Bərdənin icra başçısı ÜSYANI KÖRÜKLƏYİR... - daha bir NARAZILIQ...
Tarix: 15-07-2022, 08:36 |
Çap et
DİA.AZ: - Dünən Bərdə rayonunda müşahidə olunan məmur özbaşınalığından, Qarabağ qazilərinə sərgilənən ögey münasibətdən bəhz edən materialı təqdim etmişdik. Və qeyd etdiyimiz məqalədə bildirilirdi ki, yerli icra qurumları, başda Bərdə RİH rəhbəri Vidadin İsayev olmaqla rəsmən üsyan yetişdirməkdədir. Bu gün isə DİA.AZ-a Bərdədən daxil olan daha bir narazılıq faktı da icra başçısının yarıtmazlığı ilə yanaşı, xalq şikayətlərini qulaqardına vurmasından xəbər verir.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Bərdə rayon Muğanlı kəndində on günə yaxındır su yoxdur. Amma buna rəğmən kimsə bunun tədbirini görmək istəmir. Hətta icra başçısına xəbər verilsə də, yerli rəhbərlik sakinlərin susuz qalmasına əncam çəkmir və təşəbbüs də göstərilmir ki, nə isə yoluna qoyulsun.
DİA.AZ-a verilən xəbərdə deyilir ki, sözügedən kənddə iki artizan quyusu var. Ancaq hər ikisinin motoru yanıb.
Kənd sakinləri problemdən aidiyyatı qurumların xəbərdar olduğunu, buna baxmayaraq ölçü götürmədiklərini deyir.
"Ağaclarımız yanır, heyvanlarımız susuzluqdan mələyir" deyə sakinlər qeyd edir.
Məsələ ilə bağlı bütün əlaqədar qurumların mövqelərini dia-az.life olaraq işıqlandırmağa hazırıq...