Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - ARAŞDIRMA
Tarix: 12-05-2022, 10:37 | Çap et
Səttar Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir.
Seçildiyi gündən bugünə qədər də S.Möhbalıyev AHİK-na rəhbərlik edir. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir.
DİA.AZ "DogruXeber.az"a istinadla bildirir ki, Həmkarlar İttifaqları Konfederasiyasının, onlarla müqavilə bağlayan idarə və təşkilatlarda işçinin əmək hüquqlarını qorumaq və bu kimi bir çox səlahiyyətləri var. AHİK ilə müqavilə bağlamaq qanunla könüllü olmasına baxmayaraq, bir çox dövlət idarələrində çalışan işçilər buna demək olar ki, məcbur edilir. Məsələn, bəzi təhsil işçilərinin özlərinin bizə bildirdiyinə görə, çox təhsil müəssisələrində hər ay müəllimlərin əmək haqqından AHİK üçün müəyyən məbləğ tutulur. Bundan imtina etmək istəyəndə isə, onu bir yol tapıb, fikrindən daşındırırlar. Həmkarlar ittifaqının onların hüquqlarını qorumalı olduğundan demək olar ki, bütün üzvlər məlumatsızdır. Çünki, onların belə bir fəaliyyətini görməyiblər. Ümumiyyətlə "Həmkarlar İttifaqı" dedikdə çoxlarının ağlına yalnız "putyovka" satışı gəlir ki, bu da səbəbsiz deyil.
Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Millət vəkili Səttar Möhbalıyevin eyni zamanda rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarımızda ərazi üzrə nümayəndəlikləri fəaliyyət göstərir. O nümayəndəliklər isə onlarla çalışmaları üçün, ətraflarına könüllü üzvlər toplayırlar. Hansı ki, həmin üzvlərin heç bir sənəd üzərində qeydiyyatı yoxdur. Lakin, qurumun ərazi nümayəndəliyi tərəfindən, yuxarıda da qeyd etdiyimiz kimi heç yerdə qeydiyyatda olmayan vəsiqələr təqdim edilir və o vəsiqə ilə həmin könüllü üzvlər bütün idarə və təşkilatları, həmçinin ictimai iaşə obyektlərini qapı-qapı gəzib, Həmkarlar İttifaqları ilə müqavilə bağlamalarını təklif edirlər. Qeyd edək ki, bu barədə məlumatlı olan sahibkarlara müqavilə təklif edilir, məlumatsız olanlara isə müqavilənin məcburi olduğunu bildirirlər. Məlumatsız sahibkarlar isə vergi, sosial və bu kimi xərclərinin onsuz da az olmadığı üçün, bir vasitə ilə bu işdən "sıyrılmağa" çalışır. Bu səbəbdən də Həmkarlar İttifaqının könüllü üzvü ilə öz aralarında razılığa gəlib, onların obyektini görməzdən gəlmələri üçün hər ay müəyyən məbləğ ödəməyə hazır olduqlarını bildirirlər.
Yeri gəlmişkən, könüllü üzvlər bunu özbaşına etmirlər. Çünki, daşıdıqları qondarma üzvlük vəsiqəsinə görə ərazi nümayəndəliyi onlardan hər ay 70-80 (yetmiş - səksən) AZN üzvlük haqqı tələb edir. Qeyd edək ki, həmin könüllü üzvlərin bir neçəsinin özlərindən aldığımız məlumata görə, bu ödəniş əvvəllər 50 (əlli) AZN olub, sonra artırılıb. Ümumiyyətlə aylıq ödənəcək üzvlük haqqı da standart deyil, adamına görə dəyişir. Ərazi nümayəndəliyi sədri xətrini istədiyi adamlara, yaxud qohumlarına ödənişdə müəyyən güzəşt edir.
Əslində, əlimizdə bu kimi faktlar, eyni zamanda Səttar Möhbalıyevə məxsus sanatoriya və istirahət mərkəzlərinin, həmçinin həmkarlar ittifaqının baha qiymətə satdığı putyovkalar əsasında istirahətə yollanan vətəndaşların həmin istirahət mərkəzində qarşılaşdığı köhnə, sovet hakimiyyəti illərindən qalma, bitli, iyrənc binaların görüntüləri kifayət qədərdir. Bütün bunlar barəsində daha geniş təfərrüatları növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.
Bu dəfə isə əsasən cənab Möhbalıyevin yüksək vəzifələri "zəbt edən" qohumluq əlaqələrini sizlərə tanıtmaq istədik.
Demək, Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi şöbəsinin keçmiş müavini Əli Həsənovun qudası olan Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev də Qaradağ rayon Polis İdarəsinin rəisi idi. Lakin, aldığımız məlumata görə Əli Həsənov korrupsiyaya görə vəzifəsindən azad edildikdən sonra, İsfəndiyar Möhbalıyev də vəzifədə "pillə-pillə kiçildi" və uzaqlaşdırıldı. Lakin, korrupsiyada adı hallanan qudasına rəğmən Səttar Möhbalıyev (hansısa yollarla) öz "postunu" qoruyub saxlamağı bacardı. Üstəlik, Ağstafa rayon İcra Hakimiyyətinin gənc başçısı Seymur Orucov da Səttar Möhbalıyevin bacısı oğludur və bu vəzifəyə gəlməsində Səttar dayısının əvəzsiz xidmətləri olduğu deyilir.
Qeyd edək ki, əvvəllər İqtisad Universitetində tələbə həmkarlar təşkilatının sədri olan S.Orucov, həm də adıçəkilən ali təhsil müəssisəsinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkənidir.
"DogruXeber.az" olaraq diqqətinizə çatdırırıq ki, nə Səttar Möhbalıyevin məmur kürsülərində əyləşən qohumluq əlaqələri, nə də rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının əməlləri bunlarla bitmir. Növbəti yayımlarımızda bütün bunlar barəsində daha ətraflı məlumat, həmçinin qurumun baha qiymətə satdığı putyovka ilə göndəriş verdiyi bəzi istirahət mərkəzlərinin köhnə, çirkli "istirahət" otellərinin şəraitini təqdim edəcəyik. Yeri gəlmişkən, sadaladığımız və sadalamadığımız bütün faktları təsdiq edən materialları da sizlərlə bölüşəcəyik.
P.S: Yazıda qeyd etdiyimiz məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə AHİN-nın rəsmi internet saytında qeyd edilən telefon nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Lakin, bir neçə dəfə cəhdlərimiz boşa çıxdı. Sonunda nəhayət ki, telefonlardan birinə cavab verildi. Zəngimizə cavab verən şəxs bildirdi ki, "Səlahiyyətli şəxslər tədbirə gediblər, günün ikinci yarısı zəng edin." Günün ikinci yarısı isə dəfələrlə zəng etdiyimizə baxmayaraq telefonların heç birinə cavab verilmədi.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
|