"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
Tarix: 25-06-2022, 10:00 | Çap et
Tovuz rayonunda yaşayan 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd - Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğlu təltiflərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciətini Moderator.az-a ünvanlayıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Surəti Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova Cənab Ali Baş Komandan, Sizə müraciət edən 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd - Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğludur. Yazıb sizə bildirirəm ki, mən mövcud problem ilə əlaqədar dəfələrlə araşdırılması üçün Prezident Aparatına, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə, Ombudsmana müraciət etmişəm. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Hərbi rütbələr və təltiflər şöbəsində qəbulda olmuşam, amma problem öz həllini tapmamışdır. 05.04.2022 tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qəbulunda olmuşam, bildirmişəm ki, 4 medalla (Cəbrayıl,Fizuli,Xocavənd,Vətən Muharibəsi İştirakçısı) təltif edilmişəm,yaralanmışam, amma buna baxmayaraq hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarından heç biri ilə təltif edilməmişəm. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolum olub. Mənə bildirildi ki, hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən siz Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilibsiniz. Müraciətimdə qeyd etdiyim medallar ilə təltif edilməyim barədə sərəncamın verilməsi haqqında məlumat verilmir. Hərbi hissəyə sorğu göndərildi deyilir və zəfər qazandıqdan bu günə kimi sorğuya müsbət cavab verilmir. Mənim döyüş yoldaşlarımın hamısı könüllülər idi və çoxusu şəhid olub və ya yaralanıb. Digər hərbi hissələrdə hər bir yaralı veteran qeyd etdiyim medallarla təltif edilib. Amma bizim hərbi hissə rəhbərliyi məsuliyətsizlik edərək döyüş yolumuzla maraqlanmadan medallardan bizi məhrum ediblər. Biz isə bu qərarlarla razı deyilik, bunu özümüzə qarşı haqsızlıq hesab edirik. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz olub. Belə çıxır ki, hərbi hissə rəhbərliyi tərəfindən haqqımıza girib gərəkən medal siyahısında adımızı yazıb göndərmədiklərinə görə biz heç bir zaman qanımız bahasına qazandığımız o torpaqlarda şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarını sinəmizə sancıb fəxarət hissi ilə gələcək nəsillərə örnək ola bilməyəcəyik?! Mən könüllü olaraq müraciətim əsasında N saylı nömrəli hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin edilərək aktiv döyüş əməliyyatlarına qoşulmuşam. Bu o hərbi hissə idi ki, 44 günlük Vətən müharibəsində adı dillərdə dastana dönən Bakının Həmləsi adını almış xüsusi təyinatlı əməliyyat taborudur. Bu o hücüm taboru idi ki, cənab Prezident , Ali baş komandan 4 dildə jurnalistlər önündə 4 saatlıq çıxışında Füzuli cəbhəsində hücum taborlarının igidliyindən, şücaətindən, cəsurluğundan danışmışdı, amma o igidliyi, şücaəti, cəsurluğu sübut edəcək heç bir təltifimiz yoxdur. Döyüş əməliyyatları zamanı bölük komandiri yaralandığına görə bölüyün hücum əməliyyatına başçılıq etmək əmrini almışam. Fizuli rayonunun Cuvarlı, Zərgər, Qarğabazar kəndində, Məngələnata yüksəkliyindən Yuxarı Yağlıvənd kəndi istiqamətində əks hücum təşkil edərək düşmənin itgilər verərək geri çəkilməyinə müvəffəq olmuşuq. Yuxarı Yağlıvənd kəndində döyüşdə yaralanmışam və müalicə olunduqdan sonra Dilağarda kəndinə qayıdaraq döyüş tapşırıqlarının yerinə yetirilməsinə davam etmişəm. Xocavənd rayonunun Tuğ kəndi, 26.11.2020 tarixində MN, DTX və DİN tərəfindən Xocavəndin Sur kəndində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişəm. 28.11.2020 tarixində Laçın istiqamətində Həkəri çayının sağ sahili boyunca Güləbird, Qazıdərə, Malxələf, Fətəlipəyə istiqamətində əməliyyatlara qatılmışam. Bu gün mənim gözümü bağlasalar belə həmin döyüş yollarını qarış qarış tərəddüd etmədən keçərəm. Çünki, atdığımız hər addımın bir tarixçəsi var. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Laçın rayonlarında göstərdiyimiz şücaət, igidlik, cəsurluq, Azərbaycan Bayrağını azad etdiyimiz torpaqlarda sancmaq kimi xidmətlərimiz layiqincə dəyərləndirilmədi. Buna səbəbkar isə hərbi hissə komandiri kapitan Bayram Hüseynov, kadrlar xidmətinin rəisi kapitan Fərzəliyev Dilman və bölük komandiri baş leytenant Xələfli Ülvi olmuşdur. Belə ki, bu şəxslər qeyd edilən ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişlər, amma həm özlərini, həm də öz yaxın ətrafında olan, heç əlinə silah alıb döyüşməyən hərbi qulluqçuları ( kadrlar xidmətinin rəisi, əşya xidmət rəisi, Maddi-Texniki Təminat rəisi, maliyyə xidmət rəisi və s. ştatla işləyən hərbi qulluqçular) hansısa maraqların müqabilində orden, medal siyahısına əlavə edərək yuxarı komandanlığa göndərmişlər və həmin hərbi qulluqçuların hər biri hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər. Döyüşlərdə bölmələrimizə rəhbərlik edən könüllü olaraq ehtiyyatdan döyüşlərə qatılmış Qərargah rəisimiz kapitan Şikarov Nəcəf şəhid olduğuna görə təltif siyahısını bu şəxslər öz maraqlarına uyğun dərc etdilər. Şəhid zabit yoldaşım Şikarov Nəcəf olmadığına görə bizim haqqımıza girdilər. Düşünürəm ki, o sağ olsa idi kimin hansı ada layiq olduğunu daha yaxşı bildiyi üçün heç kim diqqətdən kənarda qalmazdı. Mən bir zabit kimi qəbul edə bilmirəm ki, düşmənə bir dənə də güllə atmayan hərbi qulluqçular Cəbrayıl, Fizuli, Xocavənd medalı ilə yanaşı döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər amma mən və mənim heyətim olan Həmlə qrupu yalnız Cəbrayıl, Fizuli, Xocavənd medalı və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşuq. Mən və bölməm andımıza sadiq qalaraq vətənimiz uğrunda canımızı qanımızı əsirgəməmişik, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək yuxarı komandanlığa məruzə etmişəm, düşmən ilə qarşı qarşıya vuruşaraq onları məğlub etmişik. Bunu sübut edəcək görüntülər də mövcuddur. Fizuli karyeri adlanan ən qaynar strateji nöqtələrdə hücum əməliyyatı yerinə yetirmişik, nəticədə ağır yaralanmışıq. Laçının azad olunması günü Laçında əməliyyatda olmağıma baxmayaraq Laçının azad olunmasına görə medalı ilə də təltif edilmədim. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Çünki, bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz olub. Cənab Ali Baş Komandan xahiş edirəm bu əməllərin araşdırılmasına, hüquqi qiymət verilməsinə, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün tədqiqatlara başlanılmasına göstəriş verəsiniz. Həmçinin bizim layiq olduğumuz orden və medallar ilə təltif olunmağımız haqqında sərancam verəsiniz. Vətən uğrunda döyüşən igid cəsur döyüşçüləri göstərdiyi şücaətlərə görə sağlığında təltif edək". Dərin hörmətlə: Abdullayev Elman Rəhman oğlu, Tovuz şəhəri, Rövşən Məmmədov 63, Tel: 0505273227 25 iyun 2022
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
|