlükə yaradır, həm də yüngül küləkdən bir-birinə toxunur, nəticədə qısaqapanma baş verir və kənd işıqsız qalır.
Kənd sakini Gülnaz Nəbiyeva bildirir ki, külək olanda evdən həyətə belə çıxmağa qorxur: “Bizim problemimiz işıqdır. Yüngül külək olan kimi xətlər hamısı bir-birinə dəydiyindən işqlar sönür. Evimizdə nə televizor qalıb, nə də soyuducu. Alırıq, gətiririk 2-3 ay işləməmiş sıradan çıxırlar. Bir az bərk külək olanda çölə çıxa bilmirik ki, bu saat naqillər qırılıb üstümüzə düşəcək. Neçə dəfə olub ki, qırılıb darvazanın, mal damının üstünə düşüb. Allah saxlayıb ki, indiyə kimi insan tələfatı olmayıb”, - deyə sakin bildirib. Tərs Yer sakinləri hər küləkdən sonra günlərlə elektriklərin yolunu gözlədiklərini deyirlər. Onların sözlərinə görə, bəzən bu gözləntilər həftələrlə uzanır. Bu səbəbdən sakinlər artıq bir sıra yüngül elektrik işlərini özləri görməyə çalışırlar. Nəticədə heç bir standarta uyğun olmayan, taxta dirəklərə bağlanmış naqillər əl dəyə biləcək qədər yerə yaxın olur, yaxud həyətyanı sahələrdəki tövlələrin və digər tikililərin üzərindən keçir.
Kənd sakini Əyyub Qasımov elektrik enerjisi haqqı vaxtında ödənilməyəndə elektrik verilişinin dayandırıldığından, nasazlıqların isə illərdir aradan qaldırılmadığından gileylənib: “Xəttlərin hamısını əlimizlə çəkmişik. Naqilləri dartıb möhkəm bağlamağa payaların gücü çatmır, hamısı calaq naqillərdir, alçaqdan gedir deyə az qalır əl dəysin. Məftillərinə kimi özümüz almışıq”. Qəribədir ki, kəndin bir çox küçəsində beton işıq dirəkləri basdırılsa da, onların üzərində heç bir iş görülməyib. Kənd sakini Cavad Verdiyev bunun səbəbini belə izah edib:
“Beş-altı il əvvəl davamlı olaraq şikayət etdik. Gətirib hərənin evinin üstünə bir beton dirək basdırdılar. Amma üzərinə elektrik naqilləri çəkmədilər. Heç dibinə sement də verilmədi. İndi onların özü əyilib evlərə, damlara təhlükə yaradır. Transformatorumuz da pis gündədir. Nə ayırıcısı, nə bir avtomatı var ki, naqil qırılanda oradan elektrik verilişini dayandırıb naqilləri rahat calaya bilək. Kəndin bütün soyuducuları, nasosları sıradan çıxandan sonra pul yığıb “rubilnik” almışıq. İndi bir elektrik tapa bilmirik ki, onu yerinə bağlayaq”. Sakinlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini bildiriblər. Zirəddin Nəbiyev iki rayonun arasında qaldıqlarını deyib. “Tovuza şikayət edəndə deyirlər öz rayonunuza şikayət edin, onlar bizə müraciət etsinlər. Biz işıq pulunu Gədəbəyə vermirik ki, ora müraciət edək. Pulunu Tovuza ödəyirik, ona görə də bura deyirik. “Kənd soveti”nə şikayət edirik. Deyir hər yerə bildirmişəm, qaynar xəttə kimi çıxmışam, siyahıya salınıb, göndərəcəklər düzəltməyə. Amma nə gələn olur, nə gedən. Qalmışıq gözləyə-gözləyə,” - deyə sakin bildirib. Məsələ ilə bağlı Moruxlu kənd inzibati ərazi dairəsinin nümayəndəsi Asim Mustafayev illərdir bu problemin davam etdiyini və əsaslı həllini tapmadığını bildirib: “Tərs Yer kəndi Gədəbəy ərazisi olsa da, yaxınlığına görə işığını, qazını, suyunu Tovuz rayonu təmin edir. Orada bir problem işıqdadır. Beş-altı ildir gətirib dirəkləri basdırıblar. Amma bu illər ərzində ora xətt çəkdirə bilməmişik. Hər dəfə deyəndə cavab verirlər ki, növbəli şəkildə kabelləşmə gedəcək, onda çəkiləcək, hələ Tovuzun ərazisində işləyirik, qurtaranda Gədəbəy ərazisini təmin edəcəyik. Kiçik problemlərə gəldikdə isə, mənə müraciət edəndə mən öz icra hakimiyyətimizə bildirirəm. Oradan Tovuzun İcra Hakimiyyətinə deyilir. Oradan da Tovuzun işıq idarəsinə tapşırırlar. Məsələ də elə olur həllini tapır, elə olur tapmır. Məcbur olanda "Azərişıq"ın qaynar xətinə zəng edib deyirik. Onda da bir gün keçir, gəlib müvəqqəti calıyırlar,” - deyə İcra Hakimiyyətinin nümayəndəsi açıqlama verib.
Tovuz Elektrik Şəbəkəsinin rəisi İlqar Hüseynov Tovuz rayon Elektrik Şəbəkəsinə yeni təyin olunduğunu, sözügedən problemin yerində araşdırılacağını bildirib. Əsaslı yenidənqurmaya gəlincə isə, bunun mərhələli şəkildə baş verəcəyini deyib: “Hazırda Tovuzun 6 kəndində əsaslı yenidənqurma işləri davam edir. Elektrik infrastrukturu tam yenilənir. Mərhələli şəkildə Tərs Yer kəndinin də elektrik sistemi tam yeniləcək”. Görünən odur ki, Tərs Yer sakinləri hələ bir müddət də gözləməli olacaqlar. O günü görmək üçün isə külək əsəndə əl-ayaqlarına dolaşan elektrik naqillərindən canlarını qorumalıdırlar. //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|