`Kapital Bank`ın BİRKART MÜƏMMASI... - GİLEY
Tarix: 15-08-2022, 08:14 |
Çap et
DİA.AZ: - "Şikayətim "Kapital Bank" kartı olan "Birkart"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fidan Kərimli adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Paşa bank kartımdan 249 AZN ödəniş etmişəm birkarta. Məbləğ balansımda görünmür, üstəlik 1 gecəyə 88AZN borcum çoxalıb. Dəfələrlə zənglə müraciət etdiyim halda problem həll olunmur".
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...