DİA.AZ: - "Şikayətim "AZAL"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Qurban Hüseynov adlı istifadəçi giley edir.
Daha sonra nrazı vətəndaş yazır:" Uçuş zamanı baqaj zədələnmişdi. Sənəd doldurub email yazmağımı istədilər. Emaildə istənilən sənədləri doldurdum və göndərdim(Bir sənəddən başqa) .
Cavab olaraq whatsapp nömrəsi göndərdilərki, bu ustanın nömrəsidi mesaj yazıb, əlaqə saxlayın aparın verin təmir etsin. (bu əlavə əziyyəti müştəri çəkməli olmasının düz olub-olmadığını bilmirəm)
Təmirə yararsız olduğunu usta bildirdi. 3 ay ərzində kompensasiya ilə bağlı məlumat veriləcəyini bildirdilər.
May 10-u məlumat verilsə də, indi gördüm. Yuxarıda yazdığım - göndərə bilmədiyim sənəd çemodanın alış qəbzi idi. Bunu kim saxlayırki özündə? Nəysə bunu səbəb göstərib iddiam əsassız sayıldı..."
dia-az.life bildirir ki, vətəndaş başına gələn olayla bağlı fotoları da təqdim edib:
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...